DAĞLAR, GÖZLƏYİN MƏNİ
Fələk bağlayıb yolumu,
Kələfçələyib qolumu.
Kim deyir qaranlıqda
İşıq tək sönəcəyəm.
Dağlar, gözləyin məni
Bir gün geri dönəcəyəm.
Ya bir bahar axşamı,
Ya bir yağışlı gündə.
Ya qalxanla dönəcəyəm,
Ya da qalxan üstündə.
ANA, BİR DUA ELƏ
Ana, laylan ovutmaz,
Ovutmaz qərib könlümü.
Fələk göydən boylanıb,
Baxıb görüb könlümü.
Ana, burda qürbətdəyəm,
Dərdlərimi oyatma
Durnalarla göndərdiyim
Məktubu cırıb atma.
Ana, qara sevdalıyam,
Qara misralar yazdım.
Qara yuxular gördüm
Qara yuxular yozdum...
Ana, bir
dua elə,
Haqdan
küləklər əsir
Fələk
göylərdən enib
Mənim
yolumu kəsir...
AY PƏRDƏSİ
Sənlə
mənim aramda
Dənizlər
bir içim su,
Sənlə
mənim aramda
Ömür
bir yaz yuxusu,
Sənlə
mənim aramda
Şəbi-hicran
qorxusu,
Sənlə
mənim aramda
Ay işığı
- ağ pərdə,
Çarə
yoxmu ilahi
Bu sevdaya,
bu dərdə -
Bilmirəm
nədən
Keçə
bilmirəm
Ay pərdəsindən...
MƏN VƏ KÖNLÜM
İki
yabançıyıq bir
röyada -
Mən və
könlüm.
İki
yabançıyıq bir
dünyada -
Mən və
könlüm.
İki yabançıyıq
hər yerdə,
İki
yabançıyıq bir
şerdə
Mən və
könlüm.
İki
yabançıyıq bu
şəhərdə,
Mən və
könlüm.
İki
yabançıyıq,
Mən və
ölüm.
QÜRBƏT YUVASI
Çiçəklər
açılar, çiçəklər
solar,
O sevda
qoxulu çələnglər
solar,
Arzular,
ümidlər, diləklər
solar
Mən sənin
ömründən çıxıb
gedərəm.
Geriyə
dönmərəm gözləmə
məni,
Yanaram, sönmərəm,
gözləmə məni.
Sevda
yollarında izləmə
məni -
Mənim qərib
könlüm qürbət
yuvası.
Mənim
qərib könlüm
qürbət yuvası,
Bu alın yazımda qürbət səfası.
Sənə
qalsın bu dünyanın səfası,
Mən sənin
ömründən çıxıb
gedərəm.
Mən
sənin ömründən
çıxıb gedərəm,
Ömrümü
yollardan yığıb
gedərəm,
Hər
şeyi yandırıb,
yaxıb gedərəm
-
Gedərəm, gedərəm qeyb olaram mən.
YENİDƏN DOĞULSAYDIM
Ay işığı
Qaranlığın
pərdəsini
Aralayır səssizcə.
Burdan
çıxıb getsəydim,
Qarşı yatan
qara dağa bir də qalxsaydım.
Son nəğməmi
oxuyub,
Son duamı etsəydim.
Və
başımı qaldırıb,
göydə Aya baxsaydım,
Yenidən
doğulardım
Və yenə
sənə aşiq olardım.
ƏLLƏRİNİ MƏNƏ VER
Baxışlarım
üşüyür
İçim
alışıb yanır
-
Bu da
ayrılıq anı
Əllərini
mənə ver,
Sən dayandır
zamanı.
Gecə
yağan yağışlarda
Bənövşə qoxusu var.
Saatların
əqrəbində
Ayrılıq qorxusu var.
Həsrət
dolu baxışlarda
Üşüyür bahar.
Sən
içimin atəşi
Sən
başımın dumanı...
Bu gün
ayrılıq günü,
Bu da ayrılıq anı.
Gülümsə
bir baxışla
Sən dayandır
zamanı.
Naxışların
içində
Ayrılıq butası var.
Bilirdim
bu sevdanın
Bir gözəl
xətası var.
Həsrət
dolu baxışlarda
Üşüyür bahar.
MƏNİ BU SEVDAMDAN ASIN
Qışdan
sonra yaz gəlməsin,
Sular axıb
durulmasın.
Fələyin
üzü gülməsin,
Məni ümidimdən
asın.
Ay batsın
gecə yarı,
Boz qurdlar
ulamasın.
Ərisin
dağların qarı,
Məni bu
sevdamdan asın.
Torpağa
qara daş əkin,
Üstünə adımı yazın.
Sonra
Salavat çəkin,
Məni
ruhumdan asın...
YAĞIŞ SƏSİ
Bu gün
mənim içimdə
Evdən
qaçıb
Dünyanı
dolaşmaq istəyən
Bir uşaq həvəsi var
Bir də indi
Laçın
dağlarında yağan
Yay yağışının səsi
var...
İŞGƏNCƏ
Yaşamaq
Bir işgəncə oldu artıq,
Hardasan, uç
gəl, ölüm mələyim.
Bir qələbəlik içində
Ovcumdan düşüb
sındı ürəyim.
Bu bahar
İçimdə
qovğalar var,
Quşlar
salam gətirmədi
kəndimizdən...
Adil ŞİRİN
Ədalət.-
2009.- 14 mart.- S. 20.