Əllər nağıl danışardı...
Nəsə düşmüşdü əlindən,
Ondan-bundan soruşurdu.
Nələrisə itirmişdi;
itənlərə
qarışırdı.
əllər nağıl danışırdı...
Bir
toxunuş həyəcanı
yaşayardı.
barmaqların lap ucunda
dinirdi, səsi ovcunda.
Gərilmişdi damarla,
Barmağının cadarları
İstehzayla qımışırdı.
Əllər nağıl
danışırdı...
Ona əlçatmaz
görünən
Bir xəyalın
nağılıydı danışdığı,
Toxunuşlardan başlayan
"Sığalların nağılıydı" danışdığı,
Uduzduqları bir
yana,
Udduğunu buraxmışdı.
Necə olmuşdu,
bilmirdi
Tutduğunu buraxmışdı.
İndi yetim uşaq
kimi ağlayırdı.
Arzusunu, inamını
nağıllara bağlayırdı.
Söykəndiyi biləklərin
Xəyanətindən qorxurdu.
Ona uzanan əllərin hiylə dolu
Saxta, soyuq məhəbbətindən qorxurdu
Bilirdi ki, hər bir nağıl
Uydurmadan gerçəkliyə
Uzanan inamlı əldir.
Danışmaqdan usanmırdı.
Nağılından utanmırdı.
Bir arzusu var idi, bir
Bu yad əllərdən
Əllər almaq
istəyirdi,
Yumruq olmaq istəyirdi!
Yumruq olmaq istəyirdi!
Nəsə
tapmışam
Ayaqlar xain çıxıb
Yolumu düz gəlmirəm
Əlim, ovcum doludur
Nə tapmışam,
bilmirəm .
Xeyiri də bizədi
Zərəri də
bizədi
Belə şey görməmişəm
Hər nədisə təzədi.
Nifrət edə
bilmirəm
Sevsəm günaha
çıxır
Nə tapmışam mən
səndə?
Ömürdən baha çıxır.
Bu hansı qanundadır?
Harda, nə vaxt deyilmiş?
Bəlkə də
bu tapdığım
Axtardığım deyilmiş.
Günel
Şamilqızı
Ədalət.- 2009.- 6 iyun.- S. 20.