ÖTƏN GÜNLƏRDƏN BİR XATİRƏ

 

1942-ci ilin yazını bizim nəsildən olan adamlar heç vaxt unutmur. O zaman Böyük Vətən Müharibəsinin ən ağır dövrünü yaşayırdıq. Qanlı Hitler orduları Ukrayna, Beloriusiya, Pribaltika respublikalarını tutmuş, vətənimizin içərilərinə soxulmuşdu. Qışın şiddətli şaxtalarından sonra yazın gəlməsinə donu açılan ilan kimi Alman faşistləri qəddini düzəldərək yeni hücumlara başlayırdı.

O zaman bizim Qafqaz üçün böyük təhlükə yaranmışdı. Vətənimizin bütün guşələrində uşaqdan-böyüyə bütün xalq kütlələri partiyanın rəhbərliyi altında səfərbər olaraq qüvvəsini sərf edirdi ki, qanlı düşmənin irəliləməsinin qarşısını alsın, əks-hücumlarla onu sarsıtsın, vurub vətənimizdən çıxartsın. Sovet xalqlarının misilsiz qəhrəmanlığı hitlerçilərin heç bir ölkədə rast gəlmədiyi şiddətli, inadlı, dönməz müqaviməti faşistləri qəzəbləndirirdi. Onlar öz müttəfiqləri olan Yapon hərbiçilərinə təsir göstərirdilər ki, Şərqdan ölkəmizə basqın etsinlər. Belə bir zamanda Sovet dövləti baş komandanlıq Şərq cəbhəsində ayıq olmağa, hər hansı provakasiyanı şərbi əməliyyatı dəf etmək üçün lazımi tədbir görməyə məcbur idi.

O zaman uzaq Şərq qoşunları sıralarına Azərbaycandan da xeyli döyüşçü göndərilmişdi. Sovet ordusu siyasi idarəsinin xahişi ilə o döyüşçülərə mədəni xidmət üçün respublikamızdan göndərilən ilk təbliğat qruppasına başçılıq etmək mənə tapşırılmışdı. Biz - yazıçı Mircəlal Paşayev o zaman "Kommunist" qəzetinin redaktoru olan jurnalist Rza Quliyev və mən 1942-ci il may ayının 5-. Yəni birinci axırıncı dəfə iki Alman kəşfiyyat təyyarəsinin Bakı göylərində görünərək bizim "zenitka"ların atəşilə qovulduğu gün gəmi ilə Krasnovodska, oradan da qatarla Uzaq Şərqə yola düşdük. Təqribən 12 gün mayın 17- Xabarovska gəlib çatdıq.

Bizi o zaman uzaq Şərq qoşunlarının baş komandanı, vtəndaq müharibəsi qəhrəmanlarından general Afanasenko qəbul etdi, bir saatdan artıq söhbət zamanı o bizə uzaq Şərqdə ki, vəziyyətdən, döyüşçülərimizin əhval-ruhiyyəsindən danışdı, döyüşçülərə görüş zamanı xüsusi diqqət tələb edən məsələlər üzərində dayandı və bir polkovniki bizə qoşub hərbi paltar geyərək cəbhələri gəzməyi, müxtəlif diviziyalarda çıxış etməi, söhbətlər aparmağı tapşırdı.

Biz iki ay ərzində bir çox hissələrdə olduq. Vladivostokda, Birobidcanda sair hərbi dairələrdəki hissələrdə görüşlər keçirdik. Bir dəfə bizi Svoboda şəhəri yaxınlığında Bojanayevka dəmir yolu stansiyasından bir az aralıda yerləşmiş 96- diviziyaya apardılar. Orada təqribən 60-70 nfərdən ibarət azərbaycanlı əsgərlərlə görüşümüz oldu. Əlbəttə bu görüşlər çox səmimi, hərarəti bir qədər nisgilli keçirdi. Uzaq Şərqdən çox uzaqda düşmüş doğma yerlərdən, əziz Azərbaycandan gəlmiş nümayəndələri əsgərlər hər yedə məhəbbətlə qarşılayır, min cür süallar verirdilər: Azərbaycanda vəziyyət necədir? Planlar necə yerinə yetirilir, kənddə işlər necə gedir? Camaatın ruhi necədir? Çörəkdən, ərzaqdan çox korluq çəkmirlər ki? sairəg

Biz bu suallara səmimi, doğru cavablar verməyə çalışır, arxa cəbhədəki çətinlikləri gizlətmirdik. Söhbətdən görünürdü ki, əsgərlərimiz ailələri, valideynləri sarıdan nigarançılıq çəkir kədərlənirlər. Bu isə onların ruhinə, hərəkətlərinə müəyyən iz buraxırdı. Biz bacardığımız qədər təsirli vətənpərvərlik duyğularını gücləndirən, qələbəyə inam artıran sözlərlə əsgərlərin nicarançılığını aradan qaldırmağa, mübarizlik ruhi gücləndirməyə çalışırdıq. Onların içərisində bizim kimi düşünən, nisgilə qapılmayan adamlar az deyildi.

Belə əsgərlər hərarətlə çıxış edir, başqalarını ruhlandıran sadə, lakin odlu sözlər tapırdılar. 96- diviziyada məhz o cür çıxış etmiş bir gənc mənim xatirəmdədir. O qızğın ölüm-dirim müharibəsi gütdiyi günlərdə xalqın əsgərlərə silah etibar etməsini böyük şərəf olduğunu söyləyib sözünü belə qurtardı: "Bu etimadı doğrultmaq bizim vətənpərvərlik borcumuzdur". Sonra üzünü bizə tutub həyacanlı səslə xahiş etdi ki, doğma yurda qayıtdıqda ata-analarını, əziz xalqımızı əmin edək ki, Uzaq Şərqdəki azərbaycanlı əsgərlər hansı cəbhədə olsalar, düşmənə qarşı mərdi-mərdanə döyüşəcəklər! Bu adam gənc əsgər Ağayev Böyükağa Məcid oğlu idig

 

P.S.Yazını redaksiyamıza Ağayev Böyükağanın nəvəsi Xəyal Ədalətoğlu təqdim edib...

  

  

Mirzə İbrahimov

 

30 may 1978-ci il

 

Ədalət.- 2009.- 9 may.- S. 12.