Bayat
("Ömür
bitər yol bitməz" kitabından)
İMTAHAN
Sonuncu imtahan bitdi.
Düşündüm:
Daha yox imtahan
son ana kimi.
İztirab, intizar
getdi, düşündüm:
Azadam ömrümün sonuna kimi.
Sən demə öndəymiş görməli
çağlar,
Çiynimə taleyin
bir əli dəymiş,
Əsl həyacanlar,
əsl sınaqlar,
Əsl imtahanlar irəlidəymiş.
İlk görüş
gününü kim unudar, kim?
Mən də səadətin
keçdim yanından.
Könlümü açmadım,
kəsildi nitqim,
Çıxmadım ilk eşqin imtahanından.
Bir sabah
evlənmək zamanı
gəldi,
Çətin imtahandı, ondan
da çıxdım.
Ömrümün Aydanı,
Xəndanı gəldi,
Onların uğrunda canımı
yaxdım.
Ata imtahanı - ər
imtahanı,
İki gül balamın hər imtahanı
Mənim gözlərimdə
yüz imtahandır.
İmtahan bizləri
izləyir kimi,
Onunla gəlirik üz-üzə gündə.
Bir vətandaş
kimi, bir şair kimi
İmtahan veririk
xalqın önündə.
Taleyin töhfəsi
itən deyildir,
Bu cahan hər kəsə bir cahan verir.
Həyat imtahanı
bitən deyildir,
İnsan ömrü boyu imtahan verir.
TƏLƏSMƏ, ƏZİZİM,
XOŞBƏXT OLMAĞA
Bu dünya təmkinli
ərənlərindir,
Könlünün gözüylə
görənlərindir,
Bu yer kürəsini
saxlamaq olmaz,
Bir gündə bir ömrü haqlamaq olmaz,
Tövşüyə-tövşüyə
çıxırıq dağa,
Arxada dərə
var, dibi dərindir,
Tələsmə, əzizim,
xoşbəxt olmağa!
Burda qönçələrdir,
orda xəzəllər,
Hər gülü
üzəni sonda üzərlər.
Baharın zövqünə
uymaq bir aləm,
Görmək bir
aləmdir, duymaq bir aləm,
Göyün inciləri
çökür torpağa,
Ulduzlar qədərdi
yerdə gözəllər,
Tələsmə, əzizim,
xoşbəxt olmağa!
Nə qəm, günlər keçsin, aylar ötüşsün,
Sellər qıjıldasın,
çaylar ötüşsün,
Ruhlan bulaqların
incə səsindən,
Meşə sükutunun
zümzüməsindən,
Bax şair gözüylə bağçaya,
bağa,
Qoy, qışlar
adlasın, yaylar ötüşsün,
Tələsmə, əzizim,
xoşbəxt olmağa!
Yalançı sevdaya
dalma, solarsan,
Unuda-unuda unudularsan,
İnsanın ömrünə
bəzək sevgidir,
Gerçək səadətə
özək sevgidir,
Hər gülə
canını etmə sadağa,
Yaxıla-yaxıla bədbəxt
olarsan,
Tələsmə, əzizim,
xoşbəxt olmağa!
***
Ayrılıq yetişib,
yetər, deyirsən,
Canına gəlməsin
xətər, deyirsən.
Mənsiz ürəyini
sxmamaq üçün,
Mənə çıxış
yolu göstər, deyirsən.
Gümanı kəsilən
güman verərmi?
Həsrətin ömrümə
aman verərmi?
Mənim həkimimsən,
sənin xəstənəm,
Xəstə də
həkimə dərman
verərmi?
***
Çox səkdi
hicranın qəmini könlüm,
Çəkib ürəyimi,
gəlmisən, gülüm,
Daha nə bir sitəm, nə də bir zülüm.
İnana bilmirəm
ki, bu vüsaldır,
Əslində vüsalın
əsli xəyaldır!
Başımda atəşli
sevdamı? Bilməm!
Gerçəkmi gördüyüm,
xülyamı? Bilməm!
Sənimi görürəm,
röyamı? Bilməm!
Dəyişib ovqatım,
bu hal nə
haldır?
Əslində vüsalın
əsli xəyaldır!
Onda son bahardı,
indi ilk bahar,
Getdi gəlişinlə
iztirab, qübar,
Könlümdə, gözümdə
başqa intizar,
Eh, bu intizar da başqa məlaldır,
Əslində vüsalın
əsli xəyaldır!
Məgər bu qönçələr solmayacaqmı?
Quşlar tüklərini
yolmayacaqmı?
Gözlərim yaş
ilə dolmayacaqmı?
Bu sual cavabı olan sualdır,
Əslində vüsalın
əsli xəyaldır!
Bir sabah yenə də gələr ayrılıq,
Bağrımın başını
dələr ayrılıq,
Bu gülən vüsala
gülər ayrılıq,
Bizim qovuşmamız
dadlı masaldır,
Əslində vüsalın
əsli xəyaldır!
***
Hicranın bir an
da düşməz dilimdən,
Sən
Çıxdı göyərçintək
əlin əlimdən,
Qanadlı günlərdi
o günlər, gülüm!
Başımda sevdalı
şimşək çaxardı,
Fəsillər gözümdə
bahar-bahardı,
Xəzandan keçərdi,
qışdan çıxardı,
İnadlı günlərdi
o günlər, gülüm!
Xəyala çevrildi
toylar, düyünlər,
Dumana büründü
o nurlu günlər,
Ömrüm
o günlərin ardınca
inlər,
Nə dadlı günlərdi o günlər,
gülüm!
Məcnunla yanaşı
anılar adım,
Sənli röyalarda
səni aradım,
Gözlədim, gözümdə
qaldı muradım,
Muradlı günlərdi
o günlər, gülüm!
Rəfiqin təsəlli
dilənən deyil,
Dərdi, qədri
kimi bilinən deyil,
Adın ürəyimdən
silinən deyil,
Sən adlı günlərdi o günlər,
gülüm!
***
Sən mənim könlümü almayacaqdın,
Mən sənə
nə üçün
könlümü verdim?
Özümə nurunu
salmayacaqdın,
Nə üzlə
üzümü sənə
çevirdim?
Qapladı büsbütün
çən baharımı,
Xəzana uğratdın
sən baharımı,
Bəxtəvər çağımı,
şən baharımı
Özgə devirmədi,
özüm devirdim.
Mənzilim hicranın
ünvanı oldu,
Bizim vəslimizə
kim mane oldu?
Dərd Rəfiq
Zəkanın dərmanı
oldu,
Səni, mən bilirəm,
nə cür sevirdim.
***
Canımı yaxdın,
ey gül,
Bu od, bu atəş nədir?
Eşqinlə yanan
könül
Gözlərinə təşnədir.
Yerin də məkanın da
Ulduzlar cahanında,
Gül üzünün
yanında
Ay nədir, Günəş
nədir?
Əbədidir gözündə
Gecən də, gündüzün də,
Sənsiz buy er üzündə
Rəfiq Zəka
heç nədir.
NƏ QƏDƏR
Sən də deyirdim ki, bir
başqa mənsən,
Tamam başqa idin dünənə qədər,
Bəxtimin bəxtəvər
ulduzu oldun,
Yerə kölgə
kimi enənə qədər.
Deyirdim, qalaram yanında min il,
Fəsil həmin
fəsil, il də həmin il,
Sən demə, sevgidə çətini könül -
Dönənə qədərmiş, dönənə qədər.
Ömür yelkənimi
daşlara çaldın,
Nurlu gözlərimin
odunu aldın,
Köksümə dağ
çəkib, ruhumu saldın -
Dumana nə qədər, çənə
nə qədər,
Daha xəyalını
əzizləmirəm,
Sənin xatirənlə
sənsizləmirəm,
Sular sənin ola, su istəmirəm,
Yanaram, kül olub sönənə qədər.
Gəlmə, get, insafa
gəlmə, get, - dedim,
Qoyma yaralanım
yenə, qoy, gedim,
Bilsəydim, nə qədər
səninlə idim.
Nə qədər
bağlıydım sənə,
nə qədər!..
RƏFİQ ZƏKA XƏNDAN
Ədalət.- 2009.- 11
iyul.- S. 20.