"Heydər Əliyev:
Şəxsiyyət fenomeni"
mövzusunda konfrans keçirildi
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasında "Heydər
Əliyev: Şəxsiyyət
fenomeni" mövzusunda
konfrans keçirilib.Tədbiri giriş sözü ilə açan hüquq elmləri namizədi Aytən Mustafayeva tədbirin AMEA-nın bir ənənəsinə
çevrildiyini deyib.
Daha sonra konfransda təhsil nazirinin müavini İradə Hüseynova çıxış
edib. O, Heydər Əliyevin
Azərbaycan tarixində
mühüm yer tutduğunu vurğulayıb:
"Heydər Əliyev
dünyada peşəkar
siyasətçi kimi tanınır. Onun hakimiyyət illərində
saysız-hesabsız azərbaycanlı tələbə
dünyanın ən qabaqcıl ölkələrində
təhsil alıb".
İ.Hüseynova müəllifi olduğu "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı dərsliyin mayın 13-də işıq üzü görəcəyini bildirib.
Millət vəkili Rəbiyyət Aslanova isə Heydər Əliyevin siyasi fəaliyyətindən danışıb:
"Mən ruhun varlığına inanan insanam. İnanıram ki, Heydər Əliyevin ruhu bu gün də
bizim üzərimizdədir.
O, böyük azərbaycanlı
idi. Onun adı dünyanın ən qabaqcıl siyasətçilərinin adı
ilə yanaşı çəkilir".
Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova isə Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda qadınların fəallığının artığını söyləyib: ""Heydər Əliyev deyirdi ki, qadınlar dünyanın bəzəyidir. Qadınsız cəmiyyət ola bilməz. Biz qadınlarımızla fəxr edirik".
Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Zahid Oruc, Zəlimxan Yaqub və digər şəxslər də iştirak ediblər.
Ömər
Ədalət.- 2009.- 8 may.- S. 6.