Biləsuvar inkişaf yollarında

 

"Bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir."

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Cənub bölgəsinin başlanğıcı olan Biləsuvar rayonu paytaxtdan 224 kilometr aralıda yerləşir. ərazisi 1400 kvadrat kilometr olan bu rayonda 80 min nəfər əhali yaşayır. Rayonun əsas məşğuliyyəti əkinçilik maldarlıqdır. Muğan düzünün cənub-qərb hissəsində yerləşən bu rayon uzun müddət Puşkin adlanıb. Biləsuvar pambıqçıları ölkə təsərrüfatında həmişə öncüllər sırasında olub. Halal zəhmətlə, alın təri ilə öyünən rayon sakinləri elə buna görə pis yaşamayıblar.

Son zamanlar regionların sosial - iqtisadi Dövlət Proqramının uğurla həyata keçirməsi bu rayon həyatına da çox ciddi təsir göstərmişdir. Biləsuvarda aparılan quruculuq, abadlıq işləri sayəsində rayon mərkəzinin, eləcə bir sıra kəndlərin siması tamam dəyişmiş, sosial şəraitləri xeyli yaxşılaşmışdır. Ötən müddət ərzində rayon mərkəzinin park meydanlarında piyada səkilərinə 20 min kvadrat metr üzlük tava (metlax) döşənib. Heydər Əliyev adına park, muzey ən yüksək səviyyədə qurularaq sakinlərin, qonaqların ixtiyarına verilmişdir. Son beş ildə büdcə vəsaitlərin həcmi 4,2 dəfə çoxalaraq 10 milyon manata çatmışdır. 2003-2008-ci illərdə burda açılan 15966 yerlərindən 11282-si daim yeridir.

Ötən il rayonun həyatında uğurlu illərdən olmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində bir sıra uğurlara imza atılmışdır. "Biləsuvar Aqro" MMC-nin fəaliyyətə başlaması nəticəsində sənaye məhsulunun ümumi həcmi xeyli yüksəlmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun payı 766 min manat olmuşdur. Bu isə əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Ötən il həm bank xidmətinin yaxşılaşdırılması üçün Milli Bankın Biləsuvar ərazi idarəsinin, "Texnika bank" ASC-nin rayon şöbəsinin inzibati binaları da əhalinin istifadəsinə verilmişdir.

Əlbəttə, rəsmi rəqəmlərin dili ilə ötən ildə, eləcə 2003-2008-ci illərdə Biləsuvar rayonunun inkişaf dinamikasından çox danışmaq olar. İqtisadi resurs imkanları baxımından Biləsuvarın potensialının elə çox olmamasına baxmayaraq bu gün o qonşu rayonlardan heç geridə qalmır. Haqqında çox qısa danışdığımız uğurlar arxada qalan illərin payına düşür. Artıq 2009-cu ilin I rübü geridə qalıb. Bir azdan təsərrüfatlarda çox qızğın mövsümü işlər başlayacaq Biləsuvar yenə təcrübəli kənd təsərrüfatı rayonu kimi öz sözünü deyəcək. Bəs bu ilin birinci rübünü Biləsuvar rayonu necə başa vurub?

Bu suala Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov 2009-cu ilin ilk üç ayının yekunları barədə etdiyi geniş məruzəsində cavab verib. Burdaca qeyd edək ki, Adil müəllimin Biləsuvar rayonunun hərtərəfli inkişafı üçün sərf etdiyi əmək, vaxt, sağlamlıq sakinlər tərəfindən layiqincə qiymətləndirilir. Ağsaqqal kimi hörmət qazanmaq etiraf edək ki, hər rayonun birinci şəxsinə nəsib olmur.

Məruzədə natiq göstərmişdir ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2,8 milyon manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 456 min manat çoxdur. Bazar iqtisadiyyatının bərqərar olduğu bir vaxtda rayonun sosial-iqtisadi vəziyyətini müəyyən edən mühüm amillərdən olan məşğulluq da diqqət mərkəzində olmuşdur. İqtisadiyyatın fəaliyyət göstərən sahələrində məşğul olanların sayı 41 min nəfərə qədərdir. Məşğul olan əhalinin 47 faizi qeyri-dövlət bölməsində çalışanlardır. Sahibkarlığın inkişafı üçün ötən aylarda Sahibkarlığa Kömək Milli fondu 17 subyektə 1,3 milyon manat kredit vermişdir. 2009-cu ilin birinci rübündə abadlıq tikinti işləri genişləndirilmişdir. Ələt-Astara, Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yollarında təmir işləri genişləndirilmişdir. 12 kilometr Biləsuvar dolama yolunda 27 ədəd su qurğusu, 2 üç aşırımlı körpü tikilmişdir.

Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, Gömrük Buraxılış Məntəqəsindəki yük terminalının, 50 çarpayılıq uşaq xəstəxanasının, Yanğından Mühafizə bölməsinin, prokurorluğun yeni inzibati binalarında və digər obyektlərdə tikintinin surəti azalmamışdır.

2009-cu ilin məhsulu üçün rayonun torpaq mülkiyyətçiləri 29 min hektar sahədə payızlıq əkin aparmışlar. Onların maddi maraqları üçün dövlət büdcəsindən 703 min manat yardım ayrılmışdır.

Heyvandarlığa göstərilən qayğı nəticəsində iribuynuzlu mal-qaranın sayı 38,4 min başa, xırdabuynuzluların sayı isə 132 min başa çatmışdır.

Məruzədə qeyd edilmişdir ki, bu ilin əvvəlindən Biləsuvar rayonunun bütün ümumtəhsil məktəblərinin birinci sinfində yeni fənn karrikumları tətbiq edilmişdir. Həmin siniflərdə dərsləri xüsusi təlim kursları keçmiş müəllim aparmışlar.

Əhalinin sağlamlığı keşiyində lazımınca durmaq üçün Rayon Mərkəzi, Uşaq xəstəxanası, 7 kənd sahə xəstəxanası, 11 feldşer-mama, 6 həkim məntəqəsində çalışan xalatlılar öz səylərini daim artırırlar.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov hərtərəfli məruzəsində bir sıra nöqsanlara da toxunmuşdur. Vurğulamışdır ki, elektrik enerjisinin, təbii qazın haqlarının toplanmasında hələ nöqsanlar var. Carı ilin birinci rübündə yığılan pulların faizi 70-dən çox olmamışdır. Yuxarı Cürəli, Yuxarı Ağalı, Günəşli kəndlərində bu rəqəm 50-60 arasında olmuşdur. Biləsuvar şəhərində isə verilən qazın işığın müqabilində cəmi 59,3 faiz pul yığılmışdır.

İcra Hakimiyyəti Başçısının 2009-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasdakı geniş məruzəsindən daha çox danışmaq olardı. Çünki rayonda görülən bütün uğurlu işlərin arxasında gərgin zəhmət durur. Ancaq lazım bilmədik, ona görə ki, əvvəla il hələ təzə başlayır. Çox gərgin təsərrüfat işləri hələ qabaqdadır. Sonra da Adil müəllim demiş, indi kiminsə zəif, yarıkönül işləməsini təsəvvür etmək çox çətindir. Vəzifəsindən asılı olmayaraq bazar iqtisadiyyatı şəraitində kim hörmət ehtiramla yaxşı yaşamaq istəyirsə daim çalışmalıdır. Ölkənin iqtisadi, siyasi qüdrətini artırmaq hər birimizin borcudur, həm hər bir biləsuvarlının.

 

   

Səxavət Məmmədli

 

Ədalət.- 2009.- 5 may.- S. 6.