Azərbaycan güləşçiləri erməniləri məğlub
etdi
Güləşçilərimiz Avropa birinciliyinin mükafatçıları oldular
Serbiyanın Zrenyanin
şəhərində yeniyetmələr arasında güləş
üzrə Avropa birinciliyinə start verilib. Azərbaycan
Güləş Federasiyasının mətbuat xidmətindən
İlk yarış günündə sərbəst güləşçilərimiz
2 medal qazanıblar.
10 çəki dərəcəsi
üzrə keçirilən Avropa birinciliyinin ilk günündə
5 idmançımız mübarizə aparıb. 85 kq çəki dərəcəsində
çıxış edən
Azərbaycan çempionu
Elcan Usubzadə Türkiyə və Gürcüstan pəhləvanlarını
yendikdən sonra ? finala çıxıb.
Bu mərhələdə
Usubzadənin rəqibi
Ermənistan güləşçisi
Vahe Tamrazyan olub. O da Elcanın
qarşısında duruş
gətirə bilməyib.
Bundan sonra güləşçimiz Polşa
təmsilçisini də
yenərək, finala vəsiqə qazanıb. Avropa çempionu adı uğrunda isə Usubov rusiyalı Məhəmmədhacı
Xatiyevə uduzub və qitə birinciliyinin gümüş
medalını qazanıb.
69 kq çəki dərəcəsində
yarışan Kazım Abbasov isə ilk qarşılaşmada
Türkiyə güləşçisinə uduzsa da, rəqibin
finaladək irəliləməsi idmançımızın təsəlliverici
görüşlərdə iştirakına şərait
yaradıb. Bu mərhələdə isə
almaniyalı rəqibini
yenən Abbasov bürünc medal uğrunda həlledici qarşılaşmada Ermənistan
güləşçisi David
Apoyanla üz-üzə gəlib. Qarışlaşmanın 1-ci hissəsində
təmsilçimiz uduzsa
da, sonrakı hissələrdə böyük
hesabla qalib gəlməklə (0-2, 6-0, 6-1) qitə
birinciliyini bürünc
medalla başa vurub.
Digər
idmançılarımıza gəlincə, 58 kq-da Nurlan
Hacıyev 5-ci, 50 kq-da Fərrux Ələkbərov 7-ci, 42 kq-da
Mircəlal Həsənzadə isə 10-cu yeri tutub. Bu gün daha 5 sərbəst güləşçimiz Avropa
birinciliyinin medalları
uğrunda mübarizəyə
qoşulub.
VÜSAL
Ədalət.- 2009.- 23 iyul.- S. 4.