DOLU
(Romandan bir parça)
Özü də Xan qızının qardaşının yatdığı
"15" nömrəli kamerada.
Və bu məşhur kamerada yatmaq üçün rəisə babat da pul vermişdi.
O illərdə bu, Qarabağda ən çox fors olunası bir şey sayılırdı:
- Ə düdük,
sən mənnən danışa bilməzsən
ey! Mən Şuşada onbeş nömrəli kamerada yatmışam.
...Tanrı sən saxla...
Bu hörmətli kameranı
fərqləndirmək üçün
qapının üstündəki
"15" rəqəmini də
qırmızı rənglə
yazmışdılar, baxmayaraq
ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu
rəqəmi niyə məhz qırmızı rənglə yazıblar.
"15" nömrəli kamera
rəislərə bütün
həbsxana qədər
xeyir verirdi. Bu kameraya yemək-içmək Cıdır
düzündəki restorandan
gətirilirdi. Divarlarında
xalı-xalça, ayaq altda gəbəsi
vardı. Nəfəsliyindən
ləzzətlə Topxanaya
tamaşa eləmək,
Daşaltı çayının
şırıltısına qulaq asmaq olurdu.
Və bu musiqinin sədaları altında gözlərini yumub azacıq da olsa özünü
Cıdır düzündəki
azad adamlar kimi hiss edə
bilirdi. Qısası, Şuşada yay aylarında bir mənzilin aylıq kirayəsi 100 manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adambaşına.
Burda isə heç bir kameranın üstündəki rəqəmi
qırmızı rənglə
yazmamışdılar. Hansına yazaydılar
ki?! Hər birində nəinki Xan qızının qardaşından, hətta
özündən də
məşhur adamlar yatmışdılar. Hətta
bir kameraya bir neçə məşhur adam şərik çıxırdı.
Və bu adamlar o qədər
məşhur idilər
ki, o, bu
siyahıya düşmürdü.
Şuşadakı "15" nömrəli kameradan fərqli olaraq burdakı bahalı kameralarda milli pul işləmirdi, hesab dollarla gedirdi. O da bu bahalı kameradaydı, amma nə puluna, nə də adına görə yox - Rəisi vaxtilə "15" nömrəli kameranın nəzarətçisi olmuşdu.
Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi ki, vaxtilə Məmməd Əmin dünyaya böyük bir pislik edərək Stalini məhz bu kameradan qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb.
Oturmuşdu və fikirləşirdi ki, bura haçansa muzey olsa da bu muzeydə onun adı olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı.
...Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər - bura heç vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin birində buranı satın alıb özəlləşdirəcəkdi və sonra da sökdürəcək və yerində kvadratı beş min dollara göydələnlər ucaldacaqdı. Dünyada ruhların olduğundan və ruhların onları rahat yaşamağa qoymayacağından bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu göydələnlərdən aldıqları evlərdən xeyir-bərəkət görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri o birisinə, nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər Xiyabanının altında Çəmbərəkənd qəbristanlığının yerində tikilmiş dörd göydələn kimi işıqlar yanmayacaqdı. Və günlərin birində Bakıda ala-babat bir zəlzələ olacaqdı və bu binalar həmin ala-babat zəlzələdə çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək etməyəcəkdi. Və şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı...
Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan ?vladlarının işgəncə verdiyi divarların arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı...
Aqil ABBAS
Ədalət.- 2009.- 20 iyun.- S. 1,7.