"Azercell" jurnalistlər
üçün ingilis
dili kurslarına başladı
Ali Ağan: "Jurnalistlərin
Azərbaycanı dünyaya
tanıtması üçün
dil bilməsi vacibdir"
Qloballaşan dünyada KİV nümayəndələrinin
daha çox xarici dil bilmələri
onların daha etibarlı mənbələrə
çıxışını təmin edir. Məhz bu
səbəbdən inkişafı
paylaşmaq prinsipini əsas tutan "Azercell Telekom" MMC ABŞ səfirliyi
ilə birlikdə jurnalistlər üçün
ingilis dili kursları təşkil edir. Bu kurslara jurnalistlərin hədsiz marağını nəzərə
alaraq "Azercell"
ikinci dəfə təlimlərə start verib.
"Park İnn" otelində ingilis dili kurslarının
ikinci mərhələsinin
başlanmasına həsr
olunmuş mərasimdə
çıxış edən
"Azercell"in prezidenti
Ali Ağan jurnalistlər
üçün təşkil
olunan ilk dil kurslarını xatırlatdı. Dedi ki, həmin kursun bitməsinə həsr olunmuş tədbirdə o, həmçinin,
ABŞ-ın ölkəmizdəki
səfiri Enn Dersi bu təlimlərin
davam etdiriləcəyinə
söz vermişdilər:
"Azercell olaraq biz sözümüzün üstündə
dayandıq. Bundan sonra da dayanacağıq. Mən həm
də söz vermişdim ki, növbəti təlimlərdə
Azərbaycanın ən
yaxşı ingilis dili müəllimləri ilə yanaşı, öz yoldaşımı da bu kurslara
gətirəcəyəm. Bu sözümüzə də əməl edəcəyik".
Xarici dil bilməyin üstünlüklərini
vurğulayan Ali Ağan
bunun jurnalistlər üçün daha çox önəm daşıdığını da bildirdi: "Çünki hər kəsin bütün dünyanı gəzib-görmək
imkanı yoxdur. Çox zaman digər ölkələr barədə
mediadan məlumat ala bilirik. Xarici dil bilmək
həm də ölkəmizi tanıtmaq üçün gözəl
vasitədir. Biz "Azercell" olaraq bir çox ölkələrdə - İspaniya,
İngiltərə, Rusiya
və Türkiyədə
əlimizdən gələn
qədər Azərbaycanı
tanıdırıq. Ölkəmizdə gedən inkişafdan danışırıq. Amma yalnız
özümüz xaricdə
olanda deyil, ölkəmizə xaricdən
nümayəndələr çağırıb,
onlara da Azərbayanı tanıdırıq".
Cənab Ağan
bildirdi ki, bu missiyada jurnalistlərin
də üzərinə
Azərbaycanı tanıtmaq
kimi yük düşür: "Sizlər
də ölkəmizin
inkişafını xaricdəki
həmkarlarınıza anlatmalısınız.
Eyni zamanda, xaricdə olan gəlişmələri
də Azərbaycan xalqına çatdırmağınız
lazımdır. Bu halda dünyada qlobal dilə çevrilmiş ingilis dilini hamımızın çox yaxşı bilməsi lazımdır".
Ali Ağan bildirdi ki, bu kursları
müvəffəqiyyətlə bitirənlərə diplom
təqdimatı mərasimində
həm o, həm də xanım səfir ingilis dilində çıxış
edəcəklər. "Azercell"in
prezidenti həmçinin
dil kurslarının üçüncü mərhələsinin
olacağına da söz verdi.
ABŞ səfirliyinin təmsilçisi
Terri Devidson isə tədbir iştirakçılarını
azərbaycan dilində
salamladı. O, Azərbaycanda
jurnalistika peşəsinin
çox ağır olduğunu söylədi. Cənab Devidsonun dediyin görə, ölkəmizdə dürüst
KİV nümayəndəsi kimi çalışmaq böyük cəsarət
tələb edir:
"Demokratik cəmiyyətdə
insanlara düzgün informasiyanın çatdırılması,
debatların təşkilində,
şəffaflığın təmin olunmasında jurnalistlərin böyük
rolu var. Sizin
əlinizdəki qələm
qılınc kimi silahdır. Bu qılıncdan
səmərəli istifadə
etməkdə isə xarici dil biliyi
daha da köməyinizə
çata bilər".
Diplomat bildirdi
ki, hazırda qlobal şəbəkədə
olan materialların
70-80 faizi ingilis dilindədir: "Buna görə
də ingilis dilini mükəmməl bilməyiniz sizə daha çox informasiya mənbəyindən
istifadə etməyə,
daha bol məlumat toplamağınıza
yardım edəcək".
Terri Dedison kursa
qəbul olunan KİV işçilərinə uğurlar
arzuladı.
Qeyd edək ki, "Azercell" və ABŞ səfirliyinin təşkil
etdiyi ingilis dili kurslarında 40-dan çox media nümayəndəsi
iştirak edəcək. Ölkənin peçəkar dil müəllimləri onlara
iki qrupda yüksək səviyyəli
təlimlər keçəcəklər.
Ötən il
keçirilən anoloji
kurslarda da 30-a yaxın jurnalist işitrak etmişdi.
VÜSAL
Ədalət.- 2009.- 6 mart.- S. 6.