HEYDƏR ƏLİYEV TARİXİN XALQIMIZA ƏN BÖYÜK TÖHFƏSİ İDİ

 

Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Təbii ki, şəxsiyyətlərin tarix cəmiyyəti zənginləşdirməsi bu ya digər xalqın həyatında say kəmiyyət etibarı ilə həmişə fərqli olubdur.

Hər dəfə xalqımızın tarixində silinməz danılmaz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin yeri ön cərgədə görünür. Bu bəlkə xalqın onun tarixinin ən böyük qazanclarından biridir. Heydər Əliyev böyüklüyü ondan irəli gəlir ki, o, xidmətləriylə bu xalq üçün, bu dövlət üçün etdikləriylə xalqı tərəfindən bütün zamanlar üçün birinci olmaq haqqını qazanıbdır.

Vətəndaşların sosial rifah halının yüksəldilməsini özünün mühüm fəaliyyət istiqamətlərindən biri sayan H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri respublikanın enerji təhlükəsizliyi məsələsinin həll edilməsi oldu. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə dövlətçiliyimizin sosial-iqtisadi, ideya-siyasi əsaslarını qurub yaratmağa başlamış, doğma xalqına ləyaqət sədaqətlə xidmət etmiş Ümummilli Liderimiz Heydər Əliyev respublikamızın enerji təhlükəsizliyinin təmin olunması, o cümlədən müstəqil elektrik energetikası sisteminin formalaşması üçün zəruri tədbirlər görmüşdür.

Ümumiyyətlə, Azərbaycanın bir əsrdən artıq tarixə malik milli elektrik energetikası sisteminin inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin respublika rəhbəri olduğu illərə təsadüf edir. Məhz həmin illərdə Ulu Öndərin təşəbbüsü birbaşa rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) inşa olunmuşdur. 2400 Mvt gücündə olan bu elektrik stansiyası hal-hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizə yaxını da məhz onun payına düşür.

Ulu Öndərin rəhbərliyi altında 1970-ci ildə ümumi gücü 22 Mvt olan Araz SES, 1976-cı ildə ümumi gücü 50 Mvt olan Tərtər SES (bu su elektrik stansiyası erməni silahlı birləşmələrinin işğalı altındadır), 1982-ci ildə isə ümumi gücü 380 Mvt olan Şəmkir SES inşa edilmişdir.

Ulu Öndərimiz sonralar bu şərəfli tarixi xatırlayarkən demişdir: "Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə - 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam".

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı elektrik şəbəkələri sistematik inkişaf etdirilmiş respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kv-luq "Əli Bayramlı" İES - "Ağdam" - "Gəncə" - "Ağstafa", Əli Bayramlı - Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci 2-ci Abşeron, Muxranis - Vəli s. kimi elektrik verilişi xətləri, 330/110/20 kv-luq "Yaşma", "Gəncə", "Ağstafa", 330/110/10 kv-luq İmişli, 500/330/220 kv-luq Abşeron, 220/110/10 kv-luq "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" s. kimi qovşaq yarımstansiyaları istismara verilmişdir.

Respublikamıza ikinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyev həmişə olduğu kimi yenə bir sıra strateji sahələrlə yanaşı elektrik energetikası sisteminə öz qayğı diqqətini əsirgəməmişdir. Məhz onun elektrik enegetikası sisteminə olan diqqətinin nəticəsi kimi 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma İnkişaf Bankından 53 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına nail oldu hər biri 37,5 MVt, ümumi gücü 150 MVt olan Yenikənd SES inşa edildi.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində nəticəsində işğal altında qalan "Ağdam" yarımstansiyası 330 kv-luq Azərbaycan İES-Ağdam-İmişli EVX əvəzinə 330 kv-luq Ağcabədi, 110 kv-luq Bərdə yarımstansiyalarının 330 kv-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti yaranmışdı.

Avropa Yenidənqurma İnkişaf Bankı İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidənqurulması, 330 kv-luq Ağcabədi, 110 kv-luq Bərdə yarımstansiyalarının 330 kv-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.

Ulu Öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratdı.

Bu məqsədlə Almaniyanın "Bayerişe Landesbank Girosentrale" bankının krediti hesabına Bakı İEM- hər birinin gücü 53,5 Mvt olan iki qaz-turbin qurğusu Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə "Şimal" ES- 400 Mvt-lıq buxar qaz qurğusu istismara verildi.

Yeni generasiya güclərinin işə salınması ilə yanaşı sistemtəşkiledici elektrik şəbəkəsinin yenidənqurulması məqsədilə Almaniyanın KFW bankından kreditin ayrılmasına nail olundu.

Ümumiyyətlə, Ulu Öndərin rəhbərliyi dövründə 3500 Mvt-a yaxın generasiya gücü işə salınmışdır.

Ulu Öndərimizin birmənalı şəkildə qarşıya qoyduğu vəzifələr Azərbaycanın düzgün yolda olduğunu, inkişaf tərəqqi istiqamətini tutduğunu hər kəsə göstərdi. Bütün zamanların hakimi yaddaşı xalqdır. Məhz bu mənada Azərbaycan xalqı doğum gününü qeyd etməyə hazırlaşdığı Ulu Öndərinin əbədiyaşar bir tarixi şəxsiyyət olduğu barədə hökmünü artıq coxdan veribdir. Ümummilli Liderin doğum günü ərəfəsində görülən tədbirlər, xalqın əhval ruhiyyəsi bu dediklərimizi bir daha sübut edir. Danılmaz bir həqiqət var ki, Heydər Əlirza oğlu Əliyev öz əbədiyaşarlığını xalqımızın ürəyində özü yaşadır. Bu haqq ona Tanrıdan Azərbaycan xalqından verilibdir.

  

  

Etibar Pirverdiyev

"Azərenerji" ASC-nin prezidenti

 

Ədalət.- 2009.- 8 may.- S. 4.