Dahi əbədiyaşar lider

 

Rəfael İsmayılov: "Heydər Əliyev olmasaydı indiki Azərbaycan da olmazdı"

 

Ağdam rayonundan köçkün düşmüş, Yeni Azərbaycan Partiyasının üzvü Rəfael İsmayılov da bizimlə görüşərkən qəlbindəki sevgidən, böyük insana olan sevgisindən danışdı:

"Görkəmli dövlət xadimi Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının əfsanəvi liderinə çevrilib. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü onun adı ilə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycan dövləti ən ağır çətin sınaqlara sinə gərmiş, Azərbaycan xalqı iqtisadiyyat, mədəniyyət, elm başqa sahələrdə böüyk tərəqqiyə nail olub.

Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, banisidir. Biz Azərbaycanın bugünkü nailiyyətləri üçün ona borcluyuq. Bu gün ölkəmizin müşahidə olunan hərtərəfli inkişafının təməlini Heydər Əliyev qoyub. Heydər Əliyev ikinci dəfə hakimiyyət başına gəlməsəydi indiki Azərbaycan olmazdı. O dövrdə ölkəmizdə hakimiyyət sükanının arxasında əyləşən siyasətçilərin səriştəsizliyi ucbatından Azərbaycanda xaos yaranmışdı, ölkə vətəndaş müharibəsi girdabında idi dövlət müstəqilliyi faktiki olaraq təhlükə altında idi. Belə bir vəziyyətdə hakimiyyətə gəlmək, ölkəni xaos vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq, dövləti sabit inkişaf yoluna çıxarmaq hər adamın bacaracağı bir deyildi. Bunun üçün Heydər Əliyev zəkasına sahib olmaq lazım idi". R.İsmayılov sadə, zəhmətkeş bir insan olsa da, Heydər Əliyev şəxsiyyəti barəsində az qala bir tədqiqatçı kimi danışır: "İstər keçmiş sovet hakimiyyəti illərində, istərsə müstəqilliyin ilk dövrlərində xalqımızın taleyüklü problemlərinin həllində bu dahi şəxsiyyət əvəzedilməz rol oynayıb. Hələ SSRİ dövründə geridə qalmış kənd təsərrüfatı regionunun qabaqcıl sənaye respublikasına çevrilməsində, müstəqilliyin ilk illərində isə vətəndaş müharibəsinin dövlətimizin parçalanmaq təhlükəsinin aradan qaldırılmasında ümummilli lider heç kimin görə bilməyəcəyi işləri görüb. Məhz ulu öndərin uzaqgörən siyasətinin bəhrəsi olan neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib.

Görkəmli siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevə bütün dünyada böyük hörmət və ehtiram bəslənildiyini deyən Rsmayılov onu da qeyd etdi ki, müdrik siyasi xadimin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətin bütün strukturları formalaşdırılmış, hüquqi, demokratik, dünyəvi dövlət qurulmuş və onun gələcək inkişafı üçün mükəmməl proqram hazırlanıb.

Rsmayılov Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların uğurla davam etdirildiyini, dövlətimizin başçısının Azərbaycanın inkişafına, ölkənin təhlükəsizliyinin, əmin-amanlığın qorunmasına verdiyi töhfələrdən də xeyli söhbət açdı...

 

 

Qələndər Xaçınçaylı

 

Ədalət.- 2009.- 8 may.- S. 7.