"QARABAĞ""
QARABAĞA QAYITDI
Quzanlıda atılan toplara niyə sevindik?
Bəzən mühüm tarixi hadisələri xüsusi qeyd etmək üçün türklər demiş, altını çizmək lazımdı. 2009-cu il mayın 3-ü Ağdamın "Qarabağ" klubu, onun minlərlə azarkeşi, Qarabağ və bütün Azərbaycan görə özəl bir gün idi. 16 illik fasilədən sonra "Qarabağ" ev oyununu evində - Ağdamın Quzanlı qəsəbəsindəki Olimpia Kompleksində keçirirdi.
Arayış verilir
"Qarabağ"
klubuna ondan ötəri ki, həqiqətən
də sonuncu ev oyununu 1993-cü il mayın 12-də Tovuzun
"Turan" klubuna qarşı keçirib. Həmin
qarşılaşma 1:0 hesabı ilə
"Qarabağ"ın xeyrinə başa çatıb.
Quzanlıda gül gülü
çağırırdı, futbolçu topu
"Qarabağ" doğma
azarkeşlərindən, meydançasından may ayında
ayrıldığı kimi, mayda da geri döndü. Amma bu may
özgə bir may idi. Quzanlıya erkən
çatmışdıq. Həm gözəl hava, həm də
maraqlı futbol ovqatı vardı. "Qarabağ" klubunun
bayraqlarının müxtəlif yerlərdə görünməsi,
Bakının "İnter" komandası ilə oyuna biletlərin
bir neçə gün əvvəldən satılması
çox şeydən xəbər verirdi. Futbol və
"Qarabağ" üçün darıxan yüzlərlə
azarkeş oyundan iki gün öncə Quzanlıya gələn
doğma komandasını Yevlaxda təntənə ilə
qarşılamışdı. İnter"lə oynu bir
neçə saat qalsa da...
Həsən Sarıyevin
tapşırıqları
tükənmirdi. Ağdam rayon İcra Hakimiyyətinin başçısı futbol bayramının yüksək səviyyədə təşkili üçün heç bir detalı gözdən qaçırmır, tabeliyində olan insanlara göstərişlər verirdi. "Qarabağ"ın bu vaxta qədər ayaqda qalmasında, qazandığı uğurlarda xeyli əməyi olan icra başçısının sevincini və narahatçılığını başa düşmək olardı: "Komandanın doğma azarkeşlərinin yanına qayıtması böyük hadisədir . Ağdam işğal olunandan sonra rayon əhalisi ağır günlər keçirib. Şükür ki, bu çətinliklərin çoxu arxada qalıb. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ağdamda böyük işlər görülüb. camaatımız doğma ev-eşiyinə qayıdıb. Son illər Ağdama qayıdan insanların sayı 45 mini keçib. "Qarabağ" klubu da Bakıda, Sumqayıtda keçirdiyi qaçqın həyatına son qoyub öz evinə dönür. Növbəti oyunlarını komanda Quzanlı Olimpia Kompleksinə keçirəcək. Uzun müddətdir ki, buna hazırlaşırdıq. AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev, millət vəkili, "Qarabağ" klubunun fəxri prezidenti Aqil Abbas, komandanın sponsoru "Azərsun Holdinq"in prezidenti Tahir Gözəl bu işdə bizə çox kömək göstərdilər. İstəyimizin reallaşmasında bizə yardımçı olan hər bir kəsə təşəkkür edirəm".
"Bu gün Quzanlıda, sabah Ağdamda"
Ötən il istifadəyə
verilən Quzanlı Olimpia Kompleksinə çatanda
qarşılaşmanın başlamasına hələ 2 saata
yaxın vaxt vardı. Lakin...
İki mm
tamaşaçı tutumu olan stadionda boş yer yox idi. Təxminən
iki mindən çox tamaşaçı isə doğma
komandanı dəstəkləmək, bu tarixi oyunu izləmək
üçün qapının arxasında ayaqüstə
qalmağa da razılaşmışdı. Möhtəşəm
ab-hava, xüsusilə PFL-in hazırladığı "Bu
gün Quzanlıda, sabah Ağdamda" şüarı göz
oxşayırdı.
Fasilə vermədən
"Bura Quzanlı, burdan çıxış yox!"
qışqıran azarkeş ordusu "İnter"
futbolçularına çətin anlar yaşatmaq istəyirdilər.
200 nəfərə yaxın "İnter" azarkeşi də
doğma klublarını dəstəkləmək
üçün Quzanlıya gəlmişdi.
"Ermənilər Ağdam stadionuna "Dolu" atandan
sonra...
orada futbol oynamaq
mümkün olmadı. Orada 16 il əvvəl keçirilən
sonuncu oyun bu gün də gözlərimin
qabağındadır. Neçə il idi komandamızı dəstəkləmək
üçün Sumqayıta, Bakıya gedirdik. Çox
şükürlər olsun ki, "Qarabağ" Qarbağa
qayıtdı". Bu sözləri bizimlə söhbətində
"Qarabağ"ın çoxsaylı azarkeşlərindən
biri Hacı Rüstəmov dedi.
"Qarabağ"ın təsisçisi,
Ağdam futbolunun inkişafında əməyi keçən
şəxslərdən biri Adil Nadirovun da sevinc dolu göz
yaşlarını başa düşmək çətin
deyildi: "O zaman rayonda vəziyyət çox ağır
idi. Komandanı Ağdamdan çıxarıb Sumqayıtda,
Bakıda məskunlaşmağa məcbur olduq. Çox
şadam ki, bu gün klubla birgə doğma
torpağımıza, azarke şlərimizin yanına
qayıtdıq. Hansısa hisslər keçirdiyimizi sözlə
ifadə edə bilmirəm. Çox xoşbəxtəm ki, bu
günü görmək mənə nəsib oldu".
Konsert təxirə salınsa da...
Quzanlıdakı futbol
bayramını daha maraqlı etmək üçün təşkilatçılar
xüsusi konsert proqrammı planlaşdırsa da... Ağdam
rayon İcra Hakimiyyətinin başçısı Həsən
Sarıyev bizimlə söhbətində bildirdi ki, aprelin 30-da
Dövlət Neft Akademiyasında baş verən hadisə ilə
bağlı bu tədbirin təxirə salınması qərara
alınıb.
Konsert olmasa da oyundan öncə
rəsmi törən keçirildi. İcra
başçısı Həsən Sarıyev, Ağdamda Milli
Məclisə deputat seçilmiş Aqil Abbas, PFL prezidenti Ramin
Musayev, AFFA-nın I vitse-prezidenti,millət vəkili Rauf Əliyev
çıxışlarında bayram münasibəti ilə
ağdamlıları təbrik etdilər və hər iki
komandaya uğurlar arzuladılar.
Natiqlərin
çıxış etdiyi şərəf tribunasında
AFFA-nın baş katibi Elxan Məmmədov, milli
komandamızın almaniyalı baş məşqçisi Berti
Foqts, "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl
də vardı.
Ramin Musayev hansı sirri açdı?
Son vaxtlar primyer liqada
keçirilən oyunları idarə edəcək hakimlərin
adları gizli saxlanılır. Azarkeşlər ədalət təmsilçilərinin
adlarını oyun başlayan anda öyrənirlər.
"Qarabağ"-"İnter"
qarşılaşması da istisna olmadı. Oyundan bir neçə
dəqiqə əvvəl PRL prezidenti Ramin Musayev
qarşılaşmada fit çalacaq hakimlərin
adlarını "Ədalət"ə
açıqladı. Məlum oldu ki, tarixi oyunu FİFA referesi
Vüsal Əliyevin başçılıq etdiyi hakimlər
briqadası idarə edəcək.
Quzanlıda atılan top və ya Nikonovun
xanımının qəlyanı
Mayın 3-ü saat 16:00-da
Dövlət Himnimiz səsləndikdən və aprelin 30-da
baş verən hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edildikdən sonra tarixi qarşılaşma
başlandı.
Quzanlı Olimpia Kompleksində
baş tutan "Qarabağ"-"İnter" oyunu Az.TV-də
canlı yayımlandığından
qarşılaşmanı geniş şərh etmək fikrində
deyilmə. Amma...
34-cü dəqiqədə
"Qarabağ"ın 17 nömrəli oyunçusu Sedat
Saininin vurduğu qolun stadionda yaratdığı sevinci
görməyə dəyərdi. Türk futbolçunun
başla zərbəsindən sonra top "İnter"in
qapısından keçən kimi Quzanlıda möhtəşəm
görüntü yarandı. Sevinən azarkeşlər sakitləşmək
bilmirdi. Qoldan dərhal sonra "İnter"in prezidenti Georgi
Nikonovun xanımı qəlyan yandırmaqdan özünü
saxlaya bilmədi.
"Qarabağ" fasiləyə
qalib kimi yollandı. 59-cu dəqiqədə isə
"İnter"li Andrey Rubin cavab qolunu vurmaqla oyunda
tarazlıq yaratdı.
"Hakimi səngərə!"
Heç-heçə
başa çatan maraqlı futbol
qarşılaşmasını təcrübəli referi
Vüsal Əliyev normal idarə etdi. lakin futbol elə oyundu ki,
dünyanın istənilən ölkəsində hakimin qərarından
narazı azarkeşlər tapmaq mümkündü. Dünyada
hakimlərin ünvanına söylənən xeyli populyar
şüar var. Ağdamlılar bu məsələdə də
öz orijinallıqları ilə seçildilər. Oyunun bir
neçə epizodunda tribunalarda "Hakimi səngərə!"
şüarı səsləndi.
Georgi Nikonov Aqil Abbasla niyə barışmadı?
Oyunun Quzanlıda
keçirilməsi gündəmə gələndən
"Qarabağ"ın fəxri prezidenti Aqil Abbasla
"İnter"in Bolqarıstanlı prezidenti Georgi Nikonov
arasında qəzetlərdə "söz savaşı"
yaşanmışdı. "İnter"in prezidenti millət
vəkili ilə görüşüb məsələyə
aydınlıq gətirəcəyini bildirmişdi.
Oyunu xanımı ilə birgə
şərəf tribunasında izləyən Georgi Nikonov Aqil
Abbasla elə orada görüşüb söhbətləşdi.
Həmin görüşdən sonra bolqarıstanlı iş
adamı bizə bunları söylədi: "Hörmətli
Aqil müəllimlə tanış oldum. Amma
barışmadıq, çünki biz heç küsməmişdik
də. bəzi qəzetlər yazırdı ki, guya mən
Quzanlıya gəlmək istəmirəm. Görürsünüz
də mən artıq burdayam".
Yerin görünürdü, Adil Qaçayoğlu
"Qarabağ"
"İnter"lə Quzanlıda görüşən
gün Bakıda tanınmış jurnalist, gözəl insan
Adil Qaçayoğlunun il mərasimi keçirilirdi. Ağdam
torpağının yetirməsi, Dünya və Avropa
çempionatları barədə yazıları əl-əl gəzən,
"Qarabağ"ın hər uğuruna uşaq kimi sevinən
Adil Qaçayoğlu "Qarabağ"ın doğma
torpağa qayıdışını görə bilmədi.
Quzanlıda
"Qarabağ"ın oyununa baxanda yerin
görünürdü, Adil müəllim!
"Qarabağ" mayın
9-da "Xəzər Lənkəran"la prinsipial
qarşılaşmasını da Quzanlıda oynayacaq.
Komanda Ağdamda "İmarət"dəki
stadiona qay ıdacaq. Həmin oyunun nə vaxt baş
tutacağını hələlik dəqiq deyə bilmirəm...
ETİBAR CƏBRAYILOĞLU
Bakı-Quzanlı-Bakı
Ədalət.- 2009.- 5 may.- S. 7.