Hərbçilərimiz beynəlxalq tədbirlərdə

 

NATO ilə Azərbaycan arasında imzalanan fərdi proqrama uyun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində dünən Brunsum şəhərində (Niderland) Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu başlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, tədbir martın 13-dək davam edəcək. Dünən həmçinin Tusula şəhərində (Finlandiya) NATO/ Tərəfdaş ölkələrin əməliyyat qərargahının zabitləri üçün kurs start götürüb. Martın 3-20-də Qarmış şəhərində (Almaniya) Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma mövzusunda, martın 9-13-də İzmir şəhərindən (Türkiyə) Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları mövzusunda, martın 9-20-də Ankara şəhərində Silahlı münaqişə hüququ kursları, martın 10-12-də "Cooperative Arcer 2009" təliminin yekun planlaşdırma konfransı baş tutacaq.  

Pakistan Hərbi Dəniz Qüvvələri Müdafiə Kollecinin 38-ci qərargah kursunun iştirakçılarının Bakıya səfəri martın 10-14-də olacaqğ Martın 10-dan 11-dək isə Münhen şəhərində(Almaniya) Quru Qoşunlarının informasiya toplantısı keçiriləcəkğ Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.

     

 

ÖMƏR

 

Ədalət.- 2009.- 3 mart.- S. 5.