BU GÜN QAZANDIĞIMIZ QƏLƏBƏLƏR ONUN AD GÜNÜNƏ TÖHFƏDİR
Hər bir xalq, hər bir dövlət təkcə öz ərazisi, öz tarixi ilə deyil, həm də bu böyük
şəxsiyyətlərin dühaları ilə də tanınır. Bu mənada Azərbaycanın
dünya arenasında sözün böyük mənasında tanınıb,
qəbul edilməsində
əvəzsiz və şəriksiz xidməti olan böyük oğlu Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xidmətləri
danılmazdır. O, Azəbaycanın
səsinin keçmiş
SSRİ-nin hüdudlarından
çox-çox uzaqlarda
eşidilməsinə şərait
yaradıb, rəvac vermişdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan
istər iqtisadi, istər mədəni cəhətdən sovetlər
birliyində öncül
olmuş və bu öncüllüklə
də böyük dünyaya nüfuz etməyə başlamışdı.
Dövlətimizin idarəçilik sükanı arxasındakı
o böyük illər
ərzində Ulu Öndərimiz digər sahələr kimi nəqliyyat-dəmir yolu sektorunun da genişlənib
şaxələnməsinə, sərhədlər keçməsinə
xüsusi diqqət yetirmişdir. Artıq Azərbaycan dəmiryolçuları bir
çox ölkələrlə
birbaşa əlaqələr
yaratmağa, müqavilələr
imzalamağa imkan qazanmışdılar. Məhz ikinci
dəfə hakimiyyətə
qayıdışından sonra
Azərbaycan prezidenti Heydər Əliyev cənablarının qayğısı
və göstərişləri
ilə dəmiryolçularımız
bu sahəni yenidən qurmağa və müasir elmi-texniki nailiyyətlərdən
yararlanmağa imkan əldə etdilər.
Bunun nəticəsində də
Azərbaycan dəmiryolçuları
yeni-yeni uğurlara imza atdı, ölkənin "qan damarı" sayılan bu sahənin nüfuzunu yüksəltməyə,
Avropanın və bütövlükdə dünyanın
qabaqcıl təcrübəsinə
yiyələnməyə nail
oldular.
Həyat fəaliyyəti dövründə
Ulu Öndərimizin Azərbaycanın iqtisadi, siyasi kursunu qəti müəyyənləşdirməsi
bu gün də öz davamlığı və çevikliyi ilə nə qədər real və uzuqgörən bir siyasət olduğunu təsdiq edir. İndi ümummilli liderimizin siyasətini uğurla davam etdirən Azərbaycan prezidenti İlham Əliyev cənablarının
qarşımıza qoyduğu
məqsədlərə çatmaq
nisbətən asandır.
Ona görə ki, bu məqsədlərə
doğru gedən yolun memarı Ümummilli Liderimiz Heydər Əliyev olub. Yəni biz elə bir
özül üzərində
dayanmışıq ki,
o, bizləri yalnız uğurlara aparır.
Artıq hər il olduğu
kimi, bu günlərdə də xalqımız, o cümlədən
də dəmiryolçularımız
Ulu Öndərimizin doğum gününü bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər.
Bizlərin hər iş növbəsində
qazandığımız uğur
bu bayrama bir dəmiryolçu hədiyyəsidir. Düşünürük ki, biz öz
uğurlarımızla hər
birimizin qəlbində
əbədi yaşayan
və yaşayacaq Azərbaycanın dünəninin,
bu gününün və sabahının işıqlı siması
olan Ulu Öndərimiz Heydər Əliyevə ehtiramımızı
təsdiq edirik. Çünki biz bir vətəndaş olaraq bu
gunumuz üçün,
çiçəklənən Azərbaycanımız üçün
ona borcluyuq.
Birmənalı olaraq etiraf etmək lazımdır ki, ikinci dəfə
müstəqilliyinə qovuşmuş
Azərbaycanın yeni
həyat səlnaməsi
Ulu Öndərimizin adı ilə başlayır və bu səlnamə hər gün yeni-yeni uğurlarla Azərbaycan prezidenti İlham Əliyevin dünya siyasətində qazandığı naliyyətlərlə
daha da cilalanır.
Zaman keçdikcə
bu uğurlar daha da artacaq,
bu səlnamə daha da böyük
qələbələrin saxlancına
çevriləcəkdir. Biz
buna əminik.
Arif Əsgərov
Azərbaycan Dövlət Dəmir
Yolunun rəisi
Ədalət.- 2009.- 8 may.- S. 3.