NƏTİCƏLƏR YENİ UĞURLARA RUHLANDIRIR

 

Cəmiyyətin ən üzdə olan gündəlik həyatında yer alan məsələlərindən biri asayişin, sabitliyin qorunmasıdır. Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Məsələ təkcə cinayət hadisələrinin azalmasında deyil. Baş verən cinayət hadisələrinin açılma mexanizmi ildən-ilə mükəmməlləşir. Cinayətkarlığın qarşısının alınması üçün gündəlik gərgin fəaliyyət, profilaktika eyni zamanda baş vermiş cinayət hadisələrinin açılması uğrunda gecəli-gündüzlü mübarizə ...  

Polis işçilərinin peşə bayramı ərəfəsində Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlovla söhbətimiz oldu. 

  

   ***

 

- Azərbaycan polisini, Sizi başçılıq etdiyiniz şöbənin bütün əməkdaşlarını qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edirik.  

- Çox sağ olun. Məncə, Siz razılaşarsınız ki, bu həm ümumilikdə xalqımızın bayramıdır. Azərbaycan polisi dövlətçiliyə xalqa xidmət göstərir...  

- Beynəlxalq təcrübənin, müasir metodların tətbiqi Mingəçevir polisinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətində uğurlu nəticələr qazandırır...  

- Sizə məlum olduğu kimi Daxili İşlər Nazirliyinin razılığı ATƏT-in Bakı Ofisinin köməyi ilə 2006-cı ilin iyun ayından başlayaraq Mingəçevir Şəhər Polis Şöbəsində "Polisə yardım proqramı" çərçivəsində pilot layihə həyata keçirilir. Əvvəlcə layihənin 18 ay davam edəcəyi nəzərdə tutulmuşdu. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq onun 2008-ci 2009-cu ildə davam etdirilməsi barədə qərar qəbul olunmuşdur. Həyata keçirilən layihə şərti olaraq "Cəmiyyət dəstəkli polis" adlandırılır. Əslində bu layihə ilə əlaqədar polisin işində, onun strukturunda heç dəyişməmiş nəzərdə tutulmamışdır. Bu layihədə əsas məqsəd polis xidmətinin ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün polislə ictimaiyyət arasında etimada əməkdaşlığa əsaslanan münasibətlərin qurulması inkişaf etdirilməsidir. Xalq dəstəyinə əsaslanan bu layihədə nəzərdə tutulur ki, polis bütün diqqətini gücünü hadisənin baş verdiyi ana qədər olan zamana, hadisələri qabaqlamağa yönəltməli, xalq köməyi, dəstəyi xalqla birlikdə qarşıya qoyulan vəzifələri yerinə yetirməlidir...   

- Ələsgər müəllim, 2009-cu ilin birinci yarısı da başa çatmaq üzrədir. Bu günlərədək şəhərdə baş vermiş cinayət hadisələrinin açılması, ümumiyyətlə, mübarizənin gedişi, nəticələri Sizi qane edirmi?   

- Təbii ki, cinayət hadisələrinin, xüsusilə ağır cinayətlərin azalması yaxşı haldır. Bütün bunlar ciddi məqsədyönlü fəaliyyətin nəticəsi kimi xarakterizə olunmalıdır. İndiyədək bütün xətlər üzrə qeydə alınmış 55 cinayət faktının keçən ilin eyni dövrü ilə müqayisədə azalma göstəricisi bizi razı salmaya bilməz. Bu cinayət hadisələrində cəmi 6 fakt ağır cinayətlərə aiddir. Bundan başqa, qeydə alınmış cinayətlərdən qəsdən sağlamlığa ağır zərərvurma 3 fakt, oğurluq cinayəti 2 fakt, narkotik vasitələri ilə bağlı cinayətlər 16 fakt, o cümlədən satışla 7 fakt başqa cinayətlər qeydə alınmışdır. Eyni zamanda qəsdən adam öldürmə, zorlama, quldurluq, soyğunçuluq adam oğurluğu kimi ağır cinayət hadisələri baş verməmişdir. Qeydə alınmış cinayətlərin açılması 94,5 faizi təşkil etmişdir. Ağır xüsusilə ağır cinayətlərin açılması isə 100 faiz təmin olunmuşdur.   

- Ələsgər müəllim, söhbətimiz burada yekunlaşır, deyəsən, bir az yığcam alındı, həmişəki polemika əsasən rəqəmlərlə əvəzləndi.   

-Bunu mən hiss etdim. Ancaq hər halda bayram əhval-ruhiyyəsindəyik, qarşıda isə söhbətlərimiz çox olacaq...

   

 

Məzahir Əhmədoğlu 

 

Ədalət.- 2009.- 20 iyun.- S. 9.