Ümumrespublika müşavirəsi
keçirildi
M. F. Axundov adına Milli
Kitabxanada Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən
nəşriyyat və poliqrafiya müəssisələri
rəhbərlərinin ümumrespublika
müşavirəsi keçirilib. APA-nın məlumatına
görə, mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, müşavirədə
məqsəd ölkədə
fəaliyyət göstərən
nəşriyyat və poliqrafiya müəssisələrinin
fəaliyyəti ilə
tanışlıq, mövcud problemlərin müzakirəsi,
eyni zamanda kitab yaradıcılığı sahəsində geniş əməkdaşlığa nail olmaqdır: "Hazırda Azərbaycanda çoxsaylı nəşriyyatlar fəaliyyət
göstərir. Ancaq təəssüf ki, nəşriyyatlarda çap olunan kitablar kitabxanalara verilmir. Halbuki "Nəşriyyat haqqında" qanuna görə, hər nəşriyyat çap etdiyi dörd kitabı
kitabxanalara verməlidir".
Ə. Vəliyev nazirliyin 10 nəşriyyatla əməkdaşlıq etdiyini və onların buraxdığı nəşrlərdən
xəbərdar olduğunu
söyləyib. Son illər Azərbaycanda kitab çapı sahəsində
irəliləyişlər olduğunu
diqqətə çatdıran nazir müavini, xarici ölkələrdə keçirilən kitab-yarmarkalarda
Azərbaycan kitablarının
sərgilənməsini buna
misal göstərib.
Müşavirədə nəşriyyat və çap evlərinin rəhbərləri də
çıxış edərək öz fikir və
mülahizələrini bölüşüblər,
eyni zamanda problemlərin həlli istiqamətində təkliflər
veriblər.
Toplantı ilə əlaqədar Milli Kitabxana Mədəniyyət və
Turizm Nazirliyinin
2006-2009-cu illərdə nəşr
etdirdiyi kitabların sərgisini təşkil edib.
Ədalət.- 2009.- 2 iyul.- S. 4.