"DÜNYA KUBOKUNU AZƏRBAYCANA GƏTİRDİK"

 

Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov dedi

 

- Elçin müəllim, Fransaya və Tehrana yola düşməmişdən öncə biz sizinlə görüşəndə çox nikbin idiniz. Dediniz ki, kuboku Bakıya gətirə bilsək, bundan böyük idman xoşbəxtliyi ola bilməz.   

- Düzdür, Fransada keçirilən yunan-roma üzrə Dünya kuboku uğrunda yarışda 8 ölkə arasında biz elə də yaxşı nəticə göstərə bilmədik. Ancaq bu o demək deyildi ki, biz Tehrandan əliboş dönəcəyik.   

- Nə yaxşı ki, Tehranda yığmamız istəyinə çata bildi. Axı burada da 8 ölkənin - Rusiyanın, İranın, Azərbaycanın, Gürcüstanın, Kubanın, Ukraynanın, Qazaxıstanın Özbəkistanın sərbəst güləş üzrə yığmaları bir-biri ilə döşək üzərinə çıxdılar. Bizim komandamızın tərkibində kimlər var idi?  

- Əvvəlcə onu deyim ki, bu turnirə komandamızı baş məşqçi Maqomedxan Aratsilov hazırlamışdı. Özü çox yaxşı işləmişdi. Yığmamızın tərkibində Arif İbrahimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Cəlal Süleymanov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Camsulvara Camsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Novruz Temrezov, Hacı Əlicanov (hər ikisi 84 kq), Xetaq Qazyumov, Mehman İmamquliyev ( ikisi 96 kq), Əli İsayev Mixail Qazzayev (hər ikisi 120 kq) təmsil eləyiblər.   

- Bizcə, görüş elə ilk andan gərgin keçib. Daha doğrusu, çoxları millimizin, hətta üçüncü yer tutmağına belə ümid bəsləməyiblər.   

- Başqalarını deyə bilmərəm, mən yığmamıza elə ilk görüşdən böyük ümid bəsləyirdim. Çünki millilərimiz Özbəkistan, Ukrayna Qazaxıstan idmançılarını 6:1 hesabı ilə məğlub edərək qrup lideri oldu. Bircə qalırdı finalda əsl kişilik göstərib, kuboku başımız üstündə qaldırmağımıza. Onu da son dəqiqələrdə güləşçimiz çətinliklə olsa həll eləyə bildi.   

- Eşitdiyimizə görə, İran prezidentinin də tamaşaçı kimi iştirak etdiyi final yarışını 20 min tamaşaçı izləyib. Təbii ki, final yarışında Azərbaycan güləşçiləri iranlılarla yarışırdı. Burda qalib gəlmək o qədər asan deyildi.

- Finalda İran güləşçiləri ilə millilərimizin görüşü çox maraqlı, çətin və gərgin keçdi. Birincisi ona görə ki, İran güləşçilərini 20 min tamaşaçı alqışlayırdı. Hətta İran prezidentinin final yarışında tamaşaçı kimi iştirak etməsi iranlıları daha çox ruhlandırırdı onlar elə bilirdi ki, yüz faiz Dünya kubokunun sahibi olacaqlar. Hətta yarışda hakimlər bəzən üzgörənlik edir, iranlılara qahmar çıxırdı. Amma bütün bu cəhdlərə baxmayaraq, İran prezidentinin iştirakı, 20 min tamaşaçının alqışları bizim güləşçiləri ruhdan sala bildi.  

- Deyilənə görə, son dəqiqələrə qədər hansı komandanın qalib gələcəyi məlum deyilmiş. Son saniyədə Əli İsayevin orijinal fəndləri və gücü komandamıza ümumi hesabda 4:3 hesabı qazandırıb və bununla da Dünya kuboku Azərbaycana gətirilib.   

- Güləşçilərimizin son ana qədər inamlı və mübariz olması bizi çox sevindirirdi. Hətta bəzən ümidsizliyə qapılanda, əlimiz qələbədən üzüləndə yenə güləşçilərimiz son saniyəyə qədər inamla mübarizə apararaq rəqibin arxasını döşək üzərinə vurdular. Həmin anların sevincini heç vaxt unuda bilmərik. Bir çoxlarımız qələbənin sevincindən göz yaşlarımızı saxlaya bilmirdik. Çünki açığı Dünya kubokunda bizim komandadan güclü ölkələr vardı. Amma son anda hər şeyi mübarizə inam həll edir. Bu mübarizə inam da bizim güləşçilərdən güclü olduğuna görə, qələbəni çox çətinliklə olsa da əldə edə bildik.  

- Qələbə qazanan komandamız deyilənlərə görə, zalı çox çətinliklə tərk edib.   

- Sevincimizdən bilmirdik bir-birimizi necə təbrik edək. Hamımız həyəcanlı şən idik. Bu anda təbii ki, yad bir ölkənin tamaşaçıları bizim sevincimizi qələbəmizi qısqanclıqla qarşılayırdılar. Elə ona görə idmançılarımız zalı mühafizəçilərin köməyi ilə tərk etdi.   

- Dünya kuboku Azərbaycana - Bakıya gətirildi. Bəs idmançılarımız nə qədər pulla mükafatlandırıldı?  

- Bizim üçün əsas məsələ Dünya kubokunun Azərbaycana gətirilməsi idi. Bundan böyük qələbə olmazdı. O ki, qaldı mükafata, yığmamız bu turnirdə 35 min avro qazanıb. Güləşçilərimizin yuksək nəticə əldə etməsində Azərbaycan Güləş Federasiyasının çox böyük payı var. Çünki federasiya güləşin inkişafı üçün idmançılarımıza həmişə hər cür maddi mənəvi şərait yaradır. Artıq Azərbaycan güləşçiləri öz sözlərini həm Olimpia, həm Dünya, həm Avropa çempionatlarında deyə biliblər. Ən böyük sözümüzü isə Tehranda dedik. Dünya kuboku güləşçilərimiz tərəfindən Azərbaycana gətirildi.

  

 

   Söhbəti yazdı:

   Faiq QismƏtoğlu

 

Ədalət.- 2009.- 12 mart.- S. 8.