BİR YAZ GÜNÜNDƏ GÖYƏRƏN ÜMİDLƏR

 

Bu gün məmləkətimizdə çox böyk quruculuq, abadlıq tikinti işləri görülür. Təkcə bu quruculuq tikinti işləri şəhərlərə deyil, artıq əyalətlərə ayaq açıb. Ona görə ki, məmləkətimizin ən ucqar yerində belə abadlıq işləri ölkə başçısının diqqət mərkəzində saxlanılıb.

Günbəgün dəyişən, yeniləşən gözəlləşən rayonlardan biri İmişlidir. O İmişli ki, bu gün ora kimin ayağı düşsə, gözlərinə inanmayacaq. Gözlərinə inanmayacaq ki, İmişli şəhəri son bir neçə ildə qədər gözəlləşib, bir-birindən abad küçələr, yaraşıqlı tikililər bu tikililərin yaxınlığında əkilmiş minlərlə ağaclar insanın ruhuna bir xoş ovqat gətirir.

Öz orijinallığı tikinti üslubu ilə rayon mərkəzində salınmış Heydər Əliyev parkı tamamilə digər tikililərdən seçilir. Parkda yerə döşənmiş mərmər daşlar ətrafdakı gül-çiçək sanki cənnəti xatırladır. H.Əliyevin möhtəşəm heykəl isə bu parka qeyri adi bir gözəllik gətirir. İstər-istəməz parka yolu düşən adam bir anlıq ayaq saxlayıb, ətrafdakı gözəllikləri seyr eləyir özü bilmədən bu gözəlliklərin ağuşuna düşür.

Rayon mərkəzindəki bir-birindən abad küçələr, xiyabanlar elə orijinallıqla inşa edilib ki, burda sanki bir memarın təkrarsız əl işləri hiss olunur. Hər bir tikilinin özünəməxsus bir formada üslubda inşa ediliməsi adamı təəccübləndirir. Ən azından ona görə ki, bu tikililər heç başqa rayondakı tikililərə bənzəmir. Hiss olunur ki, bu tikililərdə bir memar təxəyyülünin elementləri var.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevi bəlkə oxuculara təqdim etməyə ehtiyac yoxdur. Çünki Əbülfəz Ağayev hansı rayonda icra başçısı işləyibsə, orda öz izini qoyub. İstər Neftçalada, istərsə Sabirabadda işləyərkən Əbülfəz müəllimin gecəsi olub, gündüzü. Tikib, qurub bunu həmin elin camaatına bir xatirə qoyub. Elə ona görə bu gün həmin rayonların insanları Əbülfəz Ağayevi çox yaxşı insan icra başçısı kimi xatırlayırlar.

Əlbəttə, o insan ki, qurub yaratmaq, həyat eşqi ilə yaşayır, təbii ki, onu da el-oba böyük hörmətlə yada salır. İmişliyə gələn gündən Əbülfəz müəllim el-obanın içərisində olub. İstər xeyirdə, istərsə şərdə camaatla bir yerdə oturub-durub. Elə buna görə imişlilər onu daha çox istəyir. Rayonda sadə adamlarla söhbət zamanı bir daha yəqin etdik ki, Əbülfəz Ağayev İmişliyə gələn gündən böyük öndər Heydər Əliyevə prezident İlham Əliyevə öz sədaqətini əməli işi ilə göstərib. Ən başlıcası isə bu insanın heç vaxt bir dəqiqə belə boş vaxtı olmayıb. Camaat başqa rayonda başçının qəbuluna düşməkdə müəyyən çətinliklə üzləşsə , amma İmişlidə bu məsələlər çox asanlıqla öz həllini tapır. Yəni istənilən şəraitdə, günün hər hansı bir vaxtında başçının qəbuluna düşmək olur. Həfətinin 5-ci günləri isə bilavasitə vətəndaşların qəbul günüdür. Eyni zamanda bəzən görürsən ki, uzaq kəndlərdən qəbula gələ bilməyən insanların problemləri isə elə başçının iştirakı ilə həmin kəndlərin özündə həll olunur. Bu da o deməkdir ki, əsl xalq adamı kimi elin, obanın içində olmaq insanı başqalarına daha çox sevdirə bilir.

Əbülfəz Ağayev Heydər Əliyev siyasətini eləcə bu siyasi kursun davamçısı olan prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları çox vicdanla namusla yerinə yetirir. Çünki son vaxtlar artıq İmişli böyük sənaye şəhərinə çevrilib. Onlarca yeni müəssisə zavod inşa edilərək istifadəyə verilib. Əvvəllər fəaliyyətini dayandıran müəssisələrin isə işi demək olar ki, əsaslı bərpa olunub. Bu gün İmişlidə Muradxanlı İriləşdirilmiş Neft Mədəni, Lokomotiv deposu, Bəhramtəpə Dəmir-beton Zavodu, Dəmir-beton Açıq Səhmdar Cəmiyyəti yenidən bərpa edilib istifadəyə verilib. Eyni zamanda "Araz" konserviləşdirilrmiş şirələr konyak zavodu, Broyler- quşçulu MMC, "ORİON-E" MMC, Şəkər zavodu, Şəkər İstehsalat Birliyinin spirt zavodu, Şəkər İstehsalat Birliyinin bitki yağları zavodu istifadəyə verilib. Həmin müəssisə zavodlarda minlərlə insan çalışır. Bu o deməkdir ki, yeni yerlərinin açılması ilə qədər insanın çörək problemi öz həllini tapıb. Heç kim təsəvvürünə gətirməzdi ki, son üç-dörd ildə İmişlidə bu qədər sənaye müəssisəsi tikilib istifadəyə verilər. Ancaq böyük öndərimiz Heydər Əliyevin ölkə prezidenti İlham Əliyevin qayğısı ilə İmişlidə az müddətdə bu qədər sənaye müəssisəsi inşa edilib. Təbii ki, bu işlərin həyata keçirilməsində icra başçısı Əbülfəz Ağayevin zəhməti az olmayıb. Çünki camaat görəndə ki, başçının gecəsi-gündüzü yoxdur, o əlindən gələni əsirgəmir, onda yerli əhali ona yaxından kömək edir. Bu mənada İmşlidə gedən abadlıq quruculuq işlərində yerli camaat da yaxından iştirak edir.

Böyük Öndər Heydər Əliyevin anadan olmasının 86-cı il dönümü münasibəti ilə İmişlidə böyük abadlıq quruculuq işləri davam edir. Neçə-neçə küçəyə asfalt örtüklər döşənmiş, səkilərə xiyabanlara mərmər daşlar düzülmüşdür. Bununla yanaşı, Böyük Öndərin doğum günü münasibəti ilə rayon ərazisində minlərlə ağac bəzək kolları əkilib, yaşıllıqlara qulluq edilib.

İmişli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Nuriyev deyir ki, az bir vaxtda şəhərin bütün küçə xiyabanları təmizlənmiş hər yerdə abadlıq işləri görülmüşdür. Şəhərin yaşıllıq zolağına 400 liandra, 1400 göyrüş ağacı, 80 qızılgül kolları, 8 kq ot toxumu əkilib. Rayonun Qarabağ Qələbə xiyabanında, eləcə Əzizbəyov küçəsində əsaslı təmir işləri görülüb. Şəhərdaxili yollarda - S.Qazıyeva, S,Ağamalıoğlu, Əzizbəyov, Q.İsmayılzadə, N.Aslanov küçələrinə asfalt örtük döşənib. Bütün bunlar onu göstərir ki, yazın gəlişi ilə əlaqədar olaraq bu gözəl məkanda hər bir yerli sakin öz izini qoymaq istəyir. O iz ki, heç vaxt yaddan çıxmır unudulmur.

H. Əliyev parkında yaşı 80-ni haqlıyan bir ağsaqqal kişi ilə görüşdük. Həmin ağsaqqal dedi ki, heç mən inana bilmirəm ki, bu qədər abadlıq işləri rayonumuzda az müddətdə necə həyata keçirilib. Düzdür, əvvəllər rayonumuzda tikinti-abadlıq işləri görülürdü. Ancaq bu surətlə işlər başa çatdırılmayıb. İndi şəhərin mərkəzində deyil, hətta qəsəbə kəndlərədə yeni asfalt yolları, parkları, xiyabanları salınıb istehsalat müəssisələri istifadəyə verilib. Biz qocalarsa, bu cür gözəl parklara gəlib istirahət etməklə ömrümüzü uzadır, bu işləri görənlərə "çox sağ ol", deyirik. Allah Heydər Əliyevə rəhmət eləsin. Prezidentimiz İlham Əliyevə can sağlığı versin ki, bu cür gözəl işləri davam etdirib bizi sevindirsin. Biz Ulu Öndərə ölkə başçısına öz minnətdarlığımızı bildiririk ki, rayonumuza çox bacarıqlı, işgüzar namuslu bir adamı - Əbülfəz Ağayevi icra başçısı təyin edib. O kişi o qədər sadə səmimi inasndır ki, yolda kimi görsə onunla əl görüşür. Biz qocalara qarşı isə çox diqqətli mehribandır. Təbii ki, belə kişilər qədər çox olsa, ölkə başçısının da işi bir o qədər yaxşı gedər. Sözümüzün canı odur ki, Əbülfəz Ağayev heç bir icra başçısının bu rayonda görmədiyi işi o həll edib. Elə ona görə o kişiyə qarşı bizim ürəyimizdə böyük məhəbbət var.

Bu yaz günündə İmişlinin gözəl parklarını, xiyabanlarını seyr etmək doyunca o güllərin, çiçəklərin ətrini ciyərlərinə çəkmək, orda yaşayan insanların ən böyük arzusudur. O arzu ki, artıq çin olub.

   

 

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 5 may.- S. 4.