MUĞAM FƏLSƏFƏSİ
İNAM ATA
(ASİF ATA)
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil,
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi Məqamdır, adi an deyil.
Mütləqə İnam
Peyğəmbəri, Ruhaniyyat
Ocağı Yaradıcısı,
dahi türk filosofu İnam Atanın (Asif Atanın) 16-cı Müqəddəs
Kitabı olan bu Əsərində Muğam musiqi sisteminin fəlsəfi mahiyyəti açılır,
Doğu ruhaniyyatı,
sənəti, dünyabaxışı
ilə onun üzvi birliyi, habelə dünya musiqi klassikasındakı üstün mövqeyi vurğulanır.
Muğam fəlsəfəsi haqqında
kitab - Doğu filosofluğunun özünəməxsusluğu
haqqında - zəkanın,
duyğunun, əxlaqın,
iradənin vəhdəti
haqqında kitabdır.
Təqdim edir: İşıqlı Atalı
(Əvvəli
ötən şənbə
saylarımızda)
ƏSAS
Muğam Dərindən
Düşünülmüş və Yüksək bədii biçimdə ifadə olunmuş Ülvi Fəlsəfi ideyalar sistemidir...
Onun məzmununu aşağıdakı şəkildə
tənzim etmək (sistemləşdirmək) olar:
1. Əsl İnsani
Həyat - İdealın
Dərk olunması, Duyulması, Gerçəkləşməsidir.
2. İnsanilik - İdeala
Layiq olan Ruhaniyyat deməkdir.
3. İdeal Həyatda
yaranır, ancaq Həyatdan artıqdır,
onunla Təzad təşkil eləyir.
Gerçəkliklə İdealın əlaqəsi
Faciəvilik yaradır
- İdeala yüksəlmək
nəticəsində aradan
qalxan.
4. Əsil İnsani
həyat - Gərgin Səylər, Axtarışlar
Yoludur - qanunauyğun surətdə İdrakın,
Hissin və İradənin birliyini - Ehtizazlığı yaradan.
5. İnsani Mövcudluq
Muğamda Katarsislər,
Təmizlənmələr, Vəhylər, Təblər
silsiləsi kimi mənalandırılır - Kamil
Ruhaniyyatda tam gerçəkləşən!
6. Muğamın üzvi,
ardıcıl, dəruni
fəlsəfiliyinə Biçim,
Quruluş, Struktura Dialektikliyi uyğun gəlir: hisslərin, düşüncələrin, ideyaların
qanunauyğun surətdə
keyfiyyət dəyişikliyinə
məruz qalması və son nəticədə
təzələnmiş halda
özünə qayıtması.
7. Bütün bu
deyilənlər tədqiq
olunan hadisənin İdeya-bədii xüsusiyyətlərini
"Muğam Fəlsəfəsi"
adlandırmağa haqq
qazandırır.
Muğam İnsan
həyatının Mahiyyətini
dərk edən Unikal, Misilsiz Sənət nümunəsidir
- Daxilən, Üzvi, hərtərəfli, Total Fəlsəfilik
səviyyəsində!
İşıq
ayı, 7-ci il.
Bakı. (may, 1986).
İKİNCİ HİSSƏ
MƏNŞƏ
Birinci Fəsil
HÜRMÜZD İŞIĞI
Qanunauyğunluq
Zərdüşçütlüyün
Mahiyyəti - Əhrimən
Qaranlığıyla Döyüşən
Hürmüzd İşığında
peyda olur.
Muğam - Hürmüzd İşığı
Yoludur - Yanğısıdır;
Hürmüzd İşığına
çatmaqdır.
1.
"Rast"
muğamı
"Maye-Rast"
Dünyayla Təmas İşığı
- Aydınlıqla, Ciddiliklə.
Dünyayla Təmasda olan
Aydın Ruh İşığı.
Aydın, Ciddi Həyata
İnam İşığı.
Varlığın Mahiyyətindən Doğan İşıq.
Qorxunun, Şübhənin Süqutundan yaranmış
Aydın Ruh İşığı.
Dünyayla Qovuşmadan yaranmış
Yüksək Təmas
İşığı.
Bilik və Təmizlənmə
İşığı.
"Hüseyni"
Labüd Gərginliyə,
Dramatizmə keçid
İşığı.
Dünya Kədəriylə Təmas İşığı.
Şərlə Döyüş Qətiyyəti
İşığı.
"Vilayəti"
Ruhani Hökm, Haray İşığı.
Ruhani Sarsıntı İşığı.
"İrak"
Şərin hərtərəfli İnkarından yaranan Ali İşıq.
Ruhani İradənin, Hissin,
İdrakın Tüğyanından
yaranan Ali İşıq.
Gerçəkliyi ötmək, Mütləqə
Yüksəlmək İstəyindən
yaranan Ali İşıq.
2. "Çahargah"
muğamı
"Maye-Çahargah"
Müdrik Qəmlə aşılanmış
Ali Düşüncələr İşığı.
Qeyri-Adiliyin Qeyri-Adi İşığı.
Möhtəşəm, riqqətli, Müqəddəs
Duyğular İşığı.
"Bəstə-Nigar"
Kədər İşığı - keçidləri, saçmalarıyla.
İzhar Kədəri, İnkar
Kədəri, Lənət
Kədəri İşığı.
Ülviyyət Kədəri,
Müdriklik Kədəri
İşığı.
Müqəddəs Fərəh Kədəri
- İşığı.
"Hasar"
Kədərin İnkarı - İşığı.
Ruhani Əməl İşığı.
Ruhani İradə İşığı.
"Mənsuriyyə"
Mütləqlə Görüşün Ali İşığı.
Qeyri-Adi Duyğular İşığı.
Vəcdin, Heyrətin, Müqəddəs
Fərəhin, Ülvi
Sarsıntının, Təlaşlı
özünütəsdiqin, özünüifadənin Ali İşığı.
3. "Bayatı-Şiraz"
muğamı
"Maye-Bayatı-Şiraz"
Ruhani İradəylə Ram olunmuş Qəm İşığı.
Zəka Ahəngi İşığı.
Sirli Möhtəşəmlik və Riqqətli İncəlik İşığı.
Atəşin İzhar və
Müdrik hekayət İşığı.
Zəriflikdən Əzəmətə keçid İşığı.
Əsrara meyil və İdraka Eşq İşığı.
"Bayatı-İsfahan"
Ali Kədərə Qapılma İşığı.
Adi
Qəmdən Ali Qəmə
keçid İşığı.
Mütləq Çağırış İşığı.
"Hüzzal"
Kədərdən Azad olmaq İşığı.
Mütləqə Qovuşma İşığı.
Müqəddəs Hal İşığı.
İlkinliyə Qayıtma İşığı.
4. "Şur"
muğamı
"Maye-Şur"
Daxilində Coşğunluq gəzdirən
Təmkinlik İşığı.
Daxilində Ehtiras gəzdirən
İdrak İşığı.
Daxilində Gələcək gəzdirən İlkinlik İşığı.
Daxili Görüm İşığı.
"Hicaz"
Ağrı İşığı.
Labüd Yol İşığı.
Əzab İşığı.
Ruhani İradə İşığı.
Mütləq Yönü
- İşığı.
"Zəmin-Xara"
Kamillik Həsrəti
- İşığı.
Qeyri-Adilik İstəyi - İşığı.
Kamilliyə yetmək Yanğısı
- İşığı.
(ardı var)
Ədalət.- 2009.- 14 mart.- S. 17.