BAYRAMIN MÜBARƏK, QAÇQIN!
... İndi bütün həyatımız lağlağıya çevrilib. Ən ağır, ən böyük faciəmizdən danışanda belə zarafat, lağlağı, lətifə, "it oynadan" motivlərdən istifadə edirik. "Qaçqınlar günü" ifadəsi də adamda bu mənada müxtəlif əhval yaradır. Lağlağıdan hönkürtüyədək... Amma bircə şeyi şəxsən mən tam anlamıram. "Qaçqınlar günü" deyilərkən, bunu necə qəbul edək: bu, bayramdırmı? Yoxsa bu, hüzn, matəm günüdür? Yəni əgər rəngləyəsi olsaydıq, bu günü təqvimdə hansı rənglə, qırmızı, yoxsa qara ilə göstərməli olardıq? Bəlkə 20 iyunun bizim xalqımıza aid olan hissəsi özündə qəhrəmanlıq və kədəri eyni zamanda birləşdirir? Axı, ölkəmiz qeyri-adiliklər ölkəsidir!
"Qaçqınlıq"
termini yaranandan bununla bağlı başımıza o qədər
iş gəlib ki... Gah bizi seviblər,
öyüblər, gah qınayıb, söyublər. Gah kiminsə
bizə yazığı gəlib, gah da bəzi adamların
nifrətinə tuş gəlmişik. Bəzən çiyinlərimizə
yüklənən, insan çiyni üçün fövqəladə
dərəcədə ağır problemlərə
dözmüşük, bəzən də bizə heç qətiyyən
dəxli olmayan problemləri də bizim boynumuza yükləyiblər.
Kimin harada nəyi tərs gəlibsə, "günah
qaçqınlardadı" deyib. Şair olmasa da
("Şair işləməsə də" desəydim, daha
dəqiq olardı) bəzi adlı-sanlı şairlərdən
daha istedadlı olan şuşalı dostum Elşən Muradovun
indiyədək işıq üzü görmüş "Ay
Şuşa!" adlı yeganə şerində adı
"Qaçqın" olanın bütün harayları,
iztirabları aydın şəkildə əks olunub. Bu
üç bəndli şeri oxuduqca kədər adamı
qılınc kimi kəsir:
Namərdlər əliylə hicran bağından
Ayrılıq gülünü dərdim, ay Şuşa!
Göyərib, dağlara boy vermir indi
Həsrətim,
ay Şuşa, dərdim, ay Şuşa!
Niyə gəldim yaman gözə, bilmirəm,
Vətənimdə
qərib gəzə bilmirəm.
Adıma bax, - qaçqın, - dözə bilmirəm,
Tükənib qərarım, səbrim, ay Şuşa!
Bir qəmli kamanam, bəmim,
zilimsən,
Muğanım - sən, Şirvanım - sən, Milim - sən!
Dünya dağılsa da, son mənzilimsən,
Məzarım, ay
... Vətənimizdə qərib
kimi gəzmək bizim qismətimizə yazıldı.
Camaatımızın müəyyən hissəsi bir çox
hallarda layiq olmadığı münasibətlə üzləşdi.
Çox vaxt bizim qaçqınlığımızdan
başqaları, qaçqın olmayanlar sui-istifadə elədi,
batdı-barındı. Adı bizim oldu, dadını
başqaları gördü. Əslində mən bunu heç
də xiffətlə demirəm, sadəcə Allaha
şükür ki, qaçqın olmayanın özünü
qaçqın kimi aparmağından iyrəndiyimi bildirmək
istəyirəm.
Bizim adımızdan kim
istifadə etmədi? Yuxarıda "lağlağı"
demişdim. Real həqiqəti, bizim acı həyatımızı
və həm ağlamalı, həm də gülməli vəziyyətimizi
ironik şəkildə, sarkazmın "dəhşətli"
variantında, formasında əks etdirən belə
"lağlağı"lardan biri yadıma düşür:
"qaçqınlığın ilk illərində"
(fikir verirsinizmi, bizim camattın leksikonunda belə ifadələr
artıq "şəxsiyyət vəsiqəsi" alıb).
Almaniyadan gələn müəyyən təşkilatlar
Qarabağdan olan məcburi köçkünlərin bir hissəsini
himayəyə götürərək, hər ay humanitar
yardım paylayırdı. Əvvəlcə həmin ərzaq
yardımını bizim camaata yerli-azərbaycanlı məmurlar
verirdi. Yardımın böyük bir hissəsini faşist
Almaniyası ilə müharibə vaxtı qaçıb
arvadların tumanı altında gizlənmiş dədələrinin
- "Nemes" sənsən
ey, köpəyoğlu, o deyil!
... Qaçqınlıq illərində
cavanlarımız tez qocalmaq, artıq cavan olmayanlarımız
isə əlacsızlıqdan beli bükülmək dərdinə
düçar oldu. İnfarkt "cavanlıq" xəstəliyinə
çevrildi. "Qananın qanmaza borclu olduğu"
dünyada qananımız "nadan", nadanlar "qanan"
oldu. Vicdanlı, namuslu adamlar kölgədə qaldı,
yaramazlar başa keçdi. Vətən dərdi, el-oba həsrəti,
illər boyu formalaşmış həyat tərzinin birdən-birə
yoxa çıxması insanları vaxtsız qocaltdı, vaxtsız
və nakam öldürdü:
Salam, Şuşam!
Oğulları qırılmış, kişiləri
vurulmuş,
Od içində boğulmuş, qan içində
yuyulmuş,
Buludları doluxmuş, çiçəkləri
soluxmuş,
Körpələri qocalmış, qocaları
yorulmuş,
Qananı "nadan" olmuş, nadanı "qanan"
olmuş,
?füqləri qaralmış, adamları
saralmış,
Salam, Şuşam, tale ülkərim, salam!
Var ikən yox olan şəhərim, salam!
... Düz on il bundan əvvəl
- 1999-cu ildə Beyləqan rayonunun Daşburun qəsəbəsində
məskunlaşmış yaxın qohumumuz dünyasını
dəyişmişdi. O zaman yaşı 75-i keçən, amma
ömrünün Qarabağın gözəl yaylaqlarında
keçməsindən qazandığı
gümrahlığı hələ saxlayan anamı da yas yerinə
aparmışdım. Rəhmətlik qohumumuzun yeddisi
çıxandan sonra anam dedi ki, gəlmişkən, gedək Sara
xalanı da görək. "?lüm-itim zamanasıdır, kim
bilir bir də öz ayağımla buralara gələ biləcəyəmmi?".
Sara xalam Füzuli rayonunun
Böyük Bəhmənli kəndində yaşayır.
Böyük Bəhmənli erməni işğalından azad
olunmuşdu. Kənd camaatı müxtəlif yerlərdən
öz doğma yurdlarına qayıtmışdı. Artıq
xeyli vaxt idi ki, xalamgil də öz evlərinə
dönmüşdülər. Daşburundan Böyük Bəhmənliyə
qədər olan cəmi 20 kilometrlik məsafəni getdikcə,
anamın hansı həyəcanlar yaşadığını
dinməzcə müşahidə edirdim. Həyət
qapısını açıb, anama içəri keçməyə
yol verdim. Anam asta-asta əziz adamların
yaşadığı, yaşıllıq içində olan
xudmani həyətə daxil oldu. Sara xalam həyətdə
idi. ?zü o yana nə iləsə məşğuldu.
Onların görüşünə dözə bilməyəcəyim
fikri ildırım sürəti ilə beynimdən keçdi.
Darvazanın yanında dayandım. Anam
"qaçqınlıqdan sonra" görüşmədiyi
illərin həsrətini bir neçə saatlıq da olsa yox
edəcək görüşə doğru, onun gəlişindən
hələ xəbəri olmayan xalama tərəf kövrək
addımlarla irəliləyirdi. Hiss edirdim ki, müvazinətini
güclə saxlayır. Mən isə ona kömək
üçün yerimdən tərpənə bilmirdim. Bu
ağır işdə anamın köməyinə rəhmətlik
Aslan əminin dünyanın, ömrünün və ailəsinin
gözəl və xoşbəxt çağlarında əkdiyi
ağaclar çatırdı. Sara xalam arxadan hənirti duyub
geriyə çevrildi. Anamı görcək... Yox! Sara xalam
özü ilə bacara bilmədi... Arıq və uzun
qollarını anamı bağrına basmaq üçün
geniş açıb, yerindən tərpəndi. İki
addım, cəmisi iki addım ata bildi... O yaşında da qənirsiz
gözəlliyini saxlamış Sara xalamın sifətində
xoşbəxtlik və səadət günəşi doğsa da,
gözlərində kök salmış buz kədər
dağlarını o xoşbəxtlik günəşinin
şimşək kimi çaxan qılıncları kəsib,
doğrayıb yox etsə də, çəkdiyi nalə onun və
anamın (elə bizim hamımızın) nə boyda faciə
içində olduğunu göstərirdi:
Əslim qarabağlıdı,
Sinəm çarpaz dağlıdı...
Nə gələn var, nə gedən,
Yollar yaman bağlıdı...
... Yaşları səksənə
yaxın və təxminən eyni yaşda olan anamı və
xalamı kökündən kəsilmiş ağaclar kimi yerə
yıxılmaqdan bir-birini qucaqlayıb bağrına basmaq
üçün dünya boyda açılmış uzun,
arıq qolları xilas elədi...
... Bir-birinə
sarılmış iki uzunboylu, ağ saçlı, sinəsi
dağlı, ürəyi həsrətli, başı bəlalı
qoca qadının gah atılıb-düşən çiyinləri,
gah da bir-birinə qarışan tükürpədici
hıçqırtı və hönkürtüləri məni
qapının ağzında heykələ dönmüş
şəkildə gah öldürür, gah dirildir və yenidən
ürəyimi parçalayıb bir də
öldürürdü...
... Sən demə, anam
bilirmiş, düz deyirmiş. Bu onların
"qaçqınlıq illərində" sonuncu
görüşləri oldu. Artıq neçə illərdir
ki, xalam Sara xanım Füzuli rayonunun Böyük Bəhmənli
kəndindəki evində, anam Sayad xanım isə
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində,
Dərin ?züllər Zavodunun həyətindəki vaxtı ilə
tikintisi yarımçıq qalmış sement-beton evdə
yataq dustağıdır. İndi onların öz ayaqları
ilə yeriyib, bir-birini qucaqlamaq imkanı yoxdur. Dərd bununla
qurtarmır, bəla burasındadır ki, indi onları avtomobilə
mindirib bir-biri ilə görüşməyə aparmaq da
çox çətindir. Arada olan 300 kilometrlik yolu
sağ-salamat gedə biləcəklərinə təminat da
yoxdur.
... Və onlar eyni dərdi
yaşayan minlərlə azərbaycanlı qadından
yalnız ikisidir.
... 20 iyun ?mumdünya
"Qaçqınlar günü"dür. Və əhalisinin
sayına, nisbətinə görə,
qaçqınlarının sayı dünyada hamıdan
çox olan ölkələrdən biri də Azərbaycandır.
Azərbaycanda bu gün hər səkkizinci adam qaçqın
və ya məcburi köçkündür. XX əsrin son illərində
ilk qaçqınlarımız meydana çıxandan bəri
20 ildən artıq vaxt keçib. Biz hələ də
qaçqın olaraq qalırıq. Yeri gəlmişkən, Azərbaycanın
ali qanunverici orqanı bizim üçün, yəni Qarabağ
qaçqınları üçün daha "mədəni",
daha "cazibədar" ad fikirləşib: "məcburi
köçkün". Bəli, biz hələ də
"qaçqın", "məcburi
köçkün" olmaqda davam edirik. Bu gün bizim
övladlarımız da "qaçqın" doğulurlar,
dünyaya "məcburi köçkün" gəlirlər.
?lkəmizin bir çox kütləvi informasiya vasitələri
hətta bizi ayrıca "peşə kateqoriya"sına aid
edirlər. Məsələn belə, "tədbirdə
müəllimlər, həkimlər, ziyalılar, millət vəkilləri
və məcburi köçkünlər iştirak etmişlər".
... Qaçqının da
bayramı olarmış! 20 iyun ?mumdünya Qaçqınlar
günü kimi. Bayramınız mübarək, mənimlə
eyni dərddə olan qaçqın qardaş və
bacılarım. ?lmədik, bu günü də gördük.
Bizim də günümüz, qaçqın günümüz
dövlət səviyyəsində, hətta dünya səviyyəsində
qeyd olunarmış.
Amma yenə də başa
düşmürəm, qaçqın günü - yəni nə?
Qaçqının nə günü, hansı günü?
Qaçqının günü var ki? ?mrü-günü
qaçqın olanın nə günü? Bu,
qaçqının nə gününə yaraşır?
Qaçqın özü elə
günü günündədir də...
Mən qaçqın deyiləm, insanam, insan!
Aç kor gözlərini, ey namərd cahan!
Mənim hüququm var! Haqqımı tanı!
Bəsdir qoruduğun bic Hayastanı?
Kərim KƏRİMLİ
Ədalət.- 2009.- 20
iyun.- S. 18.