Bayat
SALAVAT ÇEVİR
Söndü sinəmdəki
ocaq,
Ta bitdi olub-olacaq.
Ruhum nigaran qalacaq,
Kölgəmə salavat çevir.
Bir ömrün uçaq damıdır,
Sevincin itən tamıdır.
Bu gün cümə
axşamıdır,
Dur
qəmə salavat çevir.
Kül üfürdü
gözə yalan,
Bəxt vəfasız, ömür
talan.
Şeytanın cəngində
qalan
Aləmə salavat çevir.
Söz yatmır
dilə-ağıza,
Duyğularmı döndü buza?
Rəhmət dilə
kağıza,
Qələmə salavat çevir.
NİYƏ GÖYƏRMƏDİ...
Biçimi-düzümü yerli-yerində,
Sükutu üzdədir, kökü
dərində.
Bir insan şəkli var "babəklərində",
Niyə göyərmədi bu məzar daşı?
Düşdü tilsiminə
hərdən qışın
da,
Gördü səslə
sükut öz savaşında...
Çiçək leysanında,
gül yağışında
Niyə göyərmədi bu məzar daşı?
Yayda da bircə yol isinməz canı,
Bir
tikə ümidi qalıbsa hanı?
Bəzən buludlar
da suladı onu,
Niyə göyərmədi bu məzar daşı?
Vaxt ötdu... nə duman, nə də çən olmadı,
Kimsə deyə bilməz
nədən olmadı.
Yazda çiçəyini görən olmadı.
Niyə göyərmədi bu məzar daşı?
BƏLKƏ
Sinəmdə dərd
yükü, qəm yarası var,
Bu dəli könlümün fırtınası
var.
Ruhumda bir əsim dağ havası var,
Çeşmə danışdığım yuxudu bəlkə?
Burda bərkə
çəkər yolçunu
yoxuş,
Yerə damla-damla səpilər
yağış.
Şəlalə çeşnidir,
sal daşlar naxış,
Çəmən əlvan xalı
toxudu bəlkə.
Mürgülü çiçəklər
diksinər, dinsəm,
Yal-yamac inciyər dərəyə
ensəm.
Sulara qarışsam,
buluda dönsəm
Həsrətim dil açıb
oxudu bəlkə.
Yayıldı yamaca,
yoxuşa adım
Burda çəmən ətri elə bir dadım.
Dağın quzeyində
qar soraqladım,
Dedilər, üz
vurma, yoxudu bəlkə...
İsmayıl
İMANZADƏ
Ədalət.- 2009.- 18
iyul.- S. 20.