O, SƏHİYYƏMİZİN DƏ QAYĞIKEŞİ
İDİ
İnsanın təkcə cismani
sağlamlığı yox. Onun ruhu, sağlamlığı
da zamanla, o zamanın hakim mühiti ilə, ictimai yükü
ilə və ən nəhayət, tarixi şəxsiyyətləri
idarə edənləri ilə sıx bağlı olur. Bu təmas
istər-istəməz insanı xəstəliklərdən,
ağrı-acılardan qorunmağa, ruhən sağlam
olmağa və hətta lazım gələndə fiziki xəstəliklərə
cəsarətlə müqavimət göstərmək
imkanı da verir. Təsadüfi deyil ki, Azərbaycan
xalqının ruhən mübariz və sağlam olmasında
onun böyük oğlu, Ulu Öndərimiz, ümummilli
liderimiz, dünya çapında hər kəsin qəbul etdiyi
siyasi xadim Heydər Əliyev cənablarının danılmaz
xidmətləri var.
Xalqımızın böyük oğlu istər sovet dönəmində, istəsə də imperiyanın dağılıb onun xarabaları üzərində xaosun baş qaldırdığı bir zamanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra da bütün həyatını Azərbaycana, onun tərəqqisinə və dünya dövlətləri arasında layiq olduğu yeri tutmasına sərf etmişdir. Məhz bu
böyük insanın əməyi nəticəsində Azərbaycan
səhiyyəsi yenidən ayağa qalxmış və yeni əsirin,
böyük dünyanın tələbləri səviyyəsində
qurulmağa başlamışdır. Çünki
yaranmış boşluq və xaos Azərbaycanın səhiyyə
ocaqlarına da, qabaqcıl səhiyyə işçilərinə
də öz mənfi təsirini göstərmiş, bəzilərinin
bağlanmasına, fəaliyyətinin dayandırılmasına,
bəzi tanınmış səhiyyə kadrlarının isə
ölkəni tərk edib digər məmləkətlərdə
iş axtarmasına səbəb olmuşdur.
Belə bir zamanda yalnız Heydər Əliyev dühası Azərbaycan səhiyyəsini məhv olmaqdan xilas edə bilərdi. Və elə o da bu tarixi qərarın, bu tarixi xilasın
müəllifi oldu. Azərbaycanın səhiyyə sahəsinə
yetərincə maliyyənin ayrılması, elmi-texniki tərəqqinin
dünya miqyasındakı uğurlarının Azərbaycana gətirilməsi,
qarşılıqlı əlaqələrin gücləndirilməsi
demək olar ki, qısa bir zamanda səhiyyəmiz
üçün yeni bir səhifə açdı.
Yalnız
xalqını və millətini sevən böyük
oğullar öz həyatını, öz bilik və
bacarığını vətəninə həsr edir. Ulu Öndərimiz də yorulmaq
bilmədən ardığıl iş apardı. Təkcə
ölkə paytxtında deyil, həmçinin regionlarda da səhiyyə
ocaqlarının bərpası, yenidən qurulması və
yenilərinin tikilməsi də sürətlə həyata
keçirildi. Bu gün də Ulu Öndərimizin kursunu
uğurla həyata keçirən Azərbaycan prezidenti
İlham Əliyev cənabları Ulu Öndərimizin
adını daşıyan Fondun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın fəaliyyəti də məhz
digər sahələrlə yanaşı, səhiyyənin də
zamanla səsləşməsinə xidmət edir.
Bəli, Azərbaycan
xalqının bəxtinə doğmuş Heydər Əliyev
adlı Günəş öz işıqlarını onun
sağlamlığına da, yəni həm mənəvi, həm
də cismən sağlamlıq durumuna da səpməkdədir.
Bunun nəticəsidir ki, Azərbaycan
səhiyyəsi sahəsində çalışan hər kəs
Ulu Öndəri öz qəlbində yaşadır, onun
doğum gününü böyük sevinclə qeyd edir.
Çünki bu böyük insan səhiyyə işçiləri
üçün həqiqətən doğma olmuş, həqiqətən
onların qayğısına qalmışıdır.
Şahnaz Baxşəliyeva
Respublika Dəri- Zöhrəvi
Dispanserinin baş həkimi
Ədalət.- 2009.- 9 may.- S. 9.