ƏBƏDİYAŞAR ÖMÜR
Dünyanın ən xoşbəxt xalqlarından
biri də bizlərik, çünki tarix bizə Heydər Əliyev kimi böyük bir düha bəxş
etmişdir. Məhz onun böyüklüyü,
onun əzəməti
və onun xidmətləri Azərbaycanı
dünyaya tanıdan əsas amillərdən biri olmuşdur. Bu gün hər
bir Azərbaycan vətəndaşı dünyanın
istənilən nöqtəsində
fəxrlə deyə bilər ki, mənim ünvanım Azərbaycan, mənim Ulu Öndərim Heydər Əlirza oğlu Əliyevdir.
Azərbaycan hakimiyyətində olduğu illər ərzində bu xalq üçün, bu Vətən üçün Heydər Əliyev cənablarının gördüyü işləri, qəbul etdiyi qərarları xatırlayıb göz önünə gətirdikcə bu böyük şəxsiyyətin qarşısında qeyri-ixtiyari baş əyməli olursan, çünki onun Azərbaycan üçün etdiklərini bir ömrə sığışdırmaq çox çətindir və bu görülən işlərin hər biri öz davamlılığı ilə seçilir. Bu gün də onun iqtisadi-siyasi kursu davam etdirilir.
Bu gün Ulu
Öndərimizin doğum
günü ərəfəsində
bir daha müstəqilliyimizin qorunub
saxlanmasında və onun əbədi olmasında, Azərbaycanın
dünya ölkələri
sırasında özünə
layiqli yer tutmasında və həyata keçirilən
islahatların böyük
fonunda bir də tarixə nəzər saldıq və qəti əmin olduq ki, "Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan" yada düşür. Çünki onlar birlikdə bütöv bir varlıq deməkdir. Biz də o varlığın
zərrələri olaraq
həmin o bütövlüyü qorumaq
üçün əlimizdən
gələni Azərbaycan
naminə bundan sonra da yerinə
yetirəcəyik. Azərbaycan
üçün yaşamaq,
işləmək Heydər
Əliyev tapşırıqlarını,
arzularını yaşatmaq,
reallaşdırmaq deməkdir.
ə
Bahəddin Sultanov
İş adamı
Ədalət.- 2009.- 9 may.- S. 6.