MUĞAM FƏLSƏFƏSİ
İNAM ATA
(ASİF ATA)
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil,
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi Məqamdır,
adi an deyil.
Mütləqə İnam
Peyğəmbəri, Ruhaniyyat
Ocağı Yaradıcısı,
dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs
Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır,
Doğu ruhaniyyatı,
sənəti, dünyabaxışı
ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.
Muğam fəlsəfəsi haqqında
kitab - Doğu filosofluğunun özünəməxsusluğu
haqqında - zəkanın,
duyğunun, əxlaqın,
iradənin vəhdəti
haqqında kitabdır.
Təqdim
edir: İşıqlı
Atalı
(Əvvəli
ötən şənbə
saylarımızda)
On birinci
Fəsil
MUĞAM TƏMİZLƏNMƏSİ
(KATARSİSİ)
1. Qanunauyğunluq
Muğam İnsanı hərtərəfli
Təmizləyir.
Bilik vasitəsiylə Naşılıqdan təmizləyir.
Duyğu vasitəsiylə Duyğusuzluqdan təmizləyir.
Əməl vasitəsiylə Əməlsizlikdən təmizləyir.
Kamillik vasitəsiylə Qeyri-kamillikdən təmizləyir.
2. "Rast"
muğamı
"Maye-Rast"
Aydınlıq - Qaranlıqdan təmizləyir.
Ahəngdarlıq - Qeyri-ahəngdarlıqdan təmizləyir.
Əhəmiyyətli - Əhəmiyyətsizlikdən
təmizləyir.
Ruhanilik - Ruhsuzluqdan təmizləyir.
Müdriklik - Naşılıqdan təmizləyir.
Yol
- Yolsuzluqdan təmizləyir.
"Hüseyni"
Kədər - Arsızlıqdan təmizləyir.
Dəyanət - Dəyanətsizlikdən təmizləyir.
Qətiyyət - Qətiyyətsizlikdən təmizləyir.
İradə - İradəsizlikdən təmizləyir.
"Vilayəti"
Şərlə Döyüş - Şərdən təmizləyir.
Hiddət - Mütilikdən təmizləyir.
Hissiyyat - Hissizlikdən təmizləyir.
"İrak"
Kamillik - Qeyri-kamillikdən təmizləyir.
Kamil Aydınlıq
- Aydınlıq Qeyri-kamilliyindən
təmizləyir.
Kamil Ahəngdarlıq
- Ahəngdarlıq Qeyri-kamilliyindən
təmizləyir.
Kamil Müdriklik
- Müdriklik Qeyri-kamilliyindən
təmizləyir.
Kamil İradə - İradə
Qeyri-kamilliyindən təmizləyir.
Qeyri-kamil - Kamilləşir.
3. "Çahargah"
muğamı
"Maye-Çahargah"
Düşüncələr Düşüncəsizlikdən
təmizləyir.
Böyüklük Alçaqlıqdan təmizləyir.
Möhtəşəmlik Cılızlıqdan təmizləyir.
Riqqət Ürəksizlikdən təmizləyir.
Kədər Hərcayilikdən təmizləyir.
"Bəstə-Nigar"
Qəm Hissizlikdən təmizləyir.
Qəmli məqamlar Hissizlik
məqamlarından təmizləyir.
Qəm çalarları Hissizlik çalarlarından
təmizləyir.
Qəmdən çıxmaq - Qəm
müstəbidliyindən təmizləyir.
"Hasar"
Şərlə Döyüş Şərdən
təmizləyir.
İradə İradəsizlikdən təmizləyir.
Şəri İnkar
- Şərlə barışdan
təmizləyir
"Mənsuriyyə"
Kamil - Qeyri-kamili təmizləyir.
Kamil Müdriklik
- Qeyri-kamil Müdrikliyi
təmizləyir.
Kamil Böyüklük
- Qeyri-kamil Böyüklüyü
təmizləyir.
Kamil Möhtəşəmlik
- Qeyri-kamil Möhtəşəmliyi
təmizləyir.
Kamil Qəm - Qeyri-kamil
Qəmi təmizləyir.
Kamil İradə - Qeyri-kamil
İradəni təmizləyir.
Kamil Təmizlənmə
- Qeyri-kamil Təmizlənməni
təmizləyir.
4. "Bayatı-Şiraz"
muğamı
"Maye-Bayatı-Şiraz"
Müdrik Kədər - Naşı
Fərəhdən təmizləyir.
Daxili - Zahirilikdən təmizləyir.
İdrak - Xurafatdan təmizləyir.
İdeal Eşqi - Həyatla
barışmaqdan təmizləyir.
"Bayatı-İsfahan"
Böyük Kədərə çatan - kiçik Kədərdən təmizləyir.
Kədər İnsanı Xülyadan
təmizləyir.
İdeal Həsrəti İnsanı
Bəsitlikdən təmizləyir.
"Hüzzal"
Kamillik - Qeyri-Kamili təmizləyir.
Kamil Ehtiras - Qeyri-Kamil Ehtirası təmizləyir.
Kamil Bilik - Qeyri-Kamil Biliyi təmizləyir.
Kamil Əməl - Qeyri-Kamil
Əməli təmizləyir.
Kamil Təmizlənmə - Katarsis - Qeyri-Kamil Təmizlənməni təmizləyir.
5. "Şur"
muğamı
"Maye-Şur"
Eşq Eşqsizlikdən təmizləyir.
İdrak İdraksızlıqdan təmizləyir.
Vahid Qeyri-müəyyənlikdən təmizləyir.
Müxtəliflik Yeknəsəqlikdən təmizləyir.
Ülvi Həqarətdən təmizləyir.
"Zəmin-Xara"
Həyat Yollarıyla addımlamaq
- Cəhalətdən təmizləyir.
Maneələri aradan qaldırmaq
- İradəsizlikdən təmizləyir.
Ruhani Səy - Gücsüzlükdən təmizləyir.
"Hicaz"
Kamillik Həsrəti
- Qeyri-kamilliyə alışmaqdan
təmizləyir.
Kamillik Yanğısı
- Ruhani ətalətdən
təmizləyir.
Qətiyyət - Tərəddüddən təmizləyir.
"Bayatı-Kürd"
Kədər Yükü - Hərcayi
Fərəhdən təmizləyir.
Kədərə Qayıtma - Yüngül
Nəşədən təmizləyir.
Kədər Labüdlüyü - İdraksız İnamdan təmizləyir.
Kamilə Qovuşmaq
- Qeyri-kamilə Uymaqdan
təmizləyir.
"Simai-Şəms"
Kamil - Qeyri-kamilliyi təmizləyir.
Kamil Yanğı
- Qeyri-kamil Yanğını
təmizləyir.
Kamil İdrak - Qeyri-kamil
İdrakı təmizləyir.
Kamil Vahidlik - Qeyri-kamil Vahidliyi təmizləyir.
Kamil Müxtəliflik
- Qeyri-kamil Müxtəlifliyi
təmizləyir.
Kamil Təmizlənmə
- Qeyri-kamil Təmizlənməni
təmizləyir.
6. "Segah"
muğamı
"Maye-Segah"
Ülvi Kədər - bəsit
Qəmdən təmizləyir.
Qüdrətli Kədər - gücsüz
Qəmdən təmizləyir.
Müqəddəs Kədər - hərcayi
Qəmdən təmizləyir.
Kədər Yolu - Yolsuz Qəmdən təmizləyir.
"Şikəsteyi-Fars"
Kədər Zirvəsi - bəsit
Qəmdən təmizləyir.
Kədər Yükü - yüngül
Qəmdən təmizləyir.
Kədər Harayı - zəlil
Qəmdən təmizləyir.
Kədər Odu - sönük
Qəmdən təmizləyir.
Kədər Zənciri - ani
Qəmdən təmizləyir.
"İrak"
Kamillik - Qeyri-kamili təmizləyir.
Kamil Kədər - Qeyri-kamil
Kədəri təmizləyir.
Kədər Zirvəsi - Kədər
ətəyini təmizləyir.
Kədər Yükü - Yüngül
Kədəri təmizləyir.
Kədər Odu - Sönük
Kədəri təmizləyir.
Kədər Göyü - Qanadsız
Kədəri təmizləyir.
Kamil Təmizlənmə
- Qeyri-kamil Təmizlənməni
təmizləyir.
Nəticə
Muğamda İdrak təmizlənir,
Mənəviyyat təmizlənir,
İradə təmizlənir
- Təmizlənmə özü
Təmizlənir.
(ardı var)
Ədalət.- 2009.- 7 mart.- S. 17