"Kommersant Vlast"dan şok iddia

 

Azərbaycan "Nabucco"ya qoşulsa Rusiya Qarabağ münaqişəsini alovlandıracaq

 

Azərbaycan Orta Asiya qazının Avropaya ixracını nəzərdə tutan, bununla belə, Rusiya hakimiyyətinin sərt şəkildə əleyhinə çıxdığı "Nabucco" layihəsi ilə bağlı yeni sensasion məlumat yayılıb. Məlumata görə, rəsmi Moskva layihənin əsas tərəfdaşlarından sayılan Azərbaycanı bu proyektlə bağlı mövqeyindən geri çəkmək layihənin digər tərəfdaş ölkələrinə dişini göstərmək üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini alovlandırmağa çalışır. Bu barədə Rusiyanın nüfuzlu "Kommersant Vlast" jurnalı son sayında yazıb.  

Dərgi bildirir ki, "Nabucco" qaz kəməri layihəsini əngəlləmək üçün yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar yenidən başlaya bilər. Jurnalın Vladimir Solovyev adlı müəllifinin adından təqdim olunan analitik məqalədə Vladimir Putin hökumətinin "Nabucco"nun reallaşması yönündə təşəbbüsləri boşa çıxarmaq üçün hər cür vasitədən istifadə etməyə hazır olduğu bildirilib. Avropa Birliyinin Rusiyanı da "Nabucco" layihəsinə qoşulmağa dəvət etdiyini xatırladan yazı müəllifi rəsmi Moskva üçün indiki situasiyada həmin dəvətin qəbuledilməz olduğunu bildirib. "QAZPROM"un (Rusiyanın ən iri qaz şirkəti ) Avropada yeni güclü rəqiblərinin ortaya çıxmasının yeni müharibə ocağı yaradacağını yazan "Kommersant Vlast"ın müəllifi birmənalı şəkildə vurğulayıb ki, böyük ehtimalla həmin müharibə ocağı Dağlıq Qarabağ olacaq.   

Rusiya mətbuatında "Nabucco" layihəsi ilə bağlı yazılanlar Türkiyə mətbuatında bomba effekti doğurub. Layihənin əsas maraqlı tərəflərindən biri sayılan Türkiyənin tanınmış qəzetlərindən "Ortadoğu" bu məsələ ilə bağlı azərbaycanlı politoloqların rəyini dərc edib. Bu barədə Türkiyə mətbuatına istinadən qaynar.info xəbər verir. Xəbərdə deyilir ki, Azərbaycan Milli Məclisinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin "Ortadoğu"da yer alan fikirlərində Rusiyanın hazırki mərhələdə başlıca probleminin qlobal maliyyə krizisi olduğuna diqqət çəkilib bildirilib ki, bu üzdən rəsmi Moskvanın yeni bir Ermənistan-Azərbaycan münaqişəsinə start verməsi real görünmür. Başqa bir politoloq - sabiq dövlət müşaviri Vəfa Quluzadə isə Türkiyə mediasında yer alan açıqlamasında mümkün müharibənin Ermənistana heç bir fayda gətirməyəcəyini deyib.   

Qaynar.info xatırladır ki, "Nabucco" kəməri Türkiyə-Gürcüstan, Türkiyə-İran sərhədindəki iki nöqtədən başlayacaq Avstriyaya qədər uzanacaq. 3 min kilometr uzunluğundakı ana kəmərin 2 min kilometri Türkiyədən, qalanı isə Bolqarıstan, Rumıniya, Macarıstan Avstriyadan keçəcək. Layihənin tikintisinə artıq 2010-cu ildən başlanmalıdı 2013-cü ildə başa çatmalıdır. 8 milyard avroluq layihənin xərcinin 30 faizini bərabər şəkildə konsorsiumun yaradıcıları ödəyəcək. Qalan 70 faizi isə kreditlə banklardan alınacaq.   

Kəmərin keçiriciliyi 2014-cü ilin sonunda ildə 30 milyard kubmetrə çatacaq. Bu kəmərə Azərbaycan, Türkmənistan, Qazaxıstan, gələcəkdə isə Misir, İraq İran qazı vurulacaq.

    

 

Səbuhi

 

Ədalət.- 2009.- 4 mart.- S. 5.