HEYDƏR ƏLİYEV ZİYASI

 

Hər il may ayının 10-u yaxınlaşanda hər birimizin ürəyindən fərəh, qürur dolu hisslər keçir. Çünki bu tarix Azərbaycanı dünyaya tanıdan, dövlətçiliyimizi yaradan xilas edən, onun işıqlı sabahlara gedən yolunda mayak olan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Hələ ötən əsrin 90- illərinin ortalarında özünün birmənalı olaraq bəyan etdiyi kimi bütün ömrünü Azərbaycana Azərbaycan xalqına həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə yalnız yalnız Azərbaycanın çiçəklənməsinə, onun dünya dövlətləri sırasında layiqli yer tutmasına çalışmışdır. Məhz onun balanslaşdırılmış, sınaqlardan çıxmış həyatda öz təsdiqini tapmış qərarları, tövsiyələri, eləcə yeritdiyi siyasət nəticəsində biz bugünkü Azərbaycana sahib ola bilmişik.

Azərbaycan dünya xəritəsində çox balaca görünsə də, ancaq dünya siyasətində, dünya iqtisadiyyatında məhz dünya şöhrətli siyasətçi, xalqımızın böyük oğlu, Ulu Öndərimiz Heydər Əliyev cənablarının sayəsində ən böyük dövlətlərin, hətta dünyaya meydan oxuyan super dövlətlərin belə tərəfdaşına çevrilə bilmişdir. Artıq hər kəs bugünkü Azərbaycanın nəyə qadir olduğunu birmənalı olaraq görür qəbul edir. Hətta Azərbaycanın düşmənləri belə Ulu Öndərimizin böyüklüyü qarşısında geri çəkilməyə, onun dünya şöhrətini, fenomen bir şəfqət olmasını etiraf etməyə məcburdur. Zaman-zaman fəaliyyəti, yaratdığı rəhbərlik məktəbi bilavasitə təcrübədən qaynaqlanan gələcəyi görmək məharəti Ulu Öndərimizi Azərbaycanı ucaltmağa özünü Azərbaycanla birlikdə ucalmağa doğru aparmışdır. Bu gün istənilən məmləkətdə Azərbaycandan, Ulu Öndərimiz Heydər Əliyevin vətənindən olduğumuzu böyük qürurla bəyan edə bilərik. Çünki bu torpağın öyünməsində, bu xalqın xoşbəxt günlərə gəlib çıxmasında birinci ən böyük xidmət Ulu Öndərimizin adı ilə bağlıdır. O, bizi, yəni xalqını torpağını hər yerdə, hər kəsdən uca edib. Özü uca olan Ulu Öndərimiz xalqını da ucaldıbdır.

  

  

Akif Fətəliyev

"Gilan Holdinq

Bakıneftmədəncihaz" ASC-nin sədri

 

Ədalət.- 2009.- 9 may.- S. 6.