BİZ HƏR GÜN ANLAŞSAQ

 

Mənim polisim məni qoruyur

 

Başqalarını deyə bilmərəm, mən bu yazını yazmağa başlamazdan xeyli əvvəl təsadüfdən Sovet dönəmində işıq üzü görmüş "Azərbaycan milisi" adlı bir kitab əlimə düşdü. o kitabı vərəqlədim, oradakı tanış simaları təkrar göz önündən keçirtdim bir yaxından tanıdığım, üslubuna, həyat tərzinə bələd olduğum köhnə milis əməkdaşları barəsində xatirələrim təzələndi. Şəxsən təmasda olduğum ziyalılığına, şəxsiyyətinə, ləyaqətinə sonsuz ehtiram bəslədiyim istefada olan polkovnik Məhi Quliyevi, Sulduz Quliyevi, Mətləb Rzayevi, Xudayar Abbasovu, Telman Qasımovu, Bünyad Məmmədovu digərlərini elə bil yenidən öz mundirlərində, öz vəzifələrinin icrasında gördüm.   

Çünki bu insanlar, o cümlədən digər şərəfli milis, bu gün isə polis əməkdaşları kimi tanınan hər kəs təkcə öz çevrəsində deyil, bütövlükdə cəmiyyətdə fərqlənir, sevilir, hörmət ehtiram sahibi olub. Bu mənada "elin gözü tərəzidir" ifadəsi hər şeyi ifadə etsə , əslində çox şeyi ifadə etməkdə ya gecikir, ya da ifadə edə bilmir.   

Dağlıq Qarabağ hadisələrinin daş dövründən OMON-un döyüşlərə atıldığı günə qədər, sonra isə Daxili Qoşunların savaş meydanındakı şücaətlərinə qədər, eləcə sərhəd rayonlarında xidmət keçən polis əməkdaşlarının rəşadətinə qədər demək olar ki, çox anların, çox günlərin, çox məqamların şahidi olmuşam. Bu barədə dəfələrlə yazmışam onların xidmətlərini ictimaiyyətə çatdırmağa çalışmışam. Lakin təkcə yazmaqla, təqdim etməklə deyil, həm təqdir etmək, təbliğ etmək vacibdir. Çünki bu gün insanlar təkcə öz vəzifələrinə, peşələrinə deyil, həm cəmiyyətə olan diqqətlərinə görə, vətəndaşlara olan sevgilərinə görə mütləq tanınmalıdırlar. Bir məqamı təəssüflə qeyd etməliyəm ki, bizdə daha çox nədənsə canını xalq yolunda, torpaq yolunda, vəzifə başında qurban verənlər barəsində yazmaq üstünlük təşkil edir bunu da onunla əsaslandırırlar ki, vəzifədə olan polis əməkdaşı barəsində yazmaq yuxarıların, onun çalışdığı idarənin o qədər ürəyincə olmur. Buna iki tərəfdən baxırlar, bir tərəfi reklam, ya da bir tərəfi maddiyyat. Şəxsən mən bu hallar üçün sadəcə təəssüf hissi keçirirəm. Düşünürəm ki, layiq olan hər kəsə elə sağlığında, başında olanda qiymət verilməli, dəyərləndirilməli, onun nümunəsi, üslubu yayılmalıdır.   

Mən şəhid polislər haqqında da çox yazmışam o yazılara təkcə bir jurnalist, bir qəzet adamı kimi yox, bir azərbaycanlı kimi duyğularımı, ruhumu hopdurmağa çalışmışam. İstəmişəm ki, o şəhid üçün üzüldüyümü anlatmaqla yanaşı, onun bizimlə bir sırada olmasına ailəsini, oxucuları inandıra bilim. Onlar həm bir insanlıq borcu olub mənim üçün.   

Bu günlərin qəzetlərində belə bir informasiyaya rast gəldim ki, yeni bir ictimai birlik yaranıb. Birliyin adı da "Cəmiyyət dəstəkli polis"dir. Bu layihə Daxili İşlər Nazirliyinin dəstəyi ilə öz təqdimatını keçirib artıq özünün müəyyən işləri barəsində ölkə ictimaiyyətində maraq doğurmağa başlayıb. Təbii ki, bir vaxtlar orta məktəbdə hamımızın əzbərlədiyimiz məşhur bir şüar dərhal yadıma düşdu: "Mənim milisim məni qoruyur". Söhbət sovet dönəmindən gedirdi o dönəmi yaşayanlar, elə bu gün həmin dönəmin filmlərini seyr edənlər sovet milisinin, sovet drujinaçısının xalqla necə qaynayıb-qarışmasının, ictimai asayişin qorunması üçün canından-qanından keçməsinin, qanunun aliliyini hər şeydən üstün tutmasının şahidi ola bilərlər. Bunlar tarix olduğu qədər günümüz üçün vacib zəruri bir şərtdir. Gəlin etiraf edək ki, siyasi müstəvidə yaşananlar bəzən siyasətə dəxli olmayan qüvvələrin üzərinə müəyyən kölgələr salır. Hər kəs öz ambisiyasını təsdiq etmək üçün qanun keşikçilərini deyil, öz istəyinin gerçəkliyini sübut etməyə çalışır əsas iddiası da insan hüquqlarıdır. Amma nədənsə biz öz hüququmuzu düşünəndə qarşı tərəfin hüququnu tapdayacağımızı nəzərə almırıq. Axı, hüquq hər iki tərəfə şamil olunur, biz niyə bunu unuduruq?

Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev öz açıqlamalarında bildirir ki, onların məqsədi xalqla polisi bir-birinə daha çox yaxınlaşdırmaq, cəmiyyətdən polisə dəstək qazandırmaqdır. Düşünürəm ki, indiki anda xalqın müəyyən qüvvələr tərəfindən partiyalara, ictimai təşkilatlara bölünməsi yarışmasında belə bir ictimai birliyin bəyan olunmuş məramla yaradılması təqdirəlayiqdir. Kaş bu istək həyatda təsdiqini tapsın. Axı, Azərbaycan polisinin xidmətləri, öz vəzifəsinə olan canıyananlığı, sevgisi onun xalqla birgə olmasına çoxdan haqq qazandırıb. Bu elə bir haqdır ki, onu biz dara düşəndə, təzyiqə, təcavüzə, haqsızlığa məruz qalanda dərhal xatırlayırıq. Dərhal telefonda yaxud da özümüzün qonum-qonşuya, ətrafa harayımızda polisi haraylayırıq, ondan kömək umuruq. Necə deyərlər, güvənc yerimiz onlar olur. Bir halda ki, bu güvənc hissi içimizdə hələ ki yaşayır, niyə biz onu qollu-budaqlı palıdlara, çinarlara çevirməyək?  

Bəli, mətbuatda bir bilgi əldə etmişəm. Verilən informasiyadan məlum olur ki, "Amnesty İnternational" özünün son açıqlamasında Azərbaycanın daxili işlər naziri Ramil Usubov cənablarının hüquq müdafiəçisi Leyla Yunusa qarşı məhkəmə iddiasını geri götürməsini yüksək dəyərləndirərək alqışlayıb. Məncə, bu addımın özü təkcə sıravi polisin deyil, onun rəhbərinin xalqa, cəmiyyətə qarşı olan ali duyğularından xəbər verir. Hər halda bizim üçün özünü güllə qabağına verən, bizim dincliyimizi, əmin-amanlığımızı qoruyan Azərbaycan polisinin yanında olmaq hətta onu öz yanına gətirmək bütövlükdə xalqın xeyirinə olar. Bundan Azərbaycan xalqı qazanar. Xalqın qazancı isə hamımıza aiddir.

  

 

Əbülfət Mədətoğlu

 

Ədalət.- 2009.- 6 mart.- S. 2.