Bayat
QARABAĞIM, HƏSRƏTİNİ
ÇƏKİRƏM
Yaşamıram,
bu ömürü
bir yük kimi
çəkirəm.
Kədər əkib qəm zəmisin
biçirəm.
Torpağımın həsrətini
çəkirəm.
Xoşbəxtlik də, məndən
qaçaq düşübdü,
Ürəyə də, artıq ləkə
düşübdü.
Taleyimə qaçqın həyat
düşübdü.
Bu töhmətin zillətini
çəkirəm
Torpağımın həsrətini
çəkirəm.
Günlərimin qarası çox
ağınnan,
Yaşayırıq zamanın
günahıynan.
Qaçqın deyib tənə ilə
süzürlər
Mən bu sözdən
nə hallara
düşürəm
Dərdlərimin mən şəklini
çəkirəm!
Yuxularda el-obanı
görürəm
hövlank qalxıb
vicdan təri tökürəm.
mən həsrətin əzabını
çəkirəm,
Qarabağın həsrətini
çəkirəm!
Həsrət bitər qovuşarıq
ay elim,
Torpağında dizin-dizin
sürünüm,
Atalıydım-analıydım
o eldə,
Alnı açıq, üzü ağdım
o yerdə.
Oldum dili gödək:
mən xəcalət
çəkirəm
Qarabağım, həsrətini
çəkirəm!
Yamacında enişində
oturub;
xoşbəxtliyi
yuxularda
görürəm:
Gözlərimlə həsrət
yolu
çəkirəm.
Qarabağım!
Həsrətini cəkirəm!
Gülşən
Behbudqızı
Ədalət.- 2009.- 18 iyul.- S. 20.