Qarabağ hər yerdə

 

Türkiyədə, Azərbaycanda, Rusiyada, Polşada

 

Hamımız Ərdoğana minnətdarıq

 

Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanın Azərbaycana rəsmi səfəri bu səfər çərçivəsindəki açıqlamaları demək olar bütün şübhəli məqamlara aydınlıq gətirdi. Azərbaycan ictimaiyyətinin nigarançılığına da son verildi desək, yanılmarıq. Digər tərəfdən bir daha sübut olundu ki, Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət dəqiqliyi ilə hesablanıb hər bir addım Qarabağın qazanılmısına yönəlib.

Cənab Ərdoğanın öncə Azərbaycandan sonra Polşaya, ordan isə Rusiyanın paytaxtı Moskvaya səfərlərini analiz edib belə bir qənaət formalaşdıra bilərik ki, Türkiyənin baş naziri Azərbaycanın təpgiləri qarşısında geri çəkilməyə - Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu qapatmağa məcbur oldu. Amma indiki məqamda bu sayaq fikirlər səsləndirmək düz olmazdı. Daha yaxşı olar ki, cənab Ərdoğana mövqeyindəki, hansı səbəblərdən baş verməsindən asılı olmayaraq, etdiyi dəyişikliyə görə minnətdarlığımızı bildirək.

Türkiyə baş nazirinin üç öləkəyə ard-ardına etdyi səfərlər diqqət çəkən açıqlamalarında Azərbaycan üçün ən önəmli məqam hər yerdə Qarabağdan edilən söhbətdir. Problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq yolunda daim səylər göstərən rəsmi Bakı Ərdoğanın simasında buna nail oldu. İndi Qarabağ təkcə Azərbaycanın, o cümlədən Türkiyənin problemi deyil. Qarabağ problemi həm Polşaya, Rusiyaya da doğmadır. Cənab Ərdoğan xeyli müddətdir azərbaycanlılara verdiyi mənəvi əziyyəti adını sadaladığımız ölkələrdə Qarabağ himayəçisi kimi çıxış etməklə kompensasiya etdi. Bir daha vurğulayırıq ki, onun bu addımıının səbəblərinə toxunmaqdan uzağıq. Sadəcə, Rəcəb Tayyib Ərdoğana çox sağol deyirik ki, dünyanın diqqətini Qarabağın Azərbaycan torpağı olduğu faktına yönəldə bildi. Həm necə. Türkiyənin baş nazirinin "Qarabağ türkündür türkün olacaq" fəlsəfəsinə söykənərək səsləndirdiyi bəyanatları bir daha xatırladaq:

 

Azərbaycandan dünyaya mesaj

 

Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Mill Məclisindəki çıxışından: "Aramızdakı həmrəylik ruhu yaxşı gündə olduğu kimi pis gündə , sülh zamanı olduğu kimi müharibə zamanı da davam edib. Xalqarımız birlikdə seviniblər, birlikdə üzülüblər, birlikdə savaşıblar. Azərbaycanın istiqlalı, hürriyəti, rifahı hüzuru bizim öz istiqlalımız, hürriyətimiz, rifahımız qədər önəmlidir. Aramızda sarsılmaz bağlar var. Dinimiz, inanclarımız, mədəniyyət təsəvvürümüz birdir. Eyni nağılları dinlədik, eyni ritmlərlə, eyni musiqi ilə duyğulandıq, eyni oyunlarla əyləndik. 1920-ci ildə Atatürkün söylədiyi kimi, Azərbaycanın kədəri kədərimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Bu münasibətlərin dünyada başqa iki ölkə aradındakı münasibətlərlə müqayisəolunmaz dərəcədə dərinliyi yaxınlığı olduğunu cümlə-aləm bilir. İki ölkənin tale birliyini kimsənin mübahisə mövzusu etməsinə imkan vermərik. Beynəlxalq platformada bir-birinin hüququnu qorumaq ölkələrimizin ən böyük hədəfidir. Beynəlxalq toplantılarda dediyimi o ölkələrin liderləri çox yaxşı bilir. Aranızda bir çoxlarınız o toplantılarda mənim , nazir deputat dostlarımızın da Azərbaycanla bağlı necə mövqe tutduğunu çox yaxşı bilirsiniz. Bunu biz çox yaxşı bilirik. Bu səbəbdən aramızda fitnəyə-fəsada yer olmamalıdır. Kimsə belə fikir daşıyırsa ona deməliyik - Türkiyədən bizim əleyhimizə söz gəlməz. Çünki biz bir-birimizə o dərəcədə güvənirik, o dərəcədə bağlıyıq. Bir-birimizi qoruyaraq, bəşəri dəyərlərlə münasibətlərimizə davam edəcəyimizə kimsənin şübhəsi olmasın.

Təəssüf ki, son dönəmlərdə spekulyativ yalan xəbərlər səbəbindən qardaşlığımızın kölgələnməyə çalışılmasına şahid olduq. Bir stəkan suda fırtına qoparıldı. Bir saytın ermənicə bölümündə yayımlanan uydurma xəbər səbəbindən dost düşmən ölkələrin diqqəti buna yönəldi. Can qardaşlarım! Türkiyənin Qarabağdan vaz keçməsini demək belə ayıbdır. Bu iftiranı bir daha rədd edirəm. Bu yalan xəbərlər üzərinə bəzi açıqlamalar verildi. Mən öz parlamentimdə, öz qrup toplantılarımda, İngiltərədəki çıxışımda bunu təkzib etdim. Dağlıq Qarabağ probleminin səbəb olduğu nəticə gözardı edilməyib ə edilməyəcək. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yönündə irəliləyiş olmasının şərti Qarabağ məsələsində irəliləyiş olmasıdır. Bunlar atbaşı gedərsə, biz müzakirədə varıq, getməzsə, yoxuq. Türkiyə ilə Ermənistan Azərbaycanla Ermənistan arasındakı problemlər həll olunarsa bu, bütün Avrasiyanın mənafeyinə uyğun olacaq. Amma bütün bunların olması üçün işğal başa çatmalıdır - bunu bütün dünyaya xatırlatmaq istəyirəm. Sülh sabitlik sadəcə söz istəməklə olmaz. Bunun üçün can-başla çalışmaq lazımdır. Xüsusilə Azərbaycan-Ermənistan probleminin həllində müsbət rol oynaya biləcək ABŞ, Rusiya Fransanı xəbərdar edirəm. Bir an öncə bu addım atılmalı nəticə əldə olunmalıdır."

 

Polşadan dünyaya mesaj

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı Varşavada tələbələrlə görüşündə dediklərindən: "Hazırda Türkiyənin Ermənistandan əsas tələbi bu ölkənin öz qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməsidir: "Bunun qərarını biz verməmişik, BMT verib. Bu qərara əsasən Ermənistan orada işğalçı olduğunu qəbul edib. Bunu qəbul etmisənsə, oradan çəkil. Oralar işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhəd qapısını bağlayıb. Səbəb-nəticə əlaqəsi var. Səbəb aradan qalxanda qapı da açılacaq.

Türkiyədə 40 min Ermənistan vətəndaşı qeyri-leqal yaşayıb-işləyir. Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var. Onlar hazırda bizim ölkəmizdə özlərini dolandırmaq üçün çalışırlar. Lazım gəlsə, geri göndərərik, amma bunu insani baxımdan düzgün saymırıq".

Rusiyaya səfərindən əvvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hava limanında jurnalistlərə açıqlamasından: "İki qardaş arasında işbirliyinin davam etməsi yönündə qərarlılığımızı ortaya qoyduq. Həm daxildə, həm xaricdə iki qardaş arasında fitnə-fəsad salmaq istəyənlər olacaq. Amma biz eyni qərarlılıqla yola davam edəcəyik. Azərbaycan prezidenti bu məsələlərə nöqtə qoydu. Milli Məclisdə mətbuat konfransında çıxışımda bildirdim ki, son zamanlar Türkiyənin Azərbaycanı yalnız buraxacağına dair Azərbaycan mediasında çıxan xəbərlər doğru deyil. Azərbaycan mediası buna geniş yer verdi, amma yenə bəziləri başqa şeylər axtarır. Türkiyə Azərbaycanı yalnız buraxmaz. Bunu səfərim zamanı Azərbaycan ictimaiyyəti gördü. Türkiyə Dağlıq Qarabağ məsələsində səssiz qala bilməz. Sərhədlərin qapanması Dağlıq Qarabağ məsələsi ilə bağlıdır, oradakı hərbi müdaxilənin nəticəsidir. Səbəb budur. Bu səbəb aradan qalxmasa, qapıları aça bilmərik".

 

Rusiyadan dünyaya mesaj

 

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın Rusiyanın baş nazir Vladimir Putinlə təkbətək görüşlərindən sonrakı açıqlaması: "Regionun sabitliyi inkişafı üçün birgə addımlar atmalıyıq. Burda Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ problemi, Yaxın Şərq Kiprlə bağlı məsələlər var. İnanıram ki, biz birlikdə bu problemlərin həlli istiqamətində xeyli məsafə qət edə bilərik.

Dünya Qarabağdan, bu böləgənin onun ətrafındakı rayonların işğalından danışır. Bu nəticəni birmənalı olaraq Azərbaycanın uğuru hesab etmək lazımdır. Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın yanındadır onun dərdini özününkü bilir. Həm Türkiyə cənab Ərdoğanın simasında bəyan etdi ki, işğal problemi bir ölkənin yox, bütün dünyanındır.

Qələbən mübarək, Azərbaycan. Qələbən mübarək Türkiyə.

 

P.S. Azərbaycanla Türkiyənin qardaş olduğunu mayın 16-da keçirilən "Avrovizion"-2009 müsabiqəsinin finalı bir daha təsdiq etdi. Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə ən yüksək bal-12 xal verdi. Başqa cür ola da bilməzdi. Başqa cür olmadı da.

 

 

Ceyhun Musaoğlu

 

Ədalət.- 2009.- 19 may.- S. 1,2.