MƏTBUAT ŞURASI MONİTORİNQİN NƏTİCƏLƏRİNİ AÇIQLADI

 

Fevral ayı ərzində aparılmış monitorinq nəticəsində mətbuatda 2545 peşə etikası pozuntusu aşkarlanıb

 

Dünən Azərbaycan Mətbuat Şurasının həyata keçirdiyi daha bir monitorinqin nəticələri açıqlanıb. "Mətbuatda peşə etikası norma qanunlarının gözlənilməsi" adlı layihənin keçirilməsi ABŞ səfirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin maliyə dəstəyi ilə baş tutub.  

Monitorinqin keçirilməsində məqsədin Azərbaycan mətbuatında gedən prosesləri izləyib aşkarlamaq, əldə olunan nəticələri ictimaiyyətin nəzərinə çatdırmaqla jurnalistlərin peşə fəaliyyətində dönüş yaratmaq, onların öz işlərində yol verdikləri neqativ halları aradan qaldırmaq yüksək peşəkarlıq əldə etməsinə nail olmağa yönəltmək olduğunu deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, monitorinq fevral ayı ərzində 3 internet saytı da əlavə olunmaqla 1200 nüsxədən artıq qəzet jurnalda aparılıb: "Monitorinq "Monitorinqin iştirakçıları üçün təhlimat"ın prinsipləri əsasında aparılır. Bu prinsiplər Azərbaycan Respublikasının KİV haqqında qanununun "Azərbaycan Jurnalistləri Peşə Davranışı qaydaları"nın konkret tələblərinə uyğundur. Həmin prinsiplərə görə mətbuatda ehtimal olunan bütün peşə etikası pozuntuları 50 kod - mövqe vasitəsilə simvollaşdırılıb. Pozuntular öz yaxınlığı müxtəlifliyinə uyğun olaraq, 13 yarımkateqoriyaya ayrılımaqla 3 əsas kateqoriyada əhatə olunur. Monitorinqin ən əsas cəhəti odur ki, diqqət jurnalistika fəaliyyəti çevrəsinin yalnız bir seqmentinə - peşə etikasına yönəldilib. Bütün siyasi, sosial digər sahələr monitorinqin tədqiqat obyektindən kənardadır. Monitorinq Azərbaycan Respublikasında Azərbaycan rus dillərində nəşr olunun 57 mətbu KİV 3 internet saytı əhatə edir.  

Bir ay ərzində aparılmış monitorinq nəticəsində 2545 peşə etikası pozuntusu aşkarlanıb. Bu pozuntuların 2355-i (92,6 faiz) mətbu KİV-, 190-ı (7,4 faiz) internet saytda qeydə alınıb. Orta hesabla hər mətbuat orqanına 42 pozuntu düşür. Maraqlıdır ki, monitorinq nəticəsində pozuntular 30-a yaxın kod arasında səpələnmiş olsa da onların əksəriyyəti 13 kodun əhatəsində cəmləşib. Ən çox pozuntular özgə müəllifin yazılarına istinad edilməməsi, özgəsinin materialını müəllifi göstərilmədən öz imzasından istifadə edilməsi, balansın pozulması, jurnalistin tərəf kimi çıxışı, jurnalistin lehinə ya əleyhinə təbliğatı, işgüzar imicə vurulan zərbə böhtanla əlaqədardır. Bu 13 koda daxil olan pozuntuların sayı 2462-dir bütün pozuntuların 96,9 faizi təşkil edir".

Əflatun Amaşov daha sonra qeyd edib ki, Şura monitorinqin nəticələrinə uyğun olaraq silsilə tədbirlər keçirəcək: "Hər ay daha geniş monitorinq keçiriləcək və nəticələr ictimaiyyətə açıqlanacaq. Təbii ki, bizdən inciyənlər də olacaq. Ancaq biz mətbuatın real mənzərəsini göstəririk. Güman edirik ki, qeydə alınan pozuntular zaman keçdikcə azalacaq".  

Monitorinqin üzvü Ceyhun Musaoğlu söyləyib ki, monitorinqin nəticələrini elan etməklə kifayətlənmir: ""Siz niyə bu səhvləri edirsiniz?" sualına cavab axtarırıq. Bu suala cavabları da ala bilmişik. Yaxın vaxtlarda pozuntuların nədən yaranması ilə bağlı məqamları açıqlayacağıq. Məsələn, bizə deyirlər ki, kadr potensialımız azdır, maliyyə baxımından çətinlik çəkirik. Ancaq bütün bunlar pozuntular üçün əsas sayıla bilməz".

  

 

Ömər

 

Ədalət.- 2009.- 14 mart.- S. 2.