"ƏLLİ"
Vaqif İsaqoğlunun imzasını
Azərbaycan oxucusu çoxdan tanıyır.
O, həm hərbi jurnalist, həm yazıçı-publisist
kimi xeyli sayda yazıları ilə ölkə mətbuatında öz imzasını oxuculara tanıda bilib. Çoxlu sayda cəbhə xəttindən
hazırladıqları yazılar,
oçerklər, məqalələr,
həmçinin publisist
qeydlərin və nəhayət, şair, yazıçı kimi ortaya qoyduğu bədii
nümunələr Vaqif
İsaqoğlunun öz
üzərində yorulmaq
bilmədən çalışmasının
bəhrələridir.
Bu günlərdə 50 yaşı
tamam olan Vaqif İsaqoğlunun özünün ad gününə
bir növ hədiyyə etdiyi "Əlli" kitabı onun bu günə
qədər çap olunmamış hekayələrindən,
şeirlərindən və
bir də ailə albomunu xatırladan şəkillərdən
ibarətdir. Həmçinin kitabda
"İpə-sapa düzülməmiş incilər,
fikirlər və düşüncələr" bölümündə də
Vaqifin özünəməxsus
aforizmləri yer alıbdır. Şeirlərində
son dərəcə səmimi olmağa çalışan və buna da müəyyən
qədər nail olan Vaqif İsaqoğlu yazır ki:
Eh, daha
tor görür, gözün
can Vaqif,
Alışmır ocaqda
közün, can Vaqif.
Əlləri qoynunda
çox zaman Vaqif
Xəyala dalacaq əllidən sonra
Bu misralar müəllifin artıq 50-dən sonrakı
illərinin də necə xəyalında qurduğundan da qayğılı, səmərəli
keçəcəyindən xəbər verir. Çünki
Vaqif İsaqoğlu özünün dediyi kimi, yalnız bir iş bacarır:
Tanrı mənə
qələm verdi,
Tanrı mənə var-dövlət
vermədi.
Tanrı mənə
qələm verdi.
Və mən bu dünyada
var-dövlət yiyəsi
olmadım, Söz yiyəsi oldum.
Zənnimcə, Söz
sahibi olan Vaqif İsaqoğlu "Əlli"dən dediklərini
50-dən sonra da daha böyük ustalıqla, bir az da loru
desəm, ağsaqqalyana
demək gücünü
qoruyub saxlaya biləcək. Ən azı ona görə ki, onun Tanrıdan payı olan qələmi və bir də söz
xəzinəsi var.
Əbülfət Mədətoğlu
Ədalət.- 2009.- 6 iyun.- S. 17.