RƏSUL RZANIN ANIM GÜNÜ KEÇİRİLDİ

 

Şairin adına təsis edilən beynəlxalq ədəbiyyat mükafatı laueratlarının adları məlum oldu

 

Dünən böyük Azərbaycan şairi Rəsul Rzanın anım günü keçirilib. Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda mərhum şairin məzarını ziyarət ediblər. Sonra tədbir Yazıçılar Birliyində davam olunub. Rəsul Rzanın oğlu, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar atasının xatirəsini əziz tutanlara ailə üzvləri adından təşəkkürünü bildirib şairin arxivdə saxlanılan bəzi nəşrləri təmirdən sonra yenidən fəaliyyətə başlayan Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim edib. Muzeyin direktoru, professor Rəfael Hüseynov Rəsul Rzanın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb: "Azərbaycanda teatr, musiqi günü olsa da, söz, ədəbiyyat günü yoxdur. Lakin böyük söz adamlarının doğum günlərini elə söz, ədəbiyyat günü kimi qeyd etmək olar. Rəsul Rza belə nəhəng söz fikir adamlarından biridir".

Tədbirə Türkiyədən dəvət olunan Əminə Sevinc Öksüzoğlu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə xüsusi mükafat təqdim edib.

Rəsul Rza Fondunun sədri, xalq şairi Fikrət Qoca çıxış edərək bildirib ki, böyük şairin adını daşıyan beynəlxalq ədəbiyyat mükafatı ənənəvi olaraq hər il mayın 19-da, Rəsul Rzanın doğum günündə təqdim edilir. Fikrət Qoca bu mükafatla bağlı müəyyən dəyişikliklərin edilidiyini deyib: "Rəsul Rza həmişə gənc yazarlara diqqət qayğı göstərib. Biz qərara aldıq ki, ədəbiyyatda ilk addımlarını atan iki gəncə "Ümid işığı" xüsusi diplomunu verək. Bu il həmin diplomların Rəbiqə Nazimqızına Ülviyyə Heydərovaya verilməsini qərara aldıq".

Sonda Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatının yeni laureatlarının adları açıqlanıb. Tanınmış alimlər Yusif Seyidov Cəmil Həsənli, şairlər Adil Şirin, Oqtay Rza, Rübail, Mövrud Turan, Natiq İbadoğlu, Əkbər Qoşalı Moskvada yazıb-yaradan Nəsib Nəbioğlu Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görüldülər.

  

 

Etibar

 

Ədalət.- 2009.- 20 may.- S. 7.