HƏMİD QAFAROVUN ÖMÜR DASTANI BİTMƏYİB
Hər insanın taleyi ayrıca bir dastandır. Hər kəsin ömür yolundan bəhs etməklə bir kitab bağlam
olar. hərə bir xüsusiyyəti ilə seçilir. Eləcə də hər hansı insanı bir çox başqalarından
fərqləndirən xüsusiyyətlərin
cərigəsinə mərdlik,
fədakarlıq və
vətənpərvərlik kimi ali cənab
xüsusiyyətlər də
daxildir.
... Bu gün vəfatının
ikinci il dönümü münasibəti
ilə xatırladığımız
insan - Azərbaycanı
canından artıq sevən, həqiqi vətəndaşlarımızdan biri olan Həmid
Hüseyn oğlu Qafarov da belə
şəxsiyyətlərdən biri idi.
1937-ci ildə anadan olmuş Həmid Qafarov rəsam idi. O, Monrealda keçirilən ümumdünya sərgisini laureatı olmuşdur. Bakıda da çoxsaylı obyektlərin müəllifi və icraçısı idi. O, Azərbaycan Rsepublikasında ilk vətənpərvər uşaq düşərgəsi olan "Qalxan"ın yaradıcısıdır. Düşərgəyə cəlb olunan uşaqlar çadır şəhərciklərində yaşayan məcburi köçkün uşaqların arasından seçilidi.
Həmid Qafarov işğalın, təcavüzün və uzun müddət çadır şəhərciklərində yaşamağın uşaqlar üçün ciddi mənfi nəticələr verə biləcəyini və bu nəticələrin sonralar aradan qaldırılmasının son dərəcə çətin olmasını, eyni zamanda bu cür uşaqların reabiltasiya olunmasının vacibliyini anlayaraq və bundan narahat olaraq 1995-ci ildən ölkəmizdə ilk dəfə olaraq "Qalxan" adlı düşərcə yaratdı. 1996-cı ildən başlayaraq düşərgənin əsasında "Gənc təməlçi" hərəkatı yaradıldı. Hərəkatın ritualları sıfrasına andiçmə, üç rəng qalstukların və vəsiqələrin təqdim olunması da daxil idi. Hərəkatın öz marşı da yaradılmışdı ki, onun sözlərini və musiqisini də həmin düşərgədə iştirak edən, hərəkata daxil olan uşaqlar özləri yazmışdı. Düşərgənin mövcud olduğu, "Qalxan"ın və "Gənc təməlçi"ni aktiv fəaliyyət göstərdiyi 11 il ərzində 700-ə yaxın uşaq sanki vətənpərvərlik məktəbində iştirak edərək fiziki, bioloji, psixi və mənəvi bərpa kursu keçib.
Həmid Qafarovu şəxsən tanıyan bir adam kimi, vəfatının bu günlərdə tamamlanan ikinci il dönümü ərəfəsində onun haqqında danışmaq üçün həyat yoldaşı və həmkarı, bu çətin işlərin həyata keçirilməsində onun ən yaxın köməkçisi də ömrünün sonunadək sirdaşı olan Tamara xanımla görüşdüm. O, cəfakeş və fədəkar həyat yoldaşı Həmid Hüseynoğlu barədə can yanğısı və böyük məhəbbətlə danışdı:
- Həmid
özü uşaq evlərində böyümüşdü.
Valideynləri, ailə
üzvləri müdhiş
repressiya illərində
bir-birindən ayrı
düşdüyünə görə o, çox çətin bir həyat yolu keçmişdi. O, çox
maraqlı və məşhur bir ailədə doğulmuşdu.
Atası Hüseyn Qafarov Azərbaycanda çox tanınmış
adam idi . O, elmlər doktoru, Azərbaycan Ensiklopediyasının
əsasını qoyanlardan
biri idi. Azərbaycan SSR EA-nın elmi katibi olmuşdu.
Ancaq təəssüf
ki, dəhşətli
və amansız repressiya dalğası onların ailəsindən
də yan keçməmişdi. 1942-ci ilin
əvvəlində Hüseyn
Qafarovu repressiya ediblər. Həmidin mənə danışdıqlarına
görə atası latın qrafikasının
ləğv edilərək
kirillə əvəz
olunmasının əleyhinə
imiş. Hansısa yığıncaqda çıxış
edərək "siz nə edirsiniz, axı biz
Məhz bu səbəblərdən də Həmid müharibə nəticəsində qaçqın-köçkün düşmüş, psixi deformasiyaya məruz qalmış uşaqların vəziyyətini çox yaxşı başa düşürdü. "Qalxan" uşaq düşərgəsinin yaradılmasına da bu ideya təkan vermişdi.
Düşərgədə mədəni proqram çox geniş inkişaf etmişdi. Bizim uşaqların rəsmləri Bakıda mərkəzi Uşaq Bədii Qalererayasında, eləcə də Tbilisidə Xocalı faciəsinə həsr olunmuş tədbirdə nümayiş etdirilmişdi. Düşərgənin öz teatrı, eləcə də Kukla Teatrı yaradılmışdı. Bu teatrların da ssenari müəllifləri və rolların ifaçıları da düşərgədə tərbiyə olunan uşaqlar idi.
Həmidin yaradıcılıq emalatxanası bazasında metal və ağac məmulatlarının hazırlanmasının əsasları tədris olunurdu. Düşərgənin tərbiyə edib yetişdirdiyi uşaqlardan 17 nəfəri xüsusilə yaxşı hazırlaşdırıldıqlarına görə C.Naxçıvanski adına hərbi məktəbə qəbul olunmuşlar. Onlardan da 4 nəfəri Ali Hərbi Akademiyanı bitirdilər.
Binamız olmadığına
görə düşərgə
yalnız yay fəsillərində fəaliyyət
göstərirdi. Lakin
buna baxmayaraq qış fəsillərində
də biz fəaliyyətimizi
tamamilə dayandırmırdıq.
Həmin vaxtlarda görüşlər, mühazirələr
keçirilir, Bakı
şəhərinin orta
məktəb şagirdləri
ilə söhbətlər
aparılırdı. Bununla
yanaşı Azərbaycanın
rayonlarında, eləcə
də Moskva,
Həmid Qafarovun
işləyib hazırladığı,
çadır düşərgələrindən
olan məcburi köçkün uşaqlarının,
eləcə də uğursuz ailələrdən
olanların unikal bərpası metodu bu problemlə peşəkarcasına məşğul
olan bir çox mütəxəssislərin
diqqətini cəlb etmişdi. Belə ki, 1999-cu ildə Moskvanın 157 nömrəli
orta məktəbinin direktoru Şimali İnzibati Dairəsinin bazasında Moskva şəhərində belə
bir düşərgənin
yaradılması barədə
protokol imzalamışdı.
1999-cu ilin iyul ayında Həmid Qafarovun metodu Qusar şəhərində
yerli Gənclər və İdman İdarəsinin bazasında
həyata keçirilmişdi.
Həmidin tərbiyə
üsulu ilə Gürcüstanda da maraqlanmağa başlamışdılar.
2006-cı ildə öz
iş təcrübəsini
təqdim etmək üçün o,
"Qalxan" düşərgəsi barədə bir neçə film, o cümlədən "Mir" televiziyasında "Müharibə uşaqları" filmi çəkilmişdi. Yerli və xarici mətbuatda onlarla məqalələr və oçerklər dərc edilmişdi. Düşərgənin fəaliyyəti barədə dəfələrlə televiziya verilişləri nümayiş etdirilmişdi.
2000-ci ildə "Qalxan"ın əsasında şəhər tipli düşərgə yaradılmışdı. Həmin düşərgədə Xətai rayonunun 257 nömrəli orta məktəbinin 1-11-ci sinif şagirdlərindən ibarət 96 uşaq toplanmışdı. Müxtəlif millətlərdən olan oğlan və qızlar idmanla məşğul olur, müxtəlif yarışlar və müsabiqələr keçirir, şəhərə gəzintilərə çıxır, muzey və teatrlara gedirdilər. "Qalxan"ın əsas üstünlüyü o idi ki, düşərgədə fəaliyyət pulsuz idi.
Oxucuların marağına səbəb olacağını nəzərə alaraq "Qalxan" düşərgəsinin Andını da təqdim edirik:
1. Mən, gənc təməlçi bu gün müstəqil Azərbaycanın milli bayrağı qarşısında təntənəli surətdə vətənimə, torpağıma, xalqıma sadiq olacağıma and içirəm.
2. Torpaqlarımızın qaytarılması uğrunda Azərbaycanın qalxanı olaraq axırıncı damla qanıma qədər vuruşacağıma and içirəm.
3. Azərbaycanın suverenliyini, sərhədlərinin bütövlüyünü göz bəbəyim kimi qoruyacağıma and içirəm.
4. Böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşacağıma, düşərgənin qayda-qanunlarına riayət edəcəyimə and içirəm.
5. Azərbaycanın gələcəyi uğrunda həyatını əsirgəməyən Prezidentimə sadiq olacağıma and içirəm.
Hər insanın taleyi ayrıca bir dastandı. Bizcə Həmid Hüseyn oğlu Qafarovun ömür dastanı hələ bitməyib. Onun həyatı tərbiyə etdiyi 1000-ə yaxın "Qalxan"çının həyatında davam edir. Elə həm də buna görə xatirəsi heç vaxt unudulmayacaq.
Kərim KƏRİMLİ
Ədalət.- 2009.- 18 iyul.- S. 8.