MUĞM FƏLSƏFƏSİ

 

İNAM ATA

 

(ASİF ATA)

 

Musiqi barmaqla çalınan deyil,  

Ölçü qalıbına salınan deyil,   

O, Ruhun Göylərə qovuşmasıdır,  

İlahi Məqamdır, adi an deyil.

  

Mütləqə İnam Peyğəmbəri, Ruhaniyyat Ocağı Yaradıcısı, dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır, Doğu ruhaniyyatı, sənəti, dünyabaxışı ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.   

Muğam fəlsəfəsi haqqında kitab - Doğu filosofluğunun özünəməxsusluğu haqqında - zəkanın, duyğunun, əxlaqın, iradənin vəhdəti haqqında kitabdır.

    

 Təqdim edir: İşıqlı Atalı  

(Əvvəli ötən şənbə saylarımızda)

    

 

   ONUNCU FƏSİL

 

   MUĞAMDA ERÇƏKLİYİN   İDEALIN DİALEKTİKASI

 

1.Qanunauyğunluq

          

   Muğam Gerçəkliklə İdealın təzadlı qarşılaşdırılması əsasında qurulur.  

   Təzad şöbələrdə hazırlanır, İdeal Həsrəti ifadə eləyir, - İdeala Yüksəlmə Yoluyla aradan qaldırılır.  

   Gerçəklik Əhəmiyyətlidir, ancaq İdealla Təzad təşkil edir.

  

  

   2. "Rast" muğamı

 

      "Maye-Rast"

   

   Rəvanlıq - gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeala Ali Rəvanlıq gərəkdir - Rəvanlıqla Təzad təşkil eləyən.  

   Ciddilik - gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeala Ali Ciddilik gərəkdir - Ciddiliklə Təzad təşkil eləyən.  

   Ahəngdarlıq - gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeala Ali Ahəngdarlıq gərəkdir - Ahəngdarlıqla Təzad təşkil eləyən.

      Dünyayla görüş - gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeala Mütləqlə görüş gərəkdir -Dünyayla görüşlə Təzad təşkil eləyən.  

   İdeal gərəkdir İnsana - gerçəkliklə Təzad təşkil eləyən.

  

  

   "Hüseyni"

    

   Dramatizm gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeal üçün Ali Dramatizm gərəkdir - Dramatizmlə Təzad təşkil eləyən.  

   Qəm gerçək mənaya malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeal üçün Ali Qəm gərəkdir - Qəmlə Təzad təşkil eləyən.  

   Dəyanət gerçək əhəmiyyətə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeal üçün Ali Dəyanət gərəkdir - Dəyanətlə Təzad təşkil eləyən.  

   İdeal gərəkdir İnsana - gerçəkliklə Təzad təşkil eləyən.

     

  

   "Vilayəti"

    

   Şərlə münaqişə gerçək təsirə malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeala Şərin Ali İnkarı gərəkdir - adi münaqişəylə Təzad təşkil eləyən.

   İradə - gerçək Qüdrətə malikdir, ancaq İdeal üçün kifayət deyil, - Ali İdrak gərəkdir, - adi İradəylə Təzad təşkil eləyən.

    

 

   "İrak"

    

   Ali Rəvanlıq yaranır - gerçək Rəvanlıqla Təzad təşkil eləyən.  

   Ali Ruhanilik yaranır - gerçək Ruhaniliklə Təzad təşkil eləyən.  

   Ali İradə yaranır - gerçək İradəylə Təzad təşkil eləyən.  

   Ali Kədər yaranır - gerçək Kədərlə Təzad təşkil eləyən.  

   İdeal yaranır - gerçəkliklə Təzad təşkil eləyən.

  

   

   3. "Çahargah" muğamı

 

   "Maye-Çahargah"

  

   Düşüncələr gerçək mənaya malikdirlər, ancaq İdeal üçün kifayət deyillər, - Ali Düşüncə gərəkdir İdeala, - Düşüncələrlə Təzad təşkil eləyən...  

   Düşüncələri birləşdirən Qüssə gerçək mənaya malikdir, ancaq İdeal üçün kifayət deyil - Ali Qüssə gərəkdir İdeala - Qüssəylə Təzad təşkil eləyən.  

   Gerçəkliyə İdeallıq çatışmır - gerçəkliklə Təzad təşkil eləyən...

  

 

   "Bəstə-Nigar"

  

   Kədər çeşidləri gerçək məziyyətlərə malikdirlər, ancaq İdeal üçün kifayət deyillər - İdeala Ali Kədər gərəkdir - Kədərlə Təzad təşkil eləyən.

  

  

  

   "Hasar"  

  

   İradə gerçək məziyyətlərə malikdir, ancaq İdeal mənada kifayət deyil - Ali İradə gərəkdir - İradəylə Təzad təşkil eləyən.  

   Gerçək Ruhanilik əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Ruhanilik gərəkdir - İradəylə Təzad təşkil eləyən.  

   Gerçəklik qeyri-kamilliyi İdeal Tələb eləyir - gerçəkliklə Təzad təşkil eləyən.

   

  

   "Mənsuriyyə"

    

   Ali Zəka yaranır - Gerçək Zəkayla Təzad təşkil eləyən.

      Ali Duyğu yaranır - Gerçək Duyğuyla Təzad təşkil eləyən.  

   Ali Ruhanilik yaranır - Gerçək Ruhaniliklə Təzad təşkil eləyən.  

   İdeal təsdiq olunur - Gerçəkliklə Təzad təşkil eləyən.

    

  

   4. "Bayatı-Şiraz" muğamı

   

   "Maye-Bayatı-Şiraz"

   

   Ruhani İradəylə ram olunmuş Kədər - gerçək mənaya malikdir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər gərəkdir, - Kədərlə Təzad təşkil eləyən.  

   Gerçək İdrak - əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali İdrak gərəkdir, - onunla Təzad təşkil eləyən.  

   Gerçək Mənəviyyat - zəruridir, ancaq İdeal üçün kifayət deyil - Ali Mənəviyyat gərəkdir, - onunla Təzad təşkil eləyən.  

   Gerçəklik İdealdan aşağıdır, ona görə İdeala can atır.

  

 

      "Bayatı-İsfahan"

    

   Kədər Dünyası gerçək mənada Ülvidir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər Dünyası gərəkdir, onunla Təzad təşkil eləyən.  

   Gerçək Əməl bəhrəlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Əməl gərəkdir, onunla Təzad təşkil eləyən.  

   Gerçəklik İdeal üçün kifayət deyil, - Ali Gerçəklik gərəkdir, onunla Təzad təşkil eləyən.

  

  

   "Hüzzal" 

  

   Ali Kədər yaranır, - Gerçək Kədərlə Təzad təşkil eləyən.  

   Ali İdrak yaranır, - Gerçək İdrakla Təzad təşkil eləyən.  

   Ali Mənəviyyat yaranır, - Gerçək Mənəviyyatla Təzad təşkil eləyən.  

   Ali Həyat yaranır, - Gerçək Həyatla Təzad təşkil eləyən.

  

  

   5. "Şur" muğamı     

 

   "Maye-Şur"

    

   Təmkinli Ehtiras gerçək mənada qüdrətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Ehtiras gərəkdir, - onunla Təzad təşkil eləyən.  

   Gerçək İdrak əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali İdrak gərəkdir, onunla Təzad təşkil eləyən.  

   Dünyayla Təmas gerçək mənada əzəmətlidir, ancaq İdeal üçün kifayət deyil - Mütləqə qovuşmaq gərəkdir - onunla Təzad təşkil eləyən.  

   İdeal Gerçəklik gərəkdir - Gerçəkliklə Təzad təşkil eləyən!

  

  

  

   "Zəmin-Xara"

 

   Həyat Yollarıyla addımlamaq zəruridir, ancaq İdeal üçün kifayət deyil - Mütləqə Yüksəlmək gərək - onunla Təzad təşkil eləyən.  

   Ziddiyyətlər, Maneələr, Xülyalar, Şübhələr üzərində Qələbə Zəruridir, ancaq İdeal üçün kifayət deyil - Gerçəkliyin İdeallaşması gərəkdir, Gerçəkliklə Təzad təşkil eləyən.

   Gerçək İradə Qüdrətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali İradə gərəkdir, İradəylə Təzad təşkil eləyən.  

   Gerçəklik İdeal deyil, bu səbəbdən kifayət deyil.

    

 

   "Hicaz"

     

   Kamillik Həsrəti gerçək mənada əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Kamillik Tələb olunur - Kamilliklə Təzad təşkil eləyən.  

   Qeyri-adilik Yanğısı gerçək mənada şiddətlidir, ancaq İdeal üçün kifayət deyil - Qeyri-adi Yanğı tələb olunur - Yanğıyla Təzad təşkil eləyən.  

   Qətiyyət gerçək mənada siqlətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Qətiyyət tələb olunur - Qətiyyətlə Təzad təşkil eləyən.  

   Gerçəklik əhəmiyyətlidir, ancaq İdeal deyil, bu səbəbdən İdeal Tələb eləyəndir.

  

  

   "Bayatı-Kürd"

     

   Kədər Yükü gerçək mənada siqlətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər Yükü gərəkdir - onunla Təzad təşkil eləyən.  

   Kədər Dairəsi gerçək mənada möhtəşəmdir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər Dairəsi gərəkdir - onunla Təzad təşkil eləyən.  

   Kədərdən kənara çıxmaq Səyi gerçək mənada Qüdrətlidir, - ancaq İdeal üçün kifayət deyil - Gerçəklikdən kənara çıxmaq gərək - Gerçəkliklə Təzad təşkil eləyən.

  

  

   "Simai-Şəms"

   

   Gerçək Harayla Təzad təşkil eləyən Ali Haray!  

   Gerçək İdrakla Təzad təşkil eləyən Ali İdrak!  

   Gerçək İradəylə Təzad təşkil eləyən Ali İradə!  

   Gerçəkliklə Təzad təşkil edən İdeal.

  

  

  

   6. "Segah" muğamı

 

    "Maye-Segah"

    

   Kədərə Düşmək gerçək mənada Zəruridir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədərə düşmək gərəkdir - onunla Təzad təşkil edən.  

   Kədərin güclənməsi gerçək mənada təsirlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədərin güclənməsi gərəkdir - onunla Təzad təşkil edən.  

   Kədər Gözəlliyi gerçək mənada qüdrətlidir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər Gözəlliyi gərəkdir - onunla Təzad təşkil edən.  

   Kədər Yolu gerçək mənada möhtəşəmdir, ancaq İdeal üçün kifayət deyil - Ali Kədər Yolu gərəkdir - onunla Təzad təşkil edən.  

   İdeal Yol gərəkdir gerçəkliyə - İdeala çatdıran.

  

  

   "Şikəsteyi-Fars"

    

   Kədər Zirvəsi - gerçək mənada Zirvədir, ancaq İdeal üçün kifayət deyil, - Ali Kədər Zirvəsi tələb olunur - onunla Təzad təşkil edən.  

   Kədər Yükü - gerçək mənada ağırdır, ancaq İdeal üçün kifayət deyil, - Ali Kədər Yükü tələb olunur - onunla Təzad təşkil edən.  

   Kədər Harayı - gerçək mənada sarsıntılıdır, ancaq İdeal üçün kifayət deyil, - Ali Kədər Harayı tələb olunur - onunla Təzad təşkil edən.  

   Kədər Odu - gerçək mənada Şəfqətlidir, ancaq İdeal üçün kifayət deyil, - Ali Kədər Odu tələb olunur - onunla Təzad təşkil edən.  

   Kədər Göyü - gerçək mənada Yüksəkdir, ancaq İdeal üçün kifayət deyil, - Ali Kədər Göyü tələb olunur - onunla Təzad təşkil edən.

 

    

   "İrak"

 

    Ali Kədər təsdiq olunur - Gerçək Kədərlə Təzad təşkil edən:  

   Ali Kədər Yükü.  

   Ali Kədər Gözəlliyi.  

   Ali Kədər Harayı.  

   Ali Kədər Ucalığı.  

   Ali Kədər Odu.  

   Kədər İdealı.

     

 

   Nəticə 

 

   Muğamda Gerçəklik dərk olunur, İdeal təsdiq edilir.

  

   (ardı var)

 

 

Ədalət.- 2009.- 28 fevral.- S. 17.