KOREYA İLƏ AZƏRBAYCAN ARASINDA QRANT RAZILAŞMASI
Dünən Azərbaycan
Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi
ilə (DTXK) Koreya Respublikasının xarici işlər və ticarət nazirliyi arasında "Azərbaycanda
Torpaq Kadastr Sisteminin təkmilləşdiriliməsi
layihəsi"nə dair
qrant razılaşmasına
həsr olunmuş tədbir keçirilib. Komitədə reallaşan
tədbirdə DTXK-nin
sədri Qərib Məmmədov 2006-cı ilin
may ayında Koreya Respublikasının prezidenti
cənab Ro Mu Hyun Azərbaycana
və Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevin 2007-ci ilin aprel ayında bu ölkəyə etdiyi rəsmi səfərləri zamanı
iki ölkə arasında geniş sahələri əhatə
edən bir sıra sənədlərin
imzalanmasının əhəmiyyətindən
söhbət açıb
və Koreya Respublikasını dünyada
iqtisadi sahədə möcüzələr qazanmış
bir ölkə kimi dəyərləndirib.
Bu cür iqtisadi göstəricilər əldə
etmiş ölkənin
Azərbaycana etibarlı
tərəfdaş kimi
baxmasının səbəbini
isə Q.Məmmədov
tarixə Heydər Əliyev Torpaq islahatı kimi düşən islahatın
beynəlxalq aləmdə,
o cümlədən Koreya
Respublikası kimi bir ölkə tərəfindən də
yüksək qiymətləndirilməsində
görüb, DTXK və
Koreya Respublikasının
Kadastr Xidməti Korparasiyası arasında imzalanmış anlaşma
memarandumunu ölkələrimiz
arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf
etdirilməsi üçün
möhkəm hüquqi
baza olduğunu qeyd edib.
Komitə sədri
daha sonra DTXK ilə Koreyanın Kadastr planalma Korporasiyası arasında yaranan əlaqələrdən
danışıb: "Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
əməkdaşları Koreyaya
səfəri zamanı
bu sahədə görülən işlər
barədə yaxından
tanış olub, komitədə səfərlə
bağlı Heydər
Əliyev "Torpaq İslahatı Məktəbi"ndə
geniş təqdimat keçirilib və qərara alınıb ki, bu sahədə
əməkdaşlığın genişləndirilməsi istiqamətində
işlər davam etidirilsin. Bunun nəticəsi kimi Koreya tərəfinə müraciət olunub və Azərbaycanda torpaq kadastrının aparılması ilə daha yaxından tanış olmaq üçün bu ölkənin mütəxəssisləri
Azərbaycana dəvət
olunub və onlarla 3 ay müddətində
komitədə Azərbaycan
mütəxəssisləri ilə birgə fikir mübadilələri
aparılaraq "Azərbaycanda
Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi
layihəsi"nin zəruriliyi
barədə birgə
razılıq əldə
olunub. İlkin razılaşmalar barədə hər iki tərəf öz hökumətlərinə
müraciət edib.
Bunun nəticəsi olaraq 2008-ci
ildə Koreya Respublikasından böyük
nümayəndə heyətinin
Azərbaycana işgüzar
səfəri zamanı
iki ölkə arasında bir neçə mühüm sənəd imzalanıb.
Bunlardan biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
ilə Koreyanın Kadastr planalma Korporasiyası arasında bağlanmış "Azərbaycanda
Torpaq Kadastr sisteminin təkmilləşdirilməsi
layihəsi" üzrə
anlaşma memarandumudır".
Layihə Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı
(KOİCA) tərəfindən həyata keçirilir. Bu təşkilat
inkişaf etməkdə
olan ölkələrdə
dövlət qrant yardımını və texniki əməkdaşlıq
proqramlarını həyata
keçirmək məqsədi
ilə 1991-ci il aprelin 1-də dövlət təşkilatı
olaraq yaradılıb.
Azərbaycanda kadastr üzrə pilot layihənin
həyata keçirilməsi
və müasir kadastr sisteminin yaradılması, habelə
torpaq kadastrı üçün müasir
metodologiyanın öyrənilməsi
və tətbiqi, əməkdaşlıq potensialının
gücləndirilməsinin dəstəklənməsi,
həmçinin 1,5 milyon
ABŞ dolları məbləğində
qrant hesabına 18 ay müddətinə həyata
keçirilməsi nəzərdə
tutulur. Layihə çərçivəsində pilot ərazidə kadastr informasiya sisteminin yaradılması, kadastr xidməti üçün
lazım olan avadanlığın təchizatı,
kadastr informasiya sistemi üçün kompüterlərin alınması,
sistem üçün
proqram təminatının
alınması və Azərbaycan qanunvericiliyinə
uyğunlaşdarılması, çöl işlərini
yerinə yetirmək üçün avadanlıqların
alınması və mütəxəssislərə təlimin
keçirilməsi planlaşdırılıb.
Layihənin reallaşdırılması
nəticəsində pilot ərazidə
əldə edilmiş
torpaq ehtiyatlarının
tərkibi, hərəkəti
haqqında ətraflı
kadastr məlumatının
dövlət torpaq kadastrının müasir
texniki və texnoloji səviyyədə
aparılmasını təmin
edəcəyini deyən
Q.Məmmədov bildirib
ki, torpaq ehtiyatları haqqında dolğun məlumatların
olması torpağa görə ödəmələrin
edilməsinə, torpaq
və mülkiyyətin
mədəni alqı-satqısına,
vətəndaşların və
hüquqi şəxslərin
torpaq üzərində
hüquqların qorunmasına
səbəb olacaq.
ÖMƏR
Ədalət.- 2009.- 24 iyun.- S. 3.