QƏBƏLƏDƏN QƏLƏBƏ İYİ GƏLMİR

 

Arxiciddi məsələyə bir az diletant münasibəti

 

Sovetin vaxtında Azərbaycanın fəxrlərindən biri sayılaraq milləti şikəst eləyən Qəbələ Radio-Lokasiya Stansiyası (öyrəşdiyimiz adı RLS-di, indi nəsə araşdırma, bilim adı qoyublar, bundan sonra elə RLS deyək bilək ki, söhbət adının olmasından ası olmayaraq bizi şikəst eləyən şeydən gedir) müstəqil olduğumuzdan bəri başağrısı haradasa üz qaralığı olaraq milləti şikəst etməkdə davam eləyir. Adı bizim, xeyir mənasında dadı isə rusların olan bu obyekt bir çox mənalarda bizim üçün təhlükə mənbəyidir. Bu gün nəyə görəsə hələ ekspertlərimizin, siyasətoloqlarımızın diqqət yetirmədiyi, hər halda, mənim mətbuat televiziyada rast gəlmədiyim bir məsələni nəzərinizə çatdırmağa çalışacam.  

Yadınızdadırsa, bir müddət öncə rəsmi Moskva Qəbələ RLS- bağlı aramızda olan müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğunu bildirmişdi. Amma bu günlərdə ölkəmizə səfər eləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qırımından belə məlum oldu ki, o niyyətin ortaya atılması sadəcə kəşfiyyat xarakterli bir addım idi, Rusiya o qədər sadəlövh hərif döyül ki, az qala dünyanın yarıdan çoxunu nəzarəti altında saxlaya bildiyi bir stansiyanı belə rahatlıqla əldən versin. Həm həmin stansiyanın başqa dövlətin ərazisində olması, ondan yaranan fəsadların özünün yox, başqa dövlətin vətəndaşlarına təsir göstərməsi, üstəlik, demək olar ki, havayı (deyəsən, ildə cəmi 7 milyon dollar icarə haqqı verirlər) istifadə eləməsi hansı ağıllını ondan əl çəkdirə bilər ki? Özü ruslar özlərini təkcə böyük yox, həm çox ağıllı sayırlar. isə, Lavrov bir neçə bilinən bilinməyən məqamları yoluna qoymaq üçün gəlmişdi məlum oldu ki, bir yandan ABŞ-ın təzə administrasiyasına Qəbələ RLS-dən birgə istifadə təklif eləyən Rusiya o biri yandan ciddi-cəhdlə çalışır ki, ərazimizdə öz varlığını saxlasın və müqavilənin müddətini uzatsın.  

Bizim ekspertlər, politoloqlar (balam, "politika"nın tərcüməsi "siyasət"dirsə bəs niyə "siyasətoloq" deyəndə narazı qalırsınız?) min cür versiyalar ortaya atıb Rusiyanın məqsədlərinin görünməyən tərəflərini sadalamaqla həm özlərinə divident qazanmağa, həm bizi ayıltmağa çalışırlar. Vallah, bəzən ağlabatan sözlər deyirlər. İndi mən oturub bütün deyənləri sadalasam, hərəsinə bircə abzas yazı yazsam, gərək ən azından 3-4 qəzetin bir-iki səhifəsini məngirləyəm. Yəni kiminsə çörəyinə bais olmaq istəmirəm, ciddi hələlik yazılmayan bir məqamı söyləməklə kifayətlənəcəm. 

Ayıb da olsa, cənablar, Rusiyanın Qəbələ RLS-dən əl çəkmək niyyəti olmadığını siz təsdiqləyirsinizmi? Bunu Sergey müəllim açıq tekstlə deyib, burcutmağın yeri yoxdu. İndi başqa bir məqama baxaq. Bu yaxınlarda MDB ölkələrinin bəziləri yığışdılar kollektiv təhlükəsizlik üzrə müqavilə bağladılar. Müqaviləyə əsasən, Müstəqil Dövlətlər Birliyinin müqaviləyə daxil olan ölkələri müştərək ordu yığırlar hansı dövlətin ərazisinə hücum olarsa, oranı birgə müdafiə etməyə hazır qadir olduqlarını bildirirlər. Əvvəlcə bizim bəzi ekspert siyasətoloqlar Ermənistanın da imzaladığı bu müqaviləyə müəyyən təhlükə ilə yanaşdılar. Söylədilər ki, ermənilərlə müharibəyə başlasaq ruslar müqaviləyə görə rəsmi şəkildə bizimlə müharibəyə girişəcək. O vaxt ruslar bizə nağıl oxudular ki, siz Ermənistanın ərazisində müharibə aparmaq istəmirsiniz ki, öz ərazinizdə niyyətiniz var. Bu müqavilədə isə deyilir ki, qol çəkən ölkələrin hansının ərazisinə hücum olarsa, birgə qüvvələr onların harayına yetəcək. Nağıl nağılçı güclü olduğu üçün biz rahatca inandıq, hətta bəzi siyasətoloqlarımız dedilər ki, biz deyirdik ruslar kişi adamlardı, siz inanmırdınız, gördünüz? Adam da inanmaq istədiyi şeyi eşidəndə inanmağa daha çox meyllənir axı - inandıq. Amma sonrasını nəzərdən qaçırdıq.

Yəqin ki, Rusiya Ermənistanın hava hücumundan birgə müdafiə haqda razılaşmasının olduğu da heç kim üçün sirr deyil. Yəni, Rusiya, Ermənistana hər hansı bir dövlətin hava zərbələri endirmək haqda niyyəti planları olarsa, birbaşa həmin ölkənin təyyarələrini, raketlərini məhv eləyə bilər. Lap minimumu, Ermənistanı xəbərdar eləyə bilər ki, filan yerdən təyyarə, raket qalxdı. Bu ölkəyə hücum eləmək isə ancaq Azərbaycan tərəfdən gözlənilə bilər. Çünki biz öz torpaqlarımızı azad eləmək üçün Lazım gələrsə (Allah bu Lazımın evini dağıtsın, vaxt gələcəyi bilinmir), müharibəyə hazır olduğumuzu söyləmişik. Yoxsa İranla dostdurlar, Türkiyə dalının (başqa şey fikirləşməyin, "dal" türkcə "budaq" deməkdir, yəni hələ ağacının gövdəsinin yox, budağının) açarını vermək ərəfəsindədir. Faktiki olaraq ruslar ermənilərin bizimlə davası zamanı onların hava məkanını müdafiə etməyə razılıq veriblər. Bəs onda ruslar erməniyə tərəf qalxacaq təyyarə ya raketin olduğunu haradan biləcəklər? Odu ha!..  

 Dedik ki, Rusiya Azərbaycan ərazisini radiasiyaya məruz qoymaqla, özünün müəyyən kontingentini Azərbaycanda saxlamaqla (deyilənə görə, onların içərisində ermənilərin sayı kifayət qədərdən artıqdır), respublikaya "semiçqa" pulu verməklə dünyanın yarısında qalxan təyyarənin, üzən gəminin, uçan raketin koordinatlarını, yəni haradan çıxdığını izləyə bilir. Deməli, Ermənistana ötürülməli məlumatlar birbaşa Qəbələ RLS vasitəsi ilə alınır. Bu isə o deməkdir ki, Qəbələ RLS həm bizim əleyhimizə, ermənilərin xeyirinə işləyir. Deyilənlərdə məntiqsizlik axtaran adamın, ümumiyyətlə, məntiqinin olduğuna şübhə eləməyə haqqım varmı?..  

 Bəs onda niyə gözümüz görə-görə, ağlımız kəsə-kəsə ən azından 2012-ci ilə qədər özümüzə yağı olmalıyıq? Havadan rəqəm götürmürəm, bizim ekspertlər belə hesab edirlər ki, Qəbələ RLS-in bağlanıb-bağlınılmaması məsələsinə həmin ildə aydınlıq gətiriləcək. Ona qədər isə icazə verin konkret olaraq ekspert Azad İsazadənin Azərbaycan inkişaf elədikcə onun xarici partnyorlarının sayı artdığı üçün "belə bir şəraitdə Rusiya Azərbaycana təzyiq etmək yolu ilə nəyisə əldə etmək fikrinə düşsə belə, bu, nəticəsiz qalacaq" fikrinə ən azından şübhə ilə yanaşaq. Görünən fakt budur ki, Qəbələdən bizim üçün Qələbə iyi yox, isə tamam başqa bir qoxu gəlir. Səhv edirəmsə, səhvimi anlatmağa çalışın. Amma layla ilə, nağıl ilə yox!..

     

 

Oqtay SALAMOV

 

Ədalət.- 2009.- 17 mart.- S. 3.