"Cavanlığın
son zəngi"
Yaddaş insan övladının ən böyük saxlancı, ən böyük yatırıdır.
Çünki yaddaşın
hesabına təkcə
dünəni yox, həm də bu günü və sabahı da ipə-sapa,
sonra isə onu çözə-çözə yaşanan
ömrü təkrar gəzib qayıtmaq mümkündür. Özü
də "bu gəzib qayıtmaq" təkcə özün-özünü
yoxlamaq, hal-əhval tutmaq, dünəninlə, yaşamınla
baş-başa qalmaq deyil. Bu həm
də bir növ özünü özünə göstərməkdir,
özünün həyat
güzgüsündə əksindir.
... O, 1959-cu ilin
mart ayında doğulub.
Yaşlıları kimi
o da orta məktəbdə oxuyub. Özü də sinif yoldaşlarının
hamısından fərqli
olaraq Ağdamdakı S.Bayramov adına orta məktəbdə yalnız o, 6 yaşında
I sinfə qəbul olmuşdu. Çünki onda heç kimi bu yaşda
orta məktəbə
qəbul etmirdilər...
Mən onu Qarabağ hadisələri
başlananda tanıdım.
Onda Ağdam da yerindəyi, Xocavənd də, Füzuli də,
... Qarabağda
doğulanların böyük
əksəriyyəti musiqiyə
meylli olur. O da Ağdamdakı Ü.Hacıbəyov adına
musiqi məktəbinin
tar sinfində ustad tarzən Məşədi
Nəriman Mehrəliyevdən
dərs almışdı.
Həyat elə gətirdi ki, sonra onunla dostlaşdıq,
bir-birimizi daha yaxından tanıdıq, mətbuat səhifələrində
də imzasına rast gəldim. Söhbətlərimizin birində
öyrəndim ki, ilk yazısı 1976-cı ildə
Ağdamın "Lenin yolu"
qəzetində çap
olunub. Və həmin yazının sevincini bu gün
də heç nə ilə əvəzləşdirə bilmir.
Çünki bu onun söz dünyasında
ilk addımı idi. İllər keçdikcə
imzasını təsdiqləyən
Fəxrəddin Camal oğlu Hacıbəyli
1995-ci ildə hamımızın
sevimlisi, xanəndə
Qədir Rüstəmova
həsr olunmuş
"Qeybdən gələn
səs" adlı filmini çəkdi. Bu, Fəxrəddin Hacıbəylinin
gələcək uğurlarının
yeni bir səhifəsi oldu. Həmin səhifəyə
"Rəmiş əfsanəsi",
"Qərib səsin
yanğısı", "Zirvə", "Mənəvi
dünyamız" və
daha neçə-neçə
tamaşaçı sevgisi
qazanmış Fəxrəddin
Hacıbəyli imzalı
verilişlər əlavə
olundu. Bu gün də uğurla davam etdirilən "Könlüm keçir Qarabağdan" adlı silsilə öz çoxsaylı tamaşaçısının
həmişə diqqət
mərkəzindədir.
... Az.TV-nin
"Maarifçilik" redaksiyasında
böyük redaktor vəzifəsində çalışır.
"Sarı sim" və "Çeşmə"
verilişlərinin müəllifidir.
"Qismət" və
"Qaradaban" adlı
bədii filməlrinin
ssenariləri artıq
lentə köçürülmək
ərəfəsindədir. Onun əhyat qayəsi Ağdamla bağlı hər şeyi lentə köçürmək, Azərbaycan
tamaşaçımsına çatdırmaqdır. Elə
ömrünün 50-ci ilini
başa vurub sabahkı günləri düşünərkən də
öz-özünə pıçıldadığı
bir fikir onun iç dünyasını demək
olar ki, ifadə edir:
- 50 yaşında
mənəvi baxımdan
80 il, fiziki anlamda isə 25 il yaşadığımı
düşünürəm.
Bu gün
onun barəsində düşündüklərimi, xatriələrimi kağıza
köçsürərkən yazıya hardan başlayıb, harda qurtaracağımın fərqinə
varmadım. Çünki
Fəxrəddin Hacıbəyli
imzası Azərbaycan
teeməkanından hər
kəsə özünü
tanıdıb. Sadəcə
mə nonu bir insan, bir
ziyalı, bir ailə başçısı
kimi də tanıyıram və əminliklə hər yerdə deyə bilərəm ki, ona güvənmək, onunla yol-yoldaşı olmaqda tərəddüdə
yer yoxdur. 2 oğul və 1 qız atası olan Fəxrəddin Hacıbəlyi həm də Fidan və
Cəfər adlı iki nəvə payı da var. Tanır qourusın"
Allah imkan versin ki, Ağdamın "Qarağacı" qəbristanlığında
uyuyan anasını ziyarət edib yasin oxutsun. Ən vacibi isə özünün dediyi kimi:
- 50 yaş
o qədər də çox deyil, cavanlığın son zəngidir!
- qərarını daha
Tanrı verəcəyi
qədər olan ikinci hissəsini, davamını könül
xoşluğu ilə yaşasın.
Əbülfət Mədətoğlu
Ədalət.- 2009.- 1 may.- S. 7.