Təşviqata "dayan"
əmri
Bu gün 18 mart referendumunda təşviqata ayrılmış
müddət başa çatır. Sabahdan təşviqat qadağandır.
Mərkəzi Seçki
Komissiyasında qeydə
alınmış 9 təşviqat
qrupu - "Yeni Azərbaycan" (hakim Yeni
Azərbaycan Partiyasının
yaratdığı qrup),
"Şəhər" (bir
sıra rayon və şəhər bələdiyyələrində,
universitetlərdə yaradılmış
qrup), "Tərəqqi"
(bir sıra rayon və şəhər bələdiyyələrində, universitet və idarələrdə yaradılmış
qrup),"Hüquq və Demokratiya" (hüquqşünaslar qrupu),
"Vətəndaş Cəmiyyəti"
(QHT rəhbərlərinin yaratdığı
qrup), "Davamlı İnkişaf Naminə"
(gənclər qrupu),
"Zəka" (alimlər
qrupu), "Respublikaçılar"
(Müsavat Partiyasının
yaratdığı qrup),
"Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"
(AXCP, ADP, Ümid, Liberal, Vətəndaş
və İnkişaf partiyalarının yaratdığı
qrup) fevralın 18-dən
təşviqat aparır.
Martın 18-də Azərbaycanda konstitusiya dəyişiklikləri üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində 29 maddədə 41 dəyişiklik təklif olunur. Ən prinsipial dəyişiklik ana qanunun 101-ci maddəsində (Azərbaycan Respublikası prezidenti seçkilərinin əsasları) nəzərdə tutulur. Bu maddədən @Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilə bilməz" müddəasının çıxarılması təklif olunur.
Bu, müstəqil Azərbaycanın
tarixində 5-ci referendum olacaq. 1991-ci il dekabrın 29-da keçirilmiş ilk referendumda
secicilər Azərbaycanın
dövlət müstəqilliyi
haqqında konstitusiya aktına münasibət bildiriblər. 1993-cü il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi
haqqında ümumxalq
səsverməsi olub.
1995-ci il noyabrın 12-də keçirilmiş
referendum Azərbaycan Respublikası
Konstitusiyasının qəbulu
məsələsinə həsr
edilib. 2002-ci il
avqustun 24-də keçirilmiş
ümumxalq səsverməsi
Azərbaycan Respublikası
Konstitusiyasında dəyişikliklərə
yönəlib.
Anar
Ədalət.- 2009.- 17 mart.- S. 3.