Dində dinsizliyə qadağa

 

Hökumət terrorla cidldi mübarizəyə başlayır

 

Əli Hüseynov: "Qeydiyyatsız fəaliyyət göstərən dini qurumlara qarşı sanksiyalar sərtləşdiriləcək"

 

Terror bütün dünyaya meydan oxuyur. Əvvəllər dini qarşudurmalar arasındakı gərginlik faciələrə yol açırdısa, son vaxtlar geopolitik durum son nəticədə güclünün gücsüzə hücumu ilə yekunlaşır.   

Azərbaycan insanı da terrordan az əziyyət çəkməyib. Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisəni misal göstərmək olar. Xatırlayırsınızsa, məlum terror hadisəsindən bir neçə gün öncə Bakıda xəöər yayıldı ki, bəzi məscidlər bağlanıb. Şəhidlər məscidinin bağlanması isə daha çox söz-söhbətə səbəb oldu. Neft Akademiyasındakı olaydan sonra isə mətbuatda terrorun Şəhidlər məscidində həyata keçirilməsinin planlaşdırılmasına dair yazılara rəast gəlindi. Əbu-Bəkr məscidindəki partlayışı da fakt kimi göstərərək Azərbaycan hökumətinin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə diqqət çəkək.   

Artıq Milli Məclis "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər etməyə hazırlaşır. "Media forum" saytının məlumatına görə, Milli Məclisin insan hüquqları, hüquq siyasəti dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə dəyişikliklər edilməsi məsələsi müzakirə olunub. İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da iştirak edib.   

İclasda çıxış edən Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov deyib ki, dəyişikliklər dini qurumların dövlət qeydiyyatına alınması ləğv olunması qaydalarına aiddir: "Hazırda qüvvədə olan qanunda bu qaydalar əksini tapmayıb. Hüquqi şəxslərin qeydiyyata alınmasının beynəlxalq standartlara uyğunlaşdırılması üçün bu dəyişikliklər edilir. Eyni zamanda, dəyişikliklər Azərbaycanın dini etiqad azadlığı sahəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıyır. Yeni dəyişikliklərlə dini etiqad azadlığının hədləri İnsan Hüquqlarına Dair Avropa Konvensiyasına uyğunlaşdırılır. Dini etiqad azadlığı yalnız Azərbaycan Konstitusiyasında təsbit edilmiş əsaslara görə məhdudlaşdırıla bilər".  

Təklif olunau yeni əlavəyə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması təbliği qadağan olunacaq.  

Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər.   

Layihədə dini qurum tərəfindən Azərbaycan Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" qanun digər qanunlar pozulanda, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyət həyata keçiriləndə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata digər dini ekstremal əməllərə yönəlmiş hərəkətlər ediləndə, insan şəxsiyyətinə, hüquq azadlıqlarına qəsd etmə ya qəsd etməyə təhrik etdikdə digər qanunsuzluqlara yol verildikdə dini qurumların ləğv edilməsi nəzərdə tutulur.   

L.Hüseynovun sözlərinə görə, dəyişikliklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini dəqiqləşdirir müvafiq icra hakimiyyəti orqanı kimi komitəyə yeni səlahiyyətlər verir.   

Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri bildirib ki, təklif edilən dəyişikliklər qəbul olunandan sonra bütün dini qurumlar icmalar yenidən qeydiyyatdan keçiriləcək. Bu qurumlar sentyabrın 1-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir. Dövlət Komitəsi dini qurumun fəaliyyətinin qadağan olunması üçün məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malik olacaq.   

Parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, demokratiyanın əsas prinsipi olan dini tolerantlıq Azərbaycanda mövcuddur. "Dini etiqad azadlığı haqqında" qanunun 1992-ci ildə qəbul olunduğunu deyən komitə sədri əlavə edib ki, bu günədək sənədə səkkiz dəyişiklik edilib: "Ateizim fəlsəfəsi iflasa uğradıqdan sonra cəmiyyətdə boşluq yaranmışdı bəzi qüvvələr bundan istifadə etməyə çalışırdı. Lakin qanun qəbul ediləndən sonra belə halların qarşısını almaq mümkün oldu. Müxtəlif missioner təşkilatların fəaliyyətinin qarşısını almaq üçün qanunvericilik bazası möhkəmləndirilib. Amma yaxşı olardı ki, qanuna əlavə dəyişikliklər edilməsin, yenisi hazırlansın".  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dəyişiklikləri dəstəkləyib onların peşəkar səviyyədə hazırlandığını deyib: "Qanuna ailələrin dağılmasına təhrik etməyə görə qeydiyyatın ləğv olunması maddəsi əlavə edilməlidir. Çünki Azərbaycanda bəzən dini qurumlar ailələrin dağılmasına səbəb olur, insanları buna təhrik edirlər. Bununla bağlı əlimizdə xeyli fakt var".  

Milli Məclisin hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qeyd edib ki, dəyişikliklərdən sonra qeydiyyatsız fəaliyyət göstərən dini qurumlara qarşı sanksiyalar sərtləşdiriləcək, cərimələr artırılacaq. Bunun üçün Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə Cinayət Prosessual Məcəlləyə dəyişikliklər ediləcək.  

Komitələr qanuna dəyişiklikləri dəstəkləyib Milli Məclisdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

  

  

Anar İsaoğlu

 

Ədalət.- 2009.- 7 may.- S. 2.