ƏBƏDİLƏŞƏN VƏ ƏBƏDİYAŞAR
BİR ÖMÜR
Xalqımızın minilliklərdən
keçib gələn
tarixində böyük
hərflərlə yazılan
bir imza var. Bu imzanın
sahibi Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevdir. O, bütün
həyatını mənsub
olduğu, sevdiyi Azərbaycana həsr etdi və bu
gün də həsr etməkdədi.
Zaman nə qədər sürətli olur-olsun onun başlanğıc anı mütləq tarixə nəşr olunur. Bu mənada Ulu Öndərimizin 40 il bundan öncə Azərbaycanda hakimiyyət
kürsüsünə qalxması
ən böyük gerçəkliklərdən, danılmaz
faktlardan biridir. Məhz həmin tarixdən başlayaraq Azərbaycan istər Sovet dönəmində, istərsə də müstəqilliyini əldə
etdikdən sonra uğurlu bir yolun sahibinə çevrildi. Bu elə bir yoldur
ki, onun həm memarı, həm müəllifi, həm də sarvanı məhz Ulu Öndərimiz olubdu.
Bu gün xalqımız böyük fəxrlə
40 il öncəki
tarixi yada salır. Az-çox Vətən sevgisi olan hər
kəs bu 40 ildə keçilən yolu gözdən keçirir, böyüyüb
çiçəklənən iqtisadi uğurların ünvanı olan sosial obyektləri, tikinti meydanlarını xatırlayır. O cümlədən biz dəmiryolçular da ölkənin qan damarı olan dəmir yolu nəqliyyatının Heydər
Əliyev dönəmində
az qala sıfırdan
yaradılmağa başladığını
və onun qayğısı ilə qısa bir zamanda
genişlənib təkcə
regionun deyil, eləcə də dünyanın böyük dəmir yolları şəbəkəsinə
qoşulduğunu yaxşı
xatırlayır və
onun şahidiyik.
40 il öncə başlayan Heydər Əliyev erası Azərbaycan üçün yeni həyatın başlanğıcı oldu. İstər kənd təsərrüfatında, istər sənayedə, istərsə də həyatın digər sahələrində qazanılan uğurların hər birində onun dəsti-xətti göründü, onun imzası, onun düşüncələri öz əksini tapdı. Həmin illərdə Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının uğurları da təkcə ölkə daxilində yox, həm də dünyada qəbul olundu, alqışlarla qarşılandı. Aparılan uğurlu siyasət yeni dünyaya inteqrasiyaya təkan verdi. Müstəqil dövlətin, müstəqil millətin rəhbəri olan Azərbaycan xalqının böyük oğlu, Ulu Öndərimiz imzaladığı sənədlərlə, müqavilələrlə xoşbəxt gələcəyə gedən yola öz ziyasını səpdi. Biz bu yolun uğurlarını Azərbaycan prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında hər gün yaşamqda və duymaqdayıq. Çünki siyasi kurs və iradə davamlı olaraq həyata keçirilməkdə, yaşadılmaqdadı. Elə təkcə son günlərdə ölkə həyatında baş verənlər, ölkəmizə xarici dövlət başçılarının ardıcıl səfərləri dediklərimizi bir daha sübut edir. Həyat göstərir ki, qurucusu Heydər Əliyev olan bir dövlətin sükanı etibarlı əllərdədi. Və bu dövlət öz ənənəsinə, öz yaradıcısının prinsiplərinə sadiqdir.
Bəli, 40 il
öncə xalqımızın
tarixində yeni bir zaman start götürdü. O zamanın sahibi, o zamanın
müəllifi və o zamanı tarixə
çevirən şəxs
bu gün böyük qürur hissi ilə əməllərini davam etdirir, xatirələrini ürəyimizdə yaşatdığımız
Ümummilli Liderimiz Heydər Əliyev cənablarıdı. İllər
ötüb keçsə
də qaragüruhçular
nələr yazmağa, deməyə cəhd etsələr də günəş öz günəşliyində qalır.
O, ləkə götürmür.
Tarixin böyük siması, bəşəriyyətin
qəbul etdiyi Ümummilli Liderimiz də öz şərəfli və Günəş qədər
işıqlı həyatını
öz xalqına həsr etmişdi. Və bu gün
də Xalq-Heydər, Heydər-Xalq inamı yaşamaqdadır. Bu, işıqlı, İlhamlı,
inamlı bir yaşamdı. Biz də onun daşıyıcıları,
yaşadanlarıq.
Arif Əsgərov
Azərbaycan Dövlət Dəmir
Yolu rəisi
Ədalət.- 2009.- 14 iyul.- S. 3.