O, BÜTÜN ZAMANLARDA XALQI İLƏ BİRLİKDƏDİR
Hər bir tarixi şəxsiyyət özünün həyat fəaliyyəti ilə xalqını tanıtmaqla yanaşı, həm də yaşadığı dövrü də bəşəriyyətin diqqət mərkəzinə çatdırıb. Yəni həmin tarixi şəxsiyyətin həyat yolu və fəaliyyəti araşdırılır, öyrənilir və hər kəs də bu yoldan, fəaliyyətdən özü üçün nəsə götürür, nəsə qazanır. Bu mənada xalqımızın tarixində əbədi bir iz salmış Ümummilli liderimiz Heydər Əliyev cənablarının xidmətləri danılmazdır. Heç kəs inkar edə bilməz ki, bu dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi məhz Azərbaycan üçün yaşayıb.
Elə ona görə də o müdrik insanın "Mən həyatımın mənasını
xalqıma xidmətdə
görürəm!" deməsi
hər kəsin qəlbində xoş bir duyğu və inam yaratmışdı.
Özü də zaman bu fikirlərin
necə böyük bir həqiqət olduğunu bizlərə sübut etdi. Ulu Öndərimiz Azərbaycana
ikinci dəfə xalq dəstəyi ilə rəhbər seçiləndən sonra
yeni Azərbaycanı,
müstəqil Azərbaycanı
dövrün tələblərinə
uyğun qurmağa, yayrtmağa başladı.
Onun qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar,
verdiyi gbstərişlər
elə bir zərgər dəqiqliyi ilə işəlnib hazırlanırdı
ki, ilk andaca
onun vacibliyi, həyati əhəmiyyəti
hər kəsə aydın olurdu. Birmənalı olaraq başa
düşülürdü ki, Ulu Öndərimizin
bu qərar və tapşırıqları
dövrün tələblərindən
irəli gəlir və yeni Azərbaycanın
böyük dünyanın
sıralarına qatmağa
xidmət edir. elə bu səbəbdəndir
ki, imzalanmış
"Əsrin müqaviləsi" və
digər kontraktlar sərhədlərimizdən kənarlarda
da, hətta dünyanın super dövlətlərində də
böyük diqqət
və maraqla qarşılanmış, dəstək
qazanmışdır. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"nin iştirakçısı
olan dövlətlərin
rəhbərləri də
həmin müqavilələrin
imzalanmasında yaxından
iştirak etmiş və bu müqavilələrə
xeyri-dua vermişdilər.
İndi həmin müqavilələrin bəhrələri
özünü göstərməkdədir. Digər tərəfdən
də bu müqavilələr Azərbaycan
iqtisadiyyatının yenidən
qurulmasına, xarici iş adamlarının böyük məbləğlərdə
Azərbaycana sərmayələr
qoymasına imkan verdi, inam yaratdı.
Hamı birmənalı
olaraq Azərbayandakı
iqtisadi mühitin sabitliyinə fəaliyyət
üçün geniş meydanın və şəraitin
olmasına əminlik hiss etdikdən sonra ölkəmizdə iqtisadi dirçəlişin
sürəti get-gedə artmağa başladı. Bu gün həmin söhbət yeni iş yerlərinin açılması, əmək
haqqlarının yüksəlməsi,
pensiya və müavinətlərin artımı
ilə müşahidə
olunur. Bax, bütün bunlar göstərir ki, məhz Ulu Öndərimizin
iqtisadi strategiyası ölkəmizin hər bir vətəndaşının
həyat fəaliyyətinin
yüksəlməsinə xidmət
edirdi və bu gün də
edir.
Yeni Azərbaycanda iqtisadi uğurların əldə
olunmasında ən başlıca şərtlərdən
biri də xalqın öz rəhbərinə və onun yeritdiyi siyasətə inamı idi. Məhz ümumxalq məhəbbəti qazanmış
və həmişə
xalqı ilə bir yerdə olan Heydər Əlirza oğlu Əliyev cənabları öz təcrübəsi ilə özünün dediyi müdrik bir fikrə həyat vəsiqəsi də verdi. Belə ki, onun "Mən ömrümün bundan sonrakı hissəsini xalqıma bağışlayıram!" kəlamı
bizdə ona olan sevgini, inamı
daha da artırdı
və hər birimiz Ulu Öndərimizin
bizim üçün,
yəni bu xalq üçün gördüyü böyük
işlərin mahiyyətini,
məramını birmənalı
olaraq dərk etdik. Tarixin bütün sınaqlarına,
həyatın bütün
çətinliklərinə sinə gərmiş və bütün mübarizələrdən qalib
çıxmış Ulu
Öndərimizin keçdiyi
yol elə bir məktəb, elə bir təcrübədir
ki, onu göz
önünə gətirəndə
bu böyüklüyün, bu müdrikliyin
qarşısında baş
əyir və şəksiz əmin oluruq ki, Allah
bizi bir xalq olaraq məhz
Ulu Öndərimizin simasında dünyaşöhrətli
bir siyasətçi ilə, böyük bir öndərlə mükafatlandırmışdır. O, bu xalqın ən böyük tarixi siması, ən böyük siyasi lideridir və özü də təkcə bizim üçün yox, həm də
bəşəriyyət üçün
dünya üçün
dəyərli olan böyük şəxsiyyətdir.
Böyük tarixi şəxsiyyətlərin
anılması, onların
dünyaya gəlişinin
xatırlanması heç
də təsadüfi deyil. Məhz bu an,
bu xatırlanma ona olan sevgini,
diqqəti və məhəbbəti büruzə
verir. Bütün hallarda Heydər Əlirza oğlu Əliyev cənabları xalqına diqqətinin və sevgisinin mərkəzində olublar.
Elə doğum günü ərəfəsində
də həmin sevgi və diqqət
onu ziyarət edənlərin, xatırlayanların
dairəsi ilə bir daha təsdiqini
tapır. Buraya Ulu Öndərimizin
hər bir Azərbaycan vətəndaşının,
hər bir soydaşımızın qəlbində
onun yerini də əlavə etsək, onda bu sonsuz məhəbbətin
qarşısında yalnız
baş əymək və Ümummilli liderimizin əbədiyaşarlığına
inamımızı büruzə
verə bilərik.
Bu sevgini, bu əbədiyaşarlığı
öz həyatı və müdrikliyi bahasına qazanmış,
öz məktəbini
yaratmış, öz
siyasi və iqtisadi kursunun bugünkü davamçıları
üçün, ilk öncə isə Azərbaycan prezidenti İlham Əliyev cənabları üçün,
Azərbaycan hakimiyyəti
üçün hədiyyə
etmiş Heydər Əliyev cənabları bütün zamanlarda, bütün dövrlərdə bizimlə,
öz xalqı ilə birlikdə olacaqdır.
Mehman Mehdiyev
Sumqayıt Elektrikşəbəkə
ASC-nin İdarə Heyətinin sədri
Ədalət.- 2009.- 9 may.- S. 5.