Bayat
MƏNİ
Neylədin, ömür neylədin?
Adamlardan seçdin məni.
Nə vermişdin geri aldın,
Yedin məni, içdin
məni.
Neylədin, tale neylədin?
Gedib hamıya söylədin.
Gah öz yolumdan əylədin,
Gah
da gəlib keçdin məni.
Bəxtim, sevib yar olmadım,
Ömür sürüb
yorulmadım.
Sünbül tək
dənə dolmadım,
Zəmi kimi biçdin
məni.
Gördüklərim yuxuydumu?
Neylədin, Tanrı neylədin?
Ayrı işin yoxuydumu?
Məni də şair
eylədin.
Düyünümdən açdın məni.
DANIŞAQ
Söyləməyə nə qaldı
ki?
Bu gecə qalım, danışaq.
Sən pıçılda,
mən eşidim,
Qadanı alım danışaq.
Yenə də üzə-üz qalaq,
Gecəmiz yatsın, biz qalaq.
Eləcə ikimiz
qalaq,
Şəkərim, balım danışaq.
Hərdən-hərdən küsdüyünü,
Ürəyimi üzdüyünü.
Axırda can istəyini,
Yadına salım danışaq.
BU GECƏDƏN
Gecələrin vüsalı
tək,
Həsrəti də boldu yaman.
Yatdıqmı ki, yuxu görək?
Zəhmi ağır oldu
yaman.
Nə istəyim bu
gecədən?
Gözlədiyim köç gəlmədi.
Söz verənlər heç
gəlmədi.
Nə ağ
atlar atlandılar,
Nə gecədən qoç
gəlmədi.
Nə istəyim bu
gecədən?
Günaha çıxdı
sevgimi,
El-aləmə yaydı məni.
Gözlərimi səhərlərin,
Yollarında qoydu mənim.
Nə istəyim bu
gecədən?
Yuxuları çin
olmadı,
Sevinci necə olaydı?
Gündüzümüz gün oldumu?
Gecəmiz gecə olaydı.
Nə istəyim bu
gecədən?
FƏXRƏDDİN ƏZİZ
Ədalət.- 2009.- 20 iyun.- S. 20.