İslamabada "etiraz yürüşü"
Pakistan müxalifətinin lideri, keçmiş baş nazir Nəvaz Şərifin tərəfdarları prezident
Zərdari qarşısında
tələb qoyurlar
Ötən bir neçə gündə Pakistan rəhbərliyi hökumət əleyhinə çıxışların dalğasını səngitməyə cəhd edərək müxalifət lideri Nəvaz Şərifin həbsinə qərar vermişdir. Ancaq nə bu addım, nə də N.Şərifin çoxsaylı tərəfdarlarının həbs edilməsi müxalifətin İslamabada yürüş etmək cəhdinin qarşısını ala bilməmişdir. Siyasi böhranın dərinləşməsi Pakistanda yeni hərbi çevrilişin baş verməsinə gətirib çıxara bilər.
Keçmiş baş nazir və "
Pakistandakı siyasi gərginlik ABŞ-ın ciddi narahatçılığına səbəb olmuşdur. Olaylardan əndişilənən Vaşinqton ehtiyat edir ki, daxili siyasi çəkişmələr İslamabadı taliblərlə mübarizə vəzifələrini həll etməkdən yayındıra bilər. Onsuz da İslamabad bu vaxta qədər həmin məsələdə bir qayda olaraq uğursuzluqla üzləşib. Qeyd etmək lazımdır ki, yaxın keçmişdə Vaşinqtonun ölkədə o qədər də populyar olmayan keçmiş prezident Pərviz Müşərrəfi inadla dəstəkləməsi Pakistanda ABŞ əleyhinə əhval-ruhiyyəni daha da artırırdı. Ona görə də Vaşinqton bu dəfə münaqişə tərəflərinin hər ikisi ilə problemi müzakirə etməyə qərar verdi. Ötən cümə ABŞ prezidentinin Pakistandakı xüsusi təmsilçisi Riçard Xolbruk prezident Zərdarini vəziyyəti normallaşdırmağa çağırmış, ABŞ-ın Pakistandakı səfiri Enn Patterson isə Nəvaz Şəriflə böhrandan çıxış yollarını aramışdır. Bundan sonra isə Vaşinqton tərəflərin barış prosesinə dövlət katibi Hillari Klintonu da qoşdu və dövlət katibinin Pakistanın hər iki siyasətçisi ilə telefon danışıqları oldu.
Pakistanda cərəyan edən hazırkı proseslər keçmiş prezident P.Müşərrəfin istefası ərəfəsində baş verənləri xatırladır. O zaman 2007-ci ildə 60 hakimi işdən çıxaran general Müşərrəfin atdığı addımlar ölkədə etiraz dalğalarının yayılmasına səbəb oldu. İndiki prezident kimi, o zaman Müşərrəf də bu dalğanı fövqəladə vəziyyət elan etməklə və həbslər keçirməklə yatırmağa cəhd etdi. Ancaq bu cəhd P.Müşərrəf əleyhdarlarını daha da sıx birləşdirdi və onun istefasına gətirib çıxardı.
Müşərrəfin xələfinin vəziyyəti daha acınacaqlıdır. Qətlə yetirilmiş həyat yoldaşı Benazir Bhuttoya əhalinin rəğbəti sayəsində hakimiyyətə gəlmiş Asif Əli Zərdari xalqın dəstəyindən çox tez məhrum oldu, belə ki, nə ölkənin getlikcə pisləşməkdə olan iqtisadi vəziyyətini düzəldə bildi, nə də Pakistanda "talibanlaşma" prosesinin qarşısını ala bildi. Ən başlıcası isə, prezident Zərdari öz sələfindən fərqli olaraq, heç zaman hərbçilərin dəstəyini qazana bilmədi. Ötən həftənin sonunda Pakistan ordusunun komandanı, general Kiani bəyan etdi ki, "hərbçilər mülki hökümətə sadiqdirlər. Ancaq siyasi böhran dərinləşməkdə davam edərsə, hərbçilərin sabitliyin və dövlətin bütövlüyünün qarantı olmaq şansı artacaq".
Nəzərə
alaq ki,
İsmayıl
Ədalət.- 2009.- 17 mart.- S. 4.