Bayat
ANAM
Məzarın var qərib eldə
Obadan aralı anam.
Səməndər, Səyyafdır dərdi
Ürəkdən yaralı anam.
Açmır bahar, solub güllər,
Susub nəğmə deyən dillər.
Tərpətmən dərdimi ellər,
Siz sorman haralı anam.
Ağuşuna alıb
torpaq,
Saralacaq yarpaq-yarpaq.
Getməyəcək bu
dərd ancaq,
Ay taleyi qaralı
anam...
BABA
Bağlayıblar yolunu,
Yolun yoxdur, ay baba.
Sındırıblar qolunu,
Qolun yoxdur, ay baba.
Əzəlindən beləyik,
Gələmmirik yolunu.
O cür elə tay qalıb,
Qol
olmuruq qoluna.
Özgə yoldan
yol olmaz
Yolun yoxsa dünyada.
Ha getsək də
çatmarıq
Biz arzuya, murada.
Yolçu yolunda
gərək,
Yolunda yolçu yoxdur.
Ovçu ovunda gərək,
Ovunda ovçu yoxdur.
Yol getməyə
yolum yox,
Yolunu göstər, baba.
Əl atmağa qolum yox,
Qolunu göstər, baba.
Susma, danış,
söylə sən,
Həqiqəti, ay baba?
Nədən aşdın
başına
Müsibəti, ay baba.
Olsa vallah bir istək,
Ürəkdə təpər,
baba!
O salxax, sınıq
qol da,
Haraya yetər, baba!
ELƏ BİLDİM
Gözlərim qamaşırdı,
Ürəyim alışırdı,
Güllələr dəlib keçirdi.
Elə bildim kipriklərindir
Tətiyi çəkən...
YENİ İL
Gəldi yeni il,
yağdı qar.
Bu qarın altından
başladı
təzədən
bahar...
Qələndər
XAÇINÇAYLI
Ədalət.- 2009.- 18
iyul.- S. 20.