QIZISANMI

 

Hardan çıxdın qarşıma sən,  

Qismətsənmi, yazısanmı?  

müddətdi əriməyən,  

Həsrətimin buzusanmı?

  

Sevmədin məni vaxtında,  

Gözündən düşdüm baxtın da...  

Oturubsan şah taxtında,  

Fərman verən qazısanmı?

     

sir varsa dilindədi,  

Gözlərim qan selindədi.  

Başım cəllad əlindədi,  

Bu qətlimə razısanmı?

     

Ömürdən anım almağa,  

Damardan qanım almağa.  

Gəlibsən canım almağa,  

Azrayılın qızısanmı?

     

  

ÖLÜM YUXUMA GİRİB

     

   Baş çatladır baş hirsə,  

   Müəmmadır nədirsə.  

   Təhlükə var kimdirsə,  

   Qiyafəsin dəyişib,  

   Ömür bağıma girib.

     

   Bu fənddi, ya ehtiram,  

   Gedəm kömək axtaram.  

   Tən ortamdan qorxuram,  

   Solumda gizlənənlər,  

   İndi sağıma girib.

     

   Yollar duman, yollar çən,  

   Qar yağıbdı dizəcən.  

   Hardan belə bu düşmən,  

   Təpəni düzənləyib,  

   Gəlib dağıma girib.

     

   Əlimdə qələm, varaq,  

   Özümdən yox bir soraq.  

   Pusquda dayanaraq,  

   Qəhər qapı dalında,  

   Qəm otağıma girib. 

  

   Hər dərdə yan verirəm,  

   Qansıza qan verirəm.  

   Gecələr can verirəm,  

   Səhər durub baxıram,  

   Ölüm yuxuma girib.  

   18 dekabr 2008-ci il.

     

 

   NƏ VAXT QAYIDACAQ VÜSAL GÖRƏSƏN

    

   Yuvası boş qalan quş olub gedib,  

   Gedəndə ürəyi daş olub gedib.  

   Beş ildi bir qıza qoşulub gedib,  

   vaxt qayıdacaq vüsal görəsən.  

   Kök atıb köksümdə həsrət göyərib,  

   Sağ əlim bəsləyib, sol əlim dərib.  

   Sevgilim yanında utancaq, qərib,  

   vaxt qayıdacaq vüsal görəsən.

     

   Əli buxovlanıb, qolları bağlı,  

   Gədikləri sərhəd, yolları bağlı.  

   O, anası ölmüş, yolları bağlı,  

   vaxt qayıdacaq vüsal görəsən.

     

   Uçur ömrümüzün sökülür damı,  

   Quru yurdda qoyur hicran adamı.  

   Sönür gecələrin əriyən şamı,  

   vaxt qayıdacaq vüsal görəsən.

    

   Qılman, bu həyatı sev , tanı da,  

   Sən gəzən o günlər indi hanı ta?!  

   Yazıq həsrətimin çıxdı canı da, 

   vaxt qayıdacaq vüsal görəsən. 

  

   5 noyabr 2008-ci il  

  

 

   GƏLİRƏM

    

   Borcu var dərdin ürəyə,  

   Borcumu yığıb gəlirəm.  

   Taleyimə ayna tutub,  

   Bəxtimə baxıb gəlirəm.

    

   Gözümdə şimşək çaxışı,  

   Min rəng verir hər naxışı.   

   Başıma yağan yağışı,  

   Gözümdən sıxıb gəlirəm.

     

   Sözümə qayıtmaq üçün,  

   Dözümə qayıtmaq üçün,  

   Özümə qayıtmaq üçün,  

   Özümdən çıxıb gəlirəm.

  

  

  Qılman İmanlı

 

 Ədalət.- 2009.- 6 iyun.- S. 20.