Laçının işğalından 17 il ötür

 

"Laçının heç bir hissəsi Ermənistana verilə bilməz"

 

Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il mayın 18- Laçını işğal edib. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər rayonu, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir.

Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 17-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, Şuşa İcra Hakimiyyətinin, Qarabağ Azadlıq Təşkilatı, "Dağlıq Qarabağın azərbaycanlı İcması" İctimai Birliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə də anım mərasimi keçirilib.

Mərasimdə şəhidlərin məzarı ziyarət olunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov deyib ki, Laçın rayonu həmin illərdə respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, bəzi siyasətçilərin ordudan şəxsi məqsədləri üçün istifadə etmələri səbəbindən baş verib. İcra hakimiyyətinin başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uğurla yekunlaşacağına inandıqlarını da söyləyib.

"Ermənistan tərəfindən Laçın rayonunun dəhliz kimi saxlanılacağı barədə verilən bəyanatlar sərsəmləmədir". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov verib. O bildirib ki, Ermənistan rəsmilərinin bu səpkili açıqlamaları reallaşa bilməz münaqişənin həlli ilə bağlı prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək: "Azərbaycanın probleminə biganə yanaşan ölkələr, artıq bizi qəbul etmək məcburiyyətində qalıblar. Laçın əhalisi əmindir ki, rayona qayıdıb quruculuq işləri ilə məşğul olacaq. Laçının heç bir hissəsi Ermənistana verilə bilməz. Bu yaxınlarda Laçın rayonunun yaradılmasının 85 illiyinin dövlət səviyyəsində keçirilməsi Ermənistana bu mənada göndərilmiş mesaj idi". R. Cəbrayılov Laçın rayonuna süni şəkildə ermənilərin köçürülməsi məsələsinə münasibət bildirib: "Ola bilsin haradansa süni şəkildə oraya insanlar köçürülür ya Laçını erməniləşdirmək məqsədilə hansınsa işlər aparılır. Onlar bilsinlər ki, bütün bunlar yalan üzərində qurulan, sonu görünməyən işlərdir".

İşğal nəticəsində Laçının təbiət inciləri, zəngin təbii ehtiyatları da düşmən tapdağına çevrildiyi bəllidir. Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var.

Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları mövcuddur.

Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruq 68 növ 27 ailədən ibarət bitki örtüyünə malikdir.

1961-ci ilin noyabr ayında heyvan quşları qoruyub saxlamaq artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri var. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə çoxlu sayda canavar, porsuq, dələ s. heyvanlar, qırqovul 200, kəklik 1500 baş s. quşlar qeydə alınıb. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) bitir. Həmin ağacın materialından qiymətli mebel xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilir. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb. Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektardır (80,05 %). Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edir.

Rayonda Həkəri çayının sağ sahilində Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd qaraçöhrə ağacları mühafizə edilirdi.

Xatırladaq ki, işğal nəticəsində 1 şəhər, 1 qəsəbə 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

   

 

Vüsal Məmmədli

 

Ədalət.- 2009.- 19 may.- S. 5.