"ƏBƏDİYYƏT DASTANI"

 

   ƏSRİN HEYDƏR TARİXİ

  

   Dərdi varsa, dərmanı da

   var bu millətin,

   Dərd düşməndən, dərman dostdan,

   güc Haqdan gəlir.

   Onu torpaq yaddaşından

   ayırmaq çətin,

   Güvəndiyi hər na varsa

   torpaqdan gəlir.

  

   El arxası, yer ürəyi,

   yurd dayağıydı,

   Yaddaş adlı bir torpaqdan

   dikəldi Heydər.

   Ona görə arxamızda

   Qafqaz dağıydı,

   Ona görə qəlbimizdə

   heykəldi Heydər.

  

   Haqdan gələn bir işarə

   onun bəsiydi,

   Dövlət qurdu, millət sevdi,

   torpaq saxladı

   O, Tanrının bu millətə

   hədiyyəsiydi,

   Bir kök üstə gör neçə min

   budaq saxladı.

  

   Sinə gərdi yad əllərdən

   atılan daşa ,

   "Yaşa" dedi, "yurdum yaşa,

   torpağım yaşa".

   Ürəyində fırtınalar

   verdi baş-başa,

   sinəsində odu sönməz

   ocaq saxladı.

  

   Hünərini, təpərini,

   hirsini verdi,

   Haqqımızı dananların

   dərsini verdi.

   Dünya ona ən möhtəşəm

   kürsünü verdi,

   qoca tarix qarşısında

   oyaq saxladı.

  

   Bu, tarixdi, hər adamı

   almır eyninə,

   Hər adamı yada salmır,

   yadda saxlamır.

   Dadı alır, dadı verir,

   dəyişir həyat,

   Qoca dünya hər tikəni

   dadda saxlamır.

  

   Bu, tarixdi, birdən-birə

   oxumaq olmur,

   onu gün-gün, saat-saat

   dərd edəcəksən.

   Böyük olan həqiqətə

   açıb qəlbini

   Xırda, cılız fikirləri

   tərk edəcəksən.

  

   Bu, tarixdi, kim yaratdı,

   kim yaşatdısa,

   Yaddaş onun, kitab onun,

   əsər onundur.

   Gələcəyi qucaqlayan

   məhəbbət onun,

   Qılınclardan kskin olan

   kəsər onundur.

  

   Öz tarixim küncd qaldı,

   bucaqda qaldı,

   Oxutdular axtalanmış

   axta tarixi.

   Başı çəkib, gözü görüb

   yalanları,

   Millət daha yaxın qoymaz

   saxta tarixi.

  

   Fikir çaşmaz, dil dolaşmaz,

   agıl büdrəməz,

   Gördüyünü olduğutək

   düz yazan olsa.

   Heç bir zaman tərəzinin

   əyilməz gözü,

   hər zamanın tarixini

   düz yazan olsa.

  

   itirdik, qazandıq,

   yıxıldı getdi,

   Bir gərək yıxılmasın

   qalalarımız.

   Ölməyini istəmirəm,

   şəhid omasın,

   Şəhidliyə hazır olsun

   balalarımız.

  

   Bu, tarixdi, özgələr yox,

   özümüz yazaq,

   Sillah bəlli, səngər bəlli,

   söz bəlli olsun.

   Əsarətin caynağında

   qeyrət olmasın,

   Doğru bəlli, yalan bəlli,

   düz bəlli olsun.

  

   Xeyrimizə işləməyib

   bizdən yazanlar,

   İzimizi itirməkçün

   tarix yazıblar.

   Tarixin ölümü var,

   soyqırımı var,

   Bizi qətlə yetirməkçün

   tarix yazıblar.

  

   Əsrin Heydər tarixidi

   mənim yazdığım,

   Hər kim yazsa, onun üçün

   şərəf-şandı bu.

   Alim üçün siyasətin

   şah damarıdı,

   Şair üçün ən sınaqlı

   imtahandı bu!

  

   O, həqiqət tarixiydi,

   gün kimi aydın,

   İki əsri qucaqladı

   isti nəfəsi.

   Millətinə yaxından da

   yaxın olanın

   Uzaq-uzaq əsrlərdən

   gələcək səsi.

  

   O, məhəbbət tarixiydi,

   sözlü, nəbməli,

   Hər bazarda təzə açan

   çiçək kimiydi.

   Sevgisində günəş kimi

   Odlu-alovlu,

   Qəzəbində yer titrədən

   şimşək kimiydi.

  

   O, cəsarət tarixiydi,

   cəsur, basılmaz,

   Ordulara qalib gələn

   ordu kimiydi.

   Səxavətdə, bərəkətdə

   torpağı kimi,

   Xasiyyətdə xalqı kimi,

   yurdu kimiydi.

  

   O, qətiyyət tarixiydi,

   yenilməz, mətin,

   Onu millət oğlu kimi

   mərd gördü düyna.

   İldırımlar bir tükünə

   toxunammadı,

   onun polad xislətini

   sərt gördü dünya.

  

   O, şəxsiyyət tarixiydi,

   ucadan-uca,

   Bu dünyanın hər yerindən

   boyu göründü.

   Hansı xalqın övladıdı,

   tanıdı dünya,

   Əsli, kökü varaqlandı,

   soyu göründü.

  

   Tarix idi, tarixləri

   yaxşı bilirdi,

   Çıxartmışdı dərinlərdən

   üzə tarixi.

   Min-min bağlı dəfinələr

   itib-batacaq,

   əgər yazıb-çevirməsən

   sözə tarixi.

  

   O bilirdi deməkdi,

   kimlər deməkdi

   Raket əsri, qılınc əsri,

   nizə tarixi.

   Köhnə tarix min illərdən

   Qaynaqlanırdı,

   Zaman ondan başlamışdı

   təzə tarixi.

   Yerişi , duruşu da,

   danışığı da,

   Kəlmə-kəlmə öyrədirdi

   bizə tarixi!

  

 

   Zəlimxan YAQUB

 

  Ədalət.- 2009.- 9 may.- S. 20.