Qayıt

 

   Həsrətin araya atdı dağ, dərə, 

   Sönən işıq oldun, batan səs oldun.  

   Qayıt, mənim gülüm, qayıt bu yerə,  

   Ey mənim istəyim, gəlməz oldun!

   Ümidlər, arzular pərən-pərəndir,  

   Qəlbə təsəllidir xatirələrim. 

   Bir halımı soruş, könlümü dindir;  

   Axşamlar yadıma düşür səhərim. 

   Qayıt, mənim gülüm, yerbəyer elə 

   Dərdli səhərləri, gecələri sən.  

   Çaşıb başqa yolla keçirəm elə,  

   Düz öz qaydasınca küçələri sən. 

   Qayıt, yerinə qoy Ayı, Günəşi, -  

   Yenə olduğutək görüm həyatı  

   Qayıt, gözüm nuru, könlüm atəşi,  

   Qayıt, sahmana sal bu kainatı!

   

 

   İki sevgi    

 

   Gözəl qız, sən saf susan,  

   İki qəlb arzususan.  

   Mənsə səni sevirəm

   Susuzluğun od vurub köz kimi yandırdığı   

   dodaq su sevən kimi.  

   O isə səni sevir,  

   rahatca bardaş qurub,  

   - Kabab üstdən sərin su pi solmaz - deyən kimi.  

   Gözəl qız, sən işıqsan,  

   Yurduma yaraşıqsan.  

   Mənsə səni sevirəm  

   iynənin ucu boyda  

   İşığa həsrət qalan göz işıq sevən kimi.  

   O isə səni sevir, 

   Bir şən mağarda, toyda,  

   İşıqlardan yaranmış yaraşıq sevən kimi.  

   Danış, ucalsın səsin,  

   Qısılmasın nəfəsin.  

   Mən ki, səni sevirəm,  

   Bakıdan, Daşkəsəndən  

   Gələn bir səda kimi,  

   Səs kimi,  

   Qüdrət kimi.  

   O isə səni sevir,  

   Gizli deyil ki, səndən,  

   Bir otaq küncündəki qəmli sükunət kimi.  

   Bu mən, bu o, bu da sən,  

   De görək, deyirsən!  

   Amma yaxşı fikir ver bu iki məhəbbətə.  

   Daha heç demirəm.  

   Nöqtə, nöqtə nöqtə.

 

      ***  

   vaxt görüşmüşük?  

   Harda? zaman?  

   Doğrusu, elə bil yadımdan çıxıb.  

   Təbəssüm səhəri doğdu üzündən,  

   Dayandın ehmalca əlimi sıxıb.  

   Sözlərin qırıldı, töküldü bir-bir;  

   Çırpdı divarlara, daşlara külək.  

   Kəlmələr dağıldı sahil boyunca  

   Yonulmuş bir gülün ləçəkləri tək.  

   Əynində sevincdən biçilmiş don,  

   Gözündə çaşqınlıq ala-toranı.  

   Əllərin qonmağa bir yer tapmadı,  

   Sındırdın az qala barmaqlarını.

   Sonra da gözlərin sirli söhbəti:  

   - Sevirsən?  

   Sevirəm.  

   - Hər zaman  

   - Hər an!  

   Sonra da dillərin şirin yalanı:  

   - Sevmirsən?  

   - Sevmirəm?  

   İndi o vaxtdan  

   Saatlar,  

   həftələr,   

   illər ötüşür.  

   Amma o ilk görüş yaşayır hələ.  

   Qocalmır, zamana yanıqlar verib,  

   Yaşayır hər yeni görüşümüzlə.  

   İlk görüş yox olsa, yox olub gedər,  

   Dönər bir heçliyə görüşlərimiz  

   Görüşlər hamısı vərdişə dönər,  

   Bəlkə bir saatda qocalarıq biz. 

   Hər yeni görüşlə ilk görüş gəlir,  

   Bütün görüşlərə nur səpir bir-bir.  

   İlk görüş həmişə arxada deyil,  

   İlk görüş bəzən gələcəkdədir.

 

     ***  

   Qəribsədim uzaqlarda,  

   könlüm-gözüm səni andı.  

   Ayrıldığım müddətdi,  

   Bir əsrdi, yoxsa andı?..  

   Mən vəfalı gördüm, gülüm,  

   ?zün kimi həsrətini,  

   Yad etdinmi sən bu vaxt  

   Sənə şer həsr edəni? 

   Sorağının sorağıyla  

   Dağ-dərəli yollar dolu,  

   Ayrılığın sözləri tək  

   Yağır yağış, yağır dolu.    

   Tutub sözün, səsin, adın 

   Uca dağı, gen dərəni.  

   Əllərinlə döyür külək  

   Səhərəcən pəncərəni. 

 

   *** 

   Keçirdim qəlbimi  

   yüz-yüz gözəlin  

   Heyran baxışının  

   odu içindən.  

   Mən onu keçirdim  

   neçələrinin   

   Sözü, gözəlliyi,  

   adı içindən.  

   Mən onu vermədim,  

   verə bilməzdim,  

   Çünki, sənin üçün  

   saxlamalıydım.  

   O qış baxışının,  

   çovğun sözünün  

   Odları içində   

   yoxlamalıydım.  

   Saxlamalıydım ki,   

   mən onu  

   sonra,

   Verən gözlərinin cəfalarına.  

   Saxlamalıydım ki, rahat olmaya;  

   Çırpına, alışa  odlana, yana. 

   Saxlamalıydım ki,  gecəbəgündüz  

   Sən ona dərd verə,

   əzab verəsən.  

   Həsrət aləminin  

   dolaylarında   

   yol göstərəsən.  

   Mən onu saxladım,  

   sənindir dedim,  

   Sevib saxlamadın  

   amma onu sən.  

   Bir gün mükafatsız,  

   səssiz,   səmirsiz  

   Getdi gözlərinin məmləkətindən.

 

   ***

   Ayrılıq zamanında 

   anladım ki, bir sözük,   

   Onun gül adın kimi  

   ikicə hecası var. 

   Biri sənsən,  

   biri mən.

   Görüşməsək, o sözdən,  

   Hansı bir məna qalar?..  

  

 

 Vəsiyyət

 

   Yeri oldu-olmadı  

   həkim ki,  

   girdi xəstənin qılığına,  

   Nəsə pıçıldadı   

   dostlarından   

   birinin qulağına -   

   Onda həkim,  

   Salam- əleykim!  

   Hardan gəldi çıxdı  

   ölüm - bu qoca kaftar.  

   Yaman kəmfürsətdir,  

   Görünür ki,   

   əlimdə qədər   

   işim var?  

   Heç kim inanmır ki,  

   öləcək..  

   Elə mən dəg  

   Amma ölüm  

   oğlanlarımın   

   kədərli təbəssümüylə  

   gülümsəyəndə,  

   Onların, hələ dünyanı  

   tamam yığa bilməmiş   

   gözləriylə baxanda   

   onlarla bir oyanıb da,  

   Bir oynayanda,  

   Hər işdə onlardan  

   geri qalmayanda,  

   Sadiq köpək kimi  

   girəni,

  

   çıxanı yoxlayıb  

   qapının yanından   

   ayrılmayanda,  

   İnandım öləcəyimə 

   Demədim heç kimə.  

   Tabutuma oğlanlarımı  

   yaxın qoymayın!  

   Təbəssümlərini qoyarlar ora,  

   Qoymayın onları   

   həyətdən bir adam çağıra,  

   Oyuncaqlarını,  

   oyunlarını gətirib  

   qoyarlar tabutuma,  

   Birdən-birə   

   qocalarlar.  

   Mənsə aparıram  

   sizə lazım olmayan   

   nəyim var.  

   Amma qoyub gedirəm  

   nöqsanlarımı.  

   Onlar narahat yaşadar  

   oğlanlarımı.  

   Tabutuma   

   Bir az kağız qoyun,  

   bir dənə qələm.  

   Hayıf, bu yaşda  

   heç ,  

   heç deməmişəm.  

   Dostlar  

   bir şer desinlər,  

   İşdi

  

   imkan olsa  

   bir dənə mahnı   

   çaldırsınlar.  

   Şeirlə mahnının möcüzəsilə  

   Ayılmağa   

   çox dəli bir ümidim var.   

   Ölüm çəkmiş olsa  

   üzümə   

   sarı bir kədər,  

   Əvvəlki təbəssümümü  

   salın yada  

   düşünüb bir qədər.  

   Gecələr  

   yazmaq,  

   oxumaq eşqi gələndə   

   Paşanın,  

   Azərin,  

   Orxanın,  

   Asın təbəssümümü  

   divar lampası kimi  

   başı üstdən  

   canımın,  

   üç  

   igid oğlanımın  

   Paşamın,  

   Azərimin,    

   Orxanımın.  

 

 

   Əli Kərim

 

  Ədalət.- 2009.- 13 iyun.- S. 20.