Misir Mərdanov: "Universitet yaratmaq, keyfiyyətli kadr hazırlamaq üçün müəyyən vaxt lazımdır"

 

 "Hazırda ölkədə mövcud olan özəl ali məktəblərin keyfiyyəti nə məni, nə də cəmiyyəti qane edir". Jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib ki, bu problemi yaradan səbəblər müxtəlifdir: "Bütün səbəblər təkcə özəl ali məktəbləri yaradan şəxslər və ya qurumlarla bağlı deyil. Görünür, cəmiyyətin özündə də müəyyən problemlər mövcuddur. Ancaq təkliflərimiz var. Bu istiqamətdə ciddi addımlar atacağıq".

Nazir iyunun 19-da özəl ali məktəblərdə dövlət imtahanlarının başlayacağını söyləyib: "Nazirlik imtahanları çox ciddi nüzarətə götürəcək. Bizi özəl ali məktəblərə qəbuldan daha çox, buraxılan mütəxəssislərin keyfiyyəti maraqlandırır. Mənə elə gəlir ki, bu işin istədiyimiz səviyyədə olması üçün müəyyən qədər zaman lazımdır. Çünki universitet yaratmaq, orada keyfiyyətli kadr hazırlamaq, əhəmiyyətli görmək üçün müəyyən vaxt lazımdır".

"Təhsil Nazirliyinin "Qaynar xətt"i yalnız qış yay imtahan sessiyalarında deyil, bütün ilboyu fəaliyyəət göstərəcək". Jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib: "Qərara almışıq ki, "Qaynar xətt" təkcə sessiyalarla bağlı olmasınkampaniya xarakteri daşımasın. İlboyu nazirliyin dörd əməkdaşı "Qaynar xətt"in zənglərinə cavab verəcək. Bu işdə bizə korrupsiyaya qarşı mübarizə aparan dövlət qeyri dövlət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələri də kömək göstərirlər". M. Mərdanovun sözlərinə görə, nazirlik bütün telefon zənglərinə, hətta anonim zənglərə belə dərhal cavab verərək məlumatları araşdırmağa hazırdır.

 

 

V.Məmmədli 

 

Ədalət.- 2009.- 13 iyun.- S. 7.