"Mən daş, dəmir deyiləm, insanam"

 

("Görkəmli Adamların Həyatı" seriyasından "Heydər Əliyev" kitabından səhifələr)

 

19 oktyabr 1987-ci il, Moskva

 

Kremldə SSRİ Ali Sovetinin sessiyası açılır. Rəyasət heyətində - Ali Sovetin palata rəhbərləri, hökumət və Siyasi Büro üzvləri əyləşiblər.

Bu günü Heydər Əliyev belə xatırlayırdı:

"Bəzən kimlərsə zaldan çıxır, kimlərsə daxil olurdu. Qorbaçov mənimlə üzbəüz oturmuşdu. Birdən o da ayağa qalxıb çıxdı. Sonra Liqaçov ayağa qalxdı və başıyla Rıckova da işarə verdi ki, onun ardınca gəlsin. Onlar Rəyasət Heyətinin otağına keçdilər. Biz həmin otaqda adətən iclaslara qədər, fasilələrdə toplaşıb çay içərdik. Bir müddət sonra məni də həmin otağa çağırdılar.

Mənimlə söhbəti Qorbaçov başladı. Dedi ki, lmənim fikrimcə, sən Siyasi Bürodan və Nazirlər Sovetindən getməlisən". Getməyimin səbəbini bilmədiyimi söylədim: Mən hesab etmirəm ki, getməliyəm. Amma siz, Baş katib kimi belə hesab edirsinizsə, getməyə hazıram". Qorbaçov dedi: Onda dəqiq deyin ki, biz bilək. Siz öz xahişinizlə gedirsiniz, yoxsa səhhətinizlə əlaqədar?" 

Fasilədə evə gəldim. Oğlumla qızım evdəydi. Vəziyyəti onlara başa saldım. Əhsən onlara! Məni sakitləşdirib, dedilər: Narahat olma, ata, burada qeyri-adi nə var ki..."

Axşam Qorbaçovun yanına gəlib dedim ki, gedirəm. Bəli, mən gedirəm və elan edə bilərsiniz ki, səhhətimlə əlaqədar vəzifəmdən istefa verirəm. O, ayağa qalxıb məni qucaqlayıb öpdü və dedi: Çox sağ olun, Heydər Əliyeviç!"

Bu söhbət baş verənə qədər onlar artıq iyirmi ilə yaxın idi ki, bir-birini tanıyırdılar. Partiya MK-sının plenumlarında, Ali Sovetin sessiyalarında dəfələrlə görüşmüşdülər. 1972-ci ildə Heydər Əliyev ailəsi ilə birgə Pyatiqorskda dincəlirdi. Günlərin bir günündə Qorbaçov zəng vurub onun necə dincəlməyi ilə maraqlandı, dedi ki, görüşüb söhbət etmək istəyir. Sonra onu Karaçay-Çərkəz Muxtar Vilayətinə dəvət etdi. O vaxt Stavropol Partiya Komitəsinin katibi olan Qorbaçov öz ərazisində dincələn partiya rəhbərlərinin heç də hamısına belə diqqət ayırmırdı.

Əlbəttə ki, ölkənin birinci adamları xüsusi diqqət mərkəzində olurdular: Brecnev, Andropov, Kosıgin... Bir dəfə Qorbaçov Andropova çoxdan hazırladığı bir replikanı atdı:

- Siyasi Büronu ancaq yaşlı kadrlardan təşkil etmək olmaz. Yaxşı meşənin gərək pöhrəliyi də olsun.

Bu incə işarəli obraz Andropovun xoşuna gəlmişdi. Və bir neçə müddət sonra onun köməyi ilə Qorbaçov Siyasi Büroya üzv qəbul ediləndə, həmkarını təbrik edən Andropov həmin ifadəni xatırlayıb demişdi:

- Hə, pöhrə", indi buyur, işə başla!

Andropovun bu seçimini Heydər Əliyev də razılıqla qarşılamışdı. Mənim Qorbaçov barədə fikrim müsbət idi, - deyə Heydər Əliyev sözünə davam edir. - Düzdür, Sov.İKP MK-nın Baş katibi seçiləndən sonra o, xeyli dəyişmişdi. Bu, təkcə mənim yox, Siyasi Büronun o biri üzvlərinin də fikridir..."

Amma onun Baş katib seçilməsinə hələ xeyli müddət vardı. Hələ Qorbaçov Stavropolda işləyirdi və onlar Karaçay-Çərkəz Vilayətində Heydər Əliyevlə dostlaşmışdılar. Qorbaçov onların tanışlıq tarixçəsini belə xatırlayır:

Heydər Əliyeviç mənim xoşuma gəlmişdi. Çox ağıllı insan idi, həm yüksək səviyyədə, həm də adi, anlaşıqlı bir tərzdə düzgün dialoq aparmağı bacarırdı. Bu, keyfiyyət mənə ruhən daha yaxın idi. Ona görə də söhbətimiz tuturdu, yaxından dostlaşmışdıq".

Bu bizim dostluğumuzun və yaxın münasibətlərimizin başlanğıcı idi", - deyə Heydər Əliyev əlavə edir.

...Ali Sovetin sessiyasından sonra MK-nın plenumu da öz işinə başladı. 22 oktyabrda qəzetlər belə bir informasiya yaydılar: lPlenum yoldaş H. Ə. Əliyevin xəstəliyi ilə bağlı təqaüdə çıxmasını nəzərə alıb, onun Siyasi Büro üzvlüyü vəzifəsindən azad etmək xahişini təmin etmişdir".

   Kreml sarayının sirlərindən agah olan adamlar üçün bu, bir o qədər də gözlənilməz xəbər deyildi. Bir neçə il bundan əvvəl Kosıgini olduğu kimi, indi də Əliyevi həkimlər işdən getməyə razı salmağa çalışırdılar: Əziz Heydər Əliyeviç, artıq təqaüdə çıxmaq vaxtıdır, yoxsa orqanizminiz belə böyük, ağır işə dözə bilmir, qüvvəniz tükənmək üzrədir".

Deyilən sözün alt qatını çox gözəl başa düşən pasient təzyiqə dözmür: Sizin işiniz məni müalicə etməkdir. Bundan sonra işləyəcəyəm, ya istirahət edəcəyəm o sizin yox, mənim işimdir". 

Xəstəxanadan sonra o, yenə də işə başlamışdı. Onun təklifiylə keçirilən Müəllimlər qurultayının materialları ilə yaxından tanış olur, iqtisadiyyatın idarə olunmasında köklü dəyişikliklərlə bağlı MK-nın iclasının çıxartdığı qərarlara qeydlərini edir. İyunun sonunda köklü dəyişikliklərlə bağlı təklifləri KP MK-nın plenumu da müzakirə etdi. Elə həmin iclasda da Kunayevi Siyasi Büro üzvlüyündən, Zamyatini isə KP MK-nın katibi vəzifəsindən azad etdilər. Aleksandr Nikolayeviç Yakovlev isə Siyasi Büronun üzvlüyünə qəbul olundu. Onda Əliyev yalnız acı-acı gülümsünmüşdü: Gedişə bax! Yanvarda Siyasi Büro üzvlüyünə namizəd, indi - yarım ildən sonra artıq Siyasi Büronun tamhüquqlu üzvü. Pis deyil".

Sentyabrın əvvəlində Heydər Əliyev yenidən işə çıxdı. Gündəlik qayğılar - MK-nın iclasları, Nazirlər Sovetindəki yığıncaqlar. 18 sentyabrda Sov. İKP MK-nın üzvləri - H.Ə.Əliyev, L.N.Zaykov, V.P.Nikonov, N.İ.Rıckov, N.N.Slyunkov Kimya-87" sərgisinə gəlirlər. Müəyyən detallara, ştrixlərə əsasən Əliyev Qorbaçovun ona münasibətinin dəyişdiyini hiss edirdi.

- Vaxt keçdikcə mən bunu daha da açıq-aydın hiss etməyə başladım. Amma əvvəllər bizim aramızda çox xoş münasibətlər mövcud idi, - Heydər Əliyev recissor Vaqif Mustafayevin çəkdiyi "Bir paxıllığın tarixçəsi" adlı sənədli filmdə belə deyir.

 

Bir paxıllığın tarixçəsi

 

Həmin filmdə Qorbaçov Heydər Əliyevin istefasının səbəblərini açıqlayarkən belə deyir: Bu, onun səhhətiylə bağlı idi. Həm də sizə deyim ki, respublikanın da böyük təzyiqi vardı. O, tutduğu yüksək mənsəbin zirvəsindən respublikaya mane olurdu. Bəli, bu çox böyük təzyiq idi. Mən də sonda belə qərara gəldim.

Mən düşünmürəm ki, burada hansısa qaniçənlikdən söz gedə bilər. Ya da düşünülməsin ki, kimsə onunla haqq-hesab çəkirdi. Yox. Onunla çox insanpərvərliklə rəftar edilmişdi. Heç kim ona toxunmamışdı, heç kim alçaltmamışdı, şəxsiyyətini tapdalamamışdı. Ətrafda danışılan şayiələrin isə mənə dəxli yoxdur, onlar mənə maraqlı deyil. Bircə onu bilirəm ki, onun qarşısında vicdanım təmizdir".

Oxucu Heydər Əliyevin necə sıxışdırılmasını artıq bilir. Onunla necə rəftar etdiklərindən xəbərdar olanda isə kimin vicdanının təmiz olduğunu özü başa düşəcək.

Mixail Sergeyeviçin Vaqif Mustafayevə verdiyi ilk sual belə oldu ki, siz Heydər Əliyev barədə neçə seriyalı film çəkirsiniz?

- On iki.

- On iki? - eks-baş katib və eks-prezident təəccübləndi. - Mənimlə Genşer (Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri) barədə isə cəmi bir seriya çəkiblər.

- Bu, sizin probleminizdir, - deyə recissor yorğun halda cavab verdi.

Onlar bu filmdə çəkilmək üçün düz üç il Qorbaçovun razılığını almağa çalışmışdılar. Nəhayət, Moskvadan zəng vurdular: Mixail Sergeyeviç çəkilişlərə razılıq verib. Sizi gözləyir. On dəqiqəlik çəkilişə razıdır".

Vaqif Mustafayevlə operator o saat Moskvaya uçurlar. Təyyarədən enən kimi mobil telefon zəng çalır: lMixail Sergeyeviç sizinlə görüşə bilmir".

Rejissorun nə keçirdiyini təsəvvür etmək çətin deyil. Nizaminin heykəlinin yanında yerləşən Azərbaycan səfirliyinə yaxınlaşanda telefon bir daha zəng çalır: lMixail Sergeyeviç razılıq verdi".

Şəhər aerovağzalının yaxınlığında, Leninqrad prospektində yerləşən Qorbaçov fondu"nun binasına daxil olurlar. Gözlərinə gözəl bir akvarium dəyir.

   - Çəkilişi elə burada aparacağıq, - deyə Vaqif qərarlaşdırır.

    İlk kadrlar - ümumi mövzulara aid təmkinli və sakit söhbət. Nəhayət, Vaqif Mustafayev əsas sualı verir - nəyə görə Baş katib Heydər Əliyevi vəzifədən kənarlaşdırdı?

   Vaqif xatırlayır: Qorbaçov o saat əsəbiləşməyə başladı. Bu əsəbilik operatora da keçdi, kamera onun əlində yüngülcə titrəyirdi. Bizimsə veriləcək suallarımız hələ çox idi".

   Bu suallardan biri də Heydər Əliyevin oğlu, o zaman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olmuş İlhamla bağlı idi. Atası işdən gedəndən sonra onu da institutdan çıxmağa vadar etmişdilər. Qorbaçov dedi ki, bu barədə birinci dəfədir ki, eşidirəm.

"Bir paxıllığın tarixçəsi" filmini Yekaterinburq şəhərindəki kinofestivalda göstərmişdilər və film Qran-pri" almışdı. Qorbaçov İlhamla bağlı məsələdən xəbərdar olmadığını deyəndə qəfildən zalda bir qadın qışqırığı eşidildi: Yalan deyirsən, əclaf".

  Onun arxasında - akvariumdakı balıqlar isə quyruqlarını yelləyirdilər.

   Qorbaçovun şəxsi mühafizə dəstəsinin rəisi general Medvedevin dediyinə görə, Baş katib dəyişkənliyinə və xaraktersizliyinə görə o birilərindən çox fərqlənirdi. O, çox etibarsız adamdı, ətrafındakıları belə atırdı, tez-tez dəyişirdi. Gah sağlara, gah da sollara zərbə vururdu. Heydər Əliyev də bu cür zərbə altına düşənlərdən oldu.

   Vladimir Medvedev DTK generalıdır. Uzun müddət Brecnevin (on dörd il) və Qorbaçovun (altı il) şəxsi mühafizə dəstəsinə rəhbərlik edib. Brecnevlə Qorbaçovdan sonra iki il yarım müddətində DTK-nın Doqquzuncu idarəsinin ehtiyatında olub (Bu idarə yüksək rütbəli partiya işçilərinin mühafizəsiylə məşğul idi). İki dəfə Heydər Əliyevin səfərlərini hazırlayıb - birinci dəfə Voloqda və Çerepovetsə, ikinci dəfə isə Vyetnama.

   Əlbəttə, Heydər Əliyev Vladimir Medvedevi yaxşı tanıyırdı - həm əvvəlki görüşlərindən, həm də Brecnevin Bakıya səfərləri zamanından. Səfərin hazır olması barədə xidməti məlumatı dinlədikdən sonra dərhal soruşdu ki, işlər necədir, yeni vəzifəyə alışırsınızmı?

    "Mən bilirdim ki, Heydər Əliyev Brecnevin sevimlilərindən idi, - deyə general Medvedev xatırlayır. - Bilirdim ki, MK-nın Siyasi Bürosuna onu Andropovun zəmanəti ilə qəbul ediblər". 

   Vyetnamda Heydər Əliyev metallurgiya kombinatına baxış keçirməliydi. Nümayəndə heyətinin keçəcəyi marşrutu əvvəlcə general Medvedev keçdi. Marten sobalarının yanındakı metal qırıntıları yığınının içində mərmilər gördü. Zavod rəhbərləri bunları yığışdırmağa etiraz etdilər, dedilər ki, vaxtı keçmiş mərmilərdir, onlar təhlükəli deyil.  

   Medvedev xatırlayır: lHeydər Əliyevlə Vyetnama gələndə bu mərmi məsələsini ona danışdım və xahiş etdim ki, zavoda baxışdan imtina etsin. Lakin belə şeylər Heydər Əliyevin xarakterinə uyğun deyildi. Olmaz, - o mənə dedi, - orada bizi camaat gözləyir. Mütləq getmək lazımdır". O, həmişə beləydi. Bu, o demək deyil ki, Əliyev şəxsi təhlükəsizliyinə barmaqarası baxırdı, yox. Sadəcə, belə şeylər onun üçün əsas deyildi, əsas onun gördüyü iş idi".  

   Bu məqamda daha bir oxşar nümunə göstərmək istəyərdik. Curnalist Elmira Axundova bir dəfə başqa reportyorlarla birgə xarici səfərlərin birində Prezidenti müşayiət edirdi. Bundan bir az əvvəl, 1995-ci ilin iyulunda Rumıniya və Bolqarıstandan səfərdən qayıdarkən Prezidentin təyyarəsini yalnız xöşbəxt bir təsadüf xilas etmişdi. Kimlərsə terrorçuların yeni hücumlarından ehtiyat edirdi. Belə olan halda elə təyyarədəcə Elmiranın suallarına cavab verən Heydər Əliyev əlavə etmişdi: lSən heç nədən qorxma, mənə heç nə olmaz. Allah özü məni qoruyur. Çünki mən hələ xalqıma gərəyəm".  

   Biz hələ Nursultan Nazarbayevin Heydər Əliyevin şəxsiyyətini və fəaliyyətini necə dərin və müfəssəl qiymətləndirməsindən danışacaq, Qarabağ münaqişəsinin necə qızışdığını və partladığını xatırlayacağıq. Hələliksə, artıq fərdi təqaüdçü olan Heydər Əliyevin Mərkəzi Komitənin üzvü seçildiyi Sov.İKP-nin XXVII qurultayına qayıdaq. Tərcümeyi-hal arayışında o vaxt üçün son iş yeri də daxil olmaqla onun partiya və dövlət vəzifələri sadalanır: ...1987-ci ilin oktyabrından 1988-ci ilin noyabrına qədər SSRİ Nazirlər Sovetinin dövlət müşaviri".  

   Hörmətli vəzifədir. Tədricən gücü bərpa olunur. O, həmişə olduğu kimi 8.30-da işə, özünün çox da böyük olmayan kabinetinə gəlir və getdikcə daha aydın hiss edir ki, burda onun məsləhətinə ehtiyacı olanlar da var.  

   Əliyev SSRİ Nazirlər Sovetinin dövlət müşaviri və Sov.İKP MK-nın üzvü vəzifəsində çox qalmadı. Sonralar bu vəzifədən də azad olundu. Nüfuzlu və müdrik siyasətçi Aleksandr Sergeyeviç Dzasoxovun rəyi: Əliyevə qarşı ədalətsizlik etdilər".  

   Bir dəfə istefadan sonra Heydər Əliyeviç keçmiş katibliyinin rəhbərinə zəng vurub xahiş etdi ki, mənimçün bəzi materialları yığ. cavabında çox acı bir replika eşitdi: lSiz artıq burada işləmirsiniz". 

   Onda həmin sənədləri öz təşəbbüsüylə Aleksandr Qavrilov hazırlamağa başlamışdı. Bundan o saat xəbər tutmuşdular:  

   - Siz bu sənədləri kiminçün hazırlayırsınız?  

   - Heydər Əliyev üçün.  

   - Unutmayın ki, o, artıq bizdə işləmir.  

   Buna baxmayaraq, Aleksandr Timofeyeviç şefinin sözündən çıxıb sənədləri hazırlamışdı. lBaşqa cür eləmək yaxşı deyildi. Axı, biz hamımız insanıq".  

   Yaltaqlığın, ikiüzlülüyün, riyakarlığın fonunda adi insani əxlaqın xırda bir ştrixi də xoş təsir bağışlayır.  

   Çox keçmir ki, Əliyev başqa bağa köçməli oldu. Albert Lixanov xatırlayır:  

   Onu daha kiçik olan başqa bağa köçürtdülər... Tutalım, bunun eybi yoxdur, onsuz da Heydər Əliyeviç cah-calal sevən deyildi, bura da uyğunlaşdı. Mühafizəni götürdülər - bunun da eybi yox. Sonra ev xidmətçisini də geri çağırdılar. Axı Heydər Əliyeviçin həyat yoldaşı vəfat etmişdi, bu xidmətçi isə evi silib- süpürür, yuyub təmizləyir, yemək hazırlayırdı..."  

   Kremlin Qurultaylar sarayında yaddaqalan bir epizodu xatırlamaq istərdik. Fasilə zamanı vestibülə çoxsaylı partiya katibləri, nazirlər, yüksək çinli hərbçilər toplaşmışdı. Uzun müddət bir-birini görməyənlər görüşür, salamlaşır, zarafatlaşırlar. Və hamı cidd- cəhdlə bir nəfəri - Heydər Əliyevi görməməyə çalışır. Heydər Əliyev artıq nə Siyasi Büronun üzvü, nə də Nazirlər Sovetinin sədr müavinidir. Bir neçə gün əvvəl isə həmin bu adamlar onun ətrafında vurnuxur, özlərini gözə soxmağa çalışır, ona hörmət və ehtiramlarını nümayiş etdirməyə cəhd edirdilər.  

   Qurultaylar sarayındakı bu xoşagəlməz hal Heydər Əliyevi gözləyən tənhalığın, mənəvi iztirabların hələ prelyüdası, başlanğıcı idi. O, hələ bilmirdi ki, özünün irəli çəkdiyi adamlar, dostları, tələbələri, ən yaxın əhatəsində olanlar onu bəd ayaqda tək qoyacaqlar, satacaqlar. Sonralar o bu barədə belə deyəcəkdi: Mənə elə gəlir ki, ən dəhşətlisi insanları yaxşı tanımamaqdır. Mənə qarşı da çoxsaylı ədalətsizliklər edilmişdi. Axı, mən də insanam, nə dəmir, nə də daş parçasıyam, insanam".  

   Təhqirlərlə, təzyiqlərlə dolu həmin illərdə bu sözlər Heydər Əliyevin etdiyi yeganə etiraf, yaralı ürəyinin yeganə fəryadı idi. Heydər Əliyev daha heç kimə bu barədə bir söz deməmişdi, özünü sındırmamışdı. Güclü insanlar hər şeyi özləri ürəklərində çəkməlidirlər. Onların düşdüyü vəziyyətlərin hansı iradə meqavatlarıyla ölçüldüyünü isə yalnız kardioqramlar bilir.  

   Qorbaçov yeni düşüncə tərzindən çox danışsa da, əslində özündən əvvəlkilər kimi hərəkət edirdi. Xruşşov Stalini alçaldırdı, Brecnev Xruşşovu, Qorbaçov Brecnevi. Hər əvvəlki epoxaya bir damğa vurulurdu; Stalinin dövrü Şəxsiyyətə pərəstiş", Xruşşovun dövrü Valyuntarizm", Brecnevin dövrü isə Durğunluq dövrü" adlandırılmışdı... Keçmişdəki bir çox şeylərdən imtina etmək lazım gəlirdi, buraxılan səhvlərdən nəticə çıxarmaq və yeni səhvlər buraxmamaq lazım idi. Amma gözünü yumub hər şeyi dağıtmaq əlbəttə ki, düz deyildi.

 

 

 Hüseynbala Mirələmov,

 

Viktor Andrianov

 

Ədalət.- 2009.- 13 iyun.- S. 12-13.